Samuxda kütləvi zəhərlənmə Daha 5 nəfər xəstəxanalıq oldu Yenilənib
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Samux rayonunda qidadan kütləvi zəhərlənmə olub.
Hurriyyet.Media xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin məlumata görə, zəhərlənmə səbəbilə 5 nəfər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxananın İnfeksion xəstəliklər bölməsinə yerləşdirilib.
Məlumata əsasən, zəhərlənmənin ət məhsulundan baş verdiyi ehtimal olunur. Xəstəxanaya yerləşdirilən şəxslərin Kəlbəcər və Daşkəsən rayonlarından, həmçinin Gəncə şəhərindən olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilənlər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev və 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.
Faktla bağlı araşdırma aparılır.
Samux rayonunda ət məhsulundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı artıb.
Xəstəxanaya sözügedən faktla bağlı daha 5 nəfər gətirilib.
Bunlar 2001ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977 ci il təvəllüdlü Günay Əliyeva 1986-cı il təvəllüdlü Nargilə Babayeva, 1974 cü il təvəllüdlü Tünzalə Cabbarova, və 1984 cü il təvəllüdlü Şəmil Hacıyev, Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın yolxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.
Hazırda onların tibb müəssisəsində müalicələri davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 24 Avqust 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















