Icma.az
close
up
RU
Sanksiyalar fonunda SİYASİ TUFAN

Sanksiyalar fonunda SİYASİ TUFAN

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriya əhalisi öz arzusuna çatmaq üçün çox “xəyallar” qurub. Xüsusən də, 2016-cı ilin dekabrında Hələbin azad edilməsindən sonra Suriya əhalisinin bir arzusu var idi, bu da ölkələrinin dirçəlişini görməkdən ibarət olub. Amma ABŞ-ın iqtisadi cəhətdən əhəmiyyətli saydığı bölgələri işğal etməsi, işğalçılıq niyyətində olması və amansız sanksiyaları məhz bu “xəyalları” çoxdan məhv edib.

Sanksiyaların tətbiqi Suriyada iqtisadiyyatın çökməsinə səbəb oldu

Bir vaxtlar, daha dəqiq desək, 2011-ci ildə məhz Bəşər Əsədin qəddar bir diktator olduğunu, eləcə də suriyalıların azad edilməli olduğunu bəhanə edərək, o zaman ABŞ prezidenti Barak Obama Suriyanın neft sektorunu hədəfə alan sanksiyalar tətbiq etdi. Sözsüz ki, ABŞ prezidenti olmuş Obamanın həmin sanksiyalar tətbiqi Suriyada iqtisadiyyatın çökməsinə səbəb oldu. Avropa İttifaqı və Böyük Britaniya da Amerikanın ardınca eyni addımı atdı. Bu sanksiyalar neftin bütün investisiyalarını, idxalını və ixracını qadağan edirdi. Hətta bununla da yekunlaşmadı və bunun ardınca Qətər, eləcə də Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Liqasının 22 üzvündən 19-u guya “Suriya xalqı üçün hər hansı əzabın qarşısını almaq üçün” bir sıra sanksiyaları təsdiqlədilər. Bununla da həmin ölkənin, Suriyanın qarşısına bir növ “çəpər çəkildi” və ölkədə “siyasi tufan” formalaşmağa başladı...

Bəli, hansısa bir vaxta qədər Suriya işləyən, böyüyən, orta gəlirli ölkə idi. Həmin ölkə həm enerji, həm də ərzaq baxımından özünü təmin edirdi. Suriyada səhiyyə sistemi də səmərəli idi, təhsil universitetlərə qədər pulsuz idi və qadınlar tam hüquqlardan istifadə edirdilər. Onu da yaxşı xatırlayırıq ki, 2009-cu ildə BVF-nin Direktorlar Şurası Suriyanın son illərdə əldə etdiyi möhkəm makroiqtisadi göstəriciləri alqışlamışdı. Bu da əlbəttə ki, səbəbsiz deyildi, çünki qeyri-neft sektorunun ÜDM-də sürətli artımı, yaxşı səviyyəli xarici ehtiyatlar, aşağı səviyyədə olan dövlət borcları həqiqətən də alqışa layiq sayılırdı. Bu göstəricilər həm güclü regional tələbi, həm də sosializmə meylli bir ölkədə bazar iqtisadiyyatının yüksəldilməsinə yönəlmiş hökumətin islahatlar səylərini əks etdirirdi.

Məqsəd yenidənqurma səylərini maliyyələşdirməsinin qarşısını almaq imiş

Belə çıxır ki, 2011-ci il “Ərəb baharı” adlandırılan real hərbi əməliyyatlar, silahlıların və Qərb tərəfindən maliyyələşdirilən terrorçu qrupların Qərb maraqları ilə əlaqəli olmayan, həmin maraqlara cavab verməyən hökumətləri məhv etmək ili sayıla bilər. Hətta başlanğıc ili kimi də qeyd olunsa, yanlışlıq olmaz. İddia olunduğu kimi, Suriya Rusiyanın müdaxiləsindən xilas oldusa da, dağılmış da olsa belə, heç bir infrastruktur olmadan və ÜDM-in ən aşağı səviyyələrə düşməsi ilə son dərəcə yoxsullaşma başladısa, deməli, sadalananlarla bağlı heç bir yanlışlıq yoxdur və həqiqətən də “siyasi tufan” artıq Suriya üçün daha ağır nəticələr vəd edirdi, belə də oldu...

Doğrudur, 2019-cu ildə verdiyi müsahibədə Bəşər Əsəd Suriyanın sosial müstəvidə artıq əhəmiyyətli dərəcədə yaxşılaşdığını söyləmişdi. Bəlkə də məqsəd ölkənin imicini və beynəlxalq müstəvidə nüfuzunu qorumaq idi deyə, belə bir mövqe sərgilənmişdi və bu şəkildə ifadə olunmuşdu. Hətta qeyd olunurdu ki, hökumət ordusu bir çox rayonları azad edib, normal həyat bərpa olunub, bütün dinlərin birgə yaşayışı təmin edilib. Təbii ki, bir ölkə rəhbəri öz ölkəsi ilə bağlı bu şəkildə də bəyan etməli idi, əksinin söylənilməsi heç bir məntiqə sığışmır. Əslində, həmin vaxt Türkiyənin dəstəyi ilə “ən-Nusra”nın nəzarətində olan İdlib bölgəsi və şimal-şərqdə ABŞ və onun kürd müttəfiqlərinin silahlı qüvvələrinin yerləşdirildiyi geniş ərazi işğal altında qalmışdı. Amma bununla belə, həmin ölkənin rəhbəri Əsəd müsbət tendensiyaların olduğunu bildirirdi. Hər halda, bunlar səbəbsiz də deyildi...

