Sanço qərarını verdi Yeni klub üçün qışa qədər gözləyəcək
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azad agent statusunda olan Ceydon Sanço yeni klub axtarışını qışa qədər təxirə salıb.
Apasport.az xəbər verir ki, 26 yaşlı ingiltərəli futbolçu yayda “Mançester Yunayted”dən ayrıldıqdan sonra Avropa, Səudiyyə Ərəbistanı, MLS, Qətər və BƏƏ klubları ilə danışıqlar aparıb.
Lakin tərəflərdən heç biri ilə razılıq əldə olunmayıb.
Mənbənin məlumatına görə, Sanço uyğun təklif gəlməyəcəyi halda yanvar transfer pəncərəsinə qədər gözləməyə hazırdır.
İngiltərə millisinin sabiq vingerinin adı son günlər “Krasnodar”la da hallanıb. Vasitəçilər Rusiya klubu ilə əlaqə yaratsalar da, Sanço bu variantı ciddi şəkildə nəzərdən keçirməyib.
Qeyd edək ki, Sanço ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib. O, yayda “Mançester Yunayted”lə müqaviləsinin başa çatmasından sonra azad agent olub.
Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir” Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər” Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
Baxış sayı:136
Bu xəbər 01 Oktyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















