Icma.az
close
up
RU
Sanki məktəb uşağın əsas deyil, əlavə təhsil yerinə çevrilib Əməkdar müəllim

Sanki məktəb uşağın əsas deyil, əlavə təhsil yerinə çevrilib Əməkdar müəllim

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Son illər valideynlərin böyük əksəriyyəti uşaqlarını ibtidai sinifdən repetitor yanına aparmağa başlayıb. “Hamı gedir”, “dərsliklər çətindir”, “müəllim zəif izah edir” kimi arqumentlər cəmiyyətdə elə kök salıb ki, sanki məktəb uşağın əsas deyil, əlavə təhsil yerinə çevrilib".

Bu barədə Redaktor.az-a danışan keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva uşaqların ibtidai sinifdən repetitor yanına aparılmasına münasibət bildirərkən dedi. Onun sözlərinə görə, bu proses artıq Azərbaycanda  kölgə təhsilinin başlanğıcıdır:

"Kölgə təhsili o zaman yaranır ki, məktəbin funksiyası ailənin gözündə zəifləyir, repetitor sistemi isə alternativ məktəbə çevrilir. Valideyn övladını məktəbə göndərir, amma övladının təhsilini repetitora etibar edir. Məktəbdəki müəllim də dərs keçir, amma şagirdin uğurunu başqa birisi “hazırlayır”. Beləcə, uşaq məktəbin verdiyi təhsili yox, “təhsildən kənar təhsili” daha vacib sayır. Əslində, bu yaşda uşaqların repetitorluğa cəlb edilməsi pedaqoji baxımdan nə səmərəli, nə də sağlamdır. Beynəlxalq araşdırmalar açıq şəkildə göstərir ki, repetitorluğun effekti çox hallarda zəif və şərtlidir. Kütləvi yanaşma real nəticə vermir. Bundan başqa, axşam dərsləri, əlavə tapşırıqlar və uzun tədris yükü kiçikyaşlı uşaqlarda stres, yuxusuzluq və emosional gərginlik yaradır".

Müsahibimiz əlavə etdi ki, 6-9 yaş dövründə uşağın beyni ən çox oyun, hərəkət və maraqlandığı mövzularla inkişaf edir:

"Biz isə bu dövrdə oyunu dərs, marağı isə testlə əvəzləyirik. OECD-nin məlumatına görə, bu, uşağın öyrənmə motivasiyasını ciddi şəkildə azaldır. Ən təhlükəlisi isə sosial bərabərsizliyin yaranmasıdır. Dünya Bankının hesabatlarında da göstərilir ki, kölgə təhsili azgəlirli ailələri sistemdən kənarda qoyur, imkanlı ailələrin övladlarına isə əlavə üstünlük qazandırır. Beləliklə, repetitorluq sadəcə təhsil dəstəyi yox, cəmiyyətdə sosial ədalətsizliyin aparıcı qüvvəsinə çevrilir. Bu hal həm də məktəblərin nüfuzuna zərbə vurur. Uşaqlar artıq müəllimin dediyini yox, “hazırlıq müəlliminin” izahını əsas sayır. Məktəbdə verilən tədris kölgədə qalır və məktəb müəlliminin biliyini, bacarığını şübhə altına salır, müəllimə qarşı hörməti və inamı zəiflədir. Yəni repetitor artıq bir “əlavə yardımçı” deyil, əsas müəllimə alternativ olur. Azərbaycanda bu sistemin kökləri 2000-ci illərin əvvəlinə gedib çıxır. O vaxt repetitorluq orta və yuxarı siniflərdə daha çox idi, indi isə proses ibtidai siniflərə enib. Bu, artıq sadəcə tendensiya deyil, təhsil sistemimizin yönünü dəyişən təhlükəli vərdişdir. 
Valideynlər düşünür ki, erkən başlasa, uşaq daha hazır olacaq. Amma nəticə tam tərsinə olur, uşaqlar öyrənməkdən bezir, motivasiya itirir, məktəb onlara “boş vaxt itkisi” kimi görünür".

Əməkdar müəllimin fikrincə, repetitorluq yalnız o halda faydalıdır ki, dəqiq, qısa müddət və ölçülə bilən hədəf müəyyən edilsin.

"Məsələn, oxumaqda gerilik varsa və ya hesablamada konkret problem müşahidə olunursa, 6-8 həftəlik strukturlaşdırılmış dəstək effektli olacaq. Amma bu, sistemli hazırlıq deyil, müvəqqəti və məqsədli köməkdir. Əslində, “ibtidai sinifdə repititor” anlayışı bir pedaqoji yardımdan çox, "təhsil bazarı"nın ilk pilləsidir. Bu pillədən sonra valideyn də artıq məktəbi yox, repetitoru “əsas müəllim” saymağa başlayır. Və beləcə, dövlət məktəbi cəmiyyətin gözündə dəyərini itirir, təhsil tədricən özəl "bazar"ın əlinə keçir. Əgər biz bu gedişi ibtidai sinifdən dayandırmasaq, bir neçə ildən sonra “məktəb” anlayışı formal, repetitor sistemi isə real təhsil mühiti olacaq.
Valideyinlər bilməlidir ki, ibtidai sinif uşağın öyrənməyə sevgisinin formalaşdığı mərhələdir. Əgər biz o sevgini “təzyiq”, “imtahan”, “yarış” və “hazırlıq”la əvəz ediriksə, uşaq oxumağı sevmir, o sadəcə qorxur, elə başa düşür ki, dərs oxumaq zövq yox, yükdür və ya yerinə yetirməli olduğu vəzifədir. Bu isə artıq təkcə təhsil problemi deyil, cəmiyyətin gələcək keyfiyyətinə təsir edən mədəni böhrandır", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri