Samuxda iri fermer təsərrüfatlarında monitorinq aparılıb
Icma.az bildirir, Modern.az portalına istinadən.
Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Samux rayonunda həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib.
Modern.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və balıqçılıq şöbəsinin müdir müavini - sektor müdiri Vüsal Mirzəyev, Əlaqələndirmə Qərargahının üzvləri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumlarının nümayəndələri rayon ərazisində fəaliyyət göstərən iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçiriblər.
Tədbirin əsas məqsədi Dövlət Proqramından irəli gələn vəzifələrin icra səviyyəsini yoxlamaq, rayonun aqrar potensialından səmərəli istifadə imkanlarını araşdırmaq, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi vəziyyəti ilə tanış olmaq və istehsal göstəricilərini yerində təhlil etmək olub.
Baxış zamanı təsərrüfat rəhbərləri və sahə mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparılıb. Rayonun aqrar sektorunun davamlı inkişafının təmin edilməsi, məhsuldarlığın və istehsal həcminin artırılması, eləcə də yerli əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Noyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















