Sanço İspaniya klubundan imtina etdi
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərə millisinin sabiq futbolçusu Ceydon Sanço karyerasını İspaniyada davam etdirməkdən imtina edib.
Apasport.az xəbər verir ki, 26 yaşlı vinger “Xetafe”nin təklifini geri çevirib.
“Marca” nəşrinin məlumatına görə, azad agent statusunda olan futbolçu qərarını şəxsən klubun prezidenti Anxel Torresə bildirib.
Buna tərəflər arasında maliyyə məsələlərində razılığın əldə olunmaması səbəb olub. Sanço mövsümün sonuna qədər təxminən 3 milyon avro qazanmaq istəyib. “Xetafe”nin təklif etdiyi məbləğ isə futbolçunun tələblərinə cavab verməyib.
İngiltərə millisinin sabiq üzvünün Səudiyyə Ərəbistanından da təklifi var. Adı açıqlanmayan klub Sançonun maliyyə tələblərini qarşılamağa hazırdır.
Qeyd edək ki, son olaraq ötən mövsüm “Aston Villa”da icarə əsasında çıxış edən Sanço İngiltərə Premyer Liqasında keçirdiyi 23 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
Baxış sayı:88
Bu xəbər 28 Oktyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