Doğrudur, Tramp hər zaman bəyan edirdi ki, “Suriyada sonu bəlli olmayan müharibəni sona çatdırmaq” və eləcə də insanları “evə qaytarmaq” üçün kampaniya, “iş” aparır. Lakin onu da bilirik ki, 2019-cu ildə o, Pentaqonun Suriyada Amerika qoşunlarını saxlamaq planının lehinə olub. Rəsmi olaraq bunun, “mübarizə aparmaq üçün” edildiyi qeyd olunurdu, əslində isə neft ehtiyatlarının və ən yaxşı kənd təsərrüfatı torpaqlarının olduğu bölgələrə Suriya və Rusiya qoşunlarının irəliləməsini əngəlləmək üçün edildiyi bəlli olur. Belə məlum olur ki, məqsəd Suriya hökumətini kritik gəlirlərdən məhrum etmək və onun yenidənqurma səylərini maliyyələşdirməsinin qarşısını almaq imiş.

Cəmiyyət davamlı şəkildə parçalanmağa başlamaqla dövlət dəstəyini də itirdi

Diqqətə çatdıraq ki, elə həmin il, 2019-cu il Tramp administrasiyası “Sezar Qanununu” təqdim etdi. Qanun layihəsi qida, enerji və dərman kimi vacib malların idxalını əngəlləyirdi. Beynəlxalq şirkətlərin məhz məhdudlaşdırıcı tədbirləri nəzərə alaraq, Suriya ilə əməliyyatlar aparmaq imkanlarını təmin etməkdə böyük çətinliklə üzləşmələri heç də təsadüfi deyildi. Bu “çətinliklər” nəticəsində əlbəttə ki, banklar, ixracatçılar, nəqliyyat və sığorta şirkətləri ölkədə bizneslə məşğul olmaqdan imtina etmək məcburiyyətində qaldılar. Sözsüz ki, bu “qanun” layihəsi istənilən yerdə, hətta Suriyanın yenidən qurulmasında işləyən xarici şirkətlərin ayrı-ayrı işçilərinə sanksiyalar tətbiq etməyə “imkan” verirdi.

Heç şübhəsiz ki, bu qeyri-qanuni və motivsiz sanksiyalar paketi geniş yayılmış yoxsulluğa əhəmiyyətli dərəcədə “töhfə” vermis oldu. Milyonlarla vətəndaş ölkədən qaçdı və qalanlar arasında da narazılıq artdı. Suriya yenidənqurma prosesinə başlaya və qeyri-sabitliyə buna görə də son qoya bilmədi. Hökumət də öz növbəsində vergiləri artırmağa məcbur oldu, lakin hətta bu, əsas xidmətlərin göstərilməsinə zəmanət vermək üçün belə kifayət etmədi. Cəmiyyət davamlı şəkildə parçalanmağa başladı və perspektivsizlikdən “yorularaq” dövlət dəstəyini də itirdi.

Ehtiyatlı davranış məhz hansısa “siyasi tufan” olduğu qənaəti ilə bağlı imiş

Təbii ki, ordunun modernləşdirilməsi özü belə əlçatmaz məqsəd kimi görünürdü. Bununla belə, Rusiya Suriya ordusunda islahatlar aparmağı, silah və texnika ilə təmin etməyi təklif etdikdə, o zaman həmin ölkənin rəhbəri olan Əsəd bu təklifdən imtina etməyi doğru hesab etdi. Əslində, ciddi milli təhlükəsizlik narahatlığı var idi, amma buna baxmayaraq, “imtina etmək” qərarı verildi. Hər halda, Bəşər Əsəd nədənsə “ehtiyat edirdi” və buna görə də guya ehtiyatlı davranmaq istəmişdi. Nəticənin necə olmasından asılı olmayaraq, ən azından, belə bir niyyət ortada olub və görünür, bunun özü də hansısa “siyasi tufan” olduğu qənaəti ilə bağlı imiş.

Bəllidir ki, Suriya Livanda Hizbullah üçün İrana verdiyi mühüm quru dəhlizinə görə Qərbi Asiyada güc mübarizəsinin mərkəzində özünü tapıb. Belə çıxır ki, bu kanalın silah və qoşun tədarükü üçün bağlanması İsrail üçün çox vacib imiş. HƏMAS ilə uzun sürən müharibədən sonra Livan cəbhəsindəki hərbi uğursuzluq İsraili noyabrın 27-də atəşkəslə razılaşmağa məcbur qoyub. O da təsadüfi deyil ki, Netanyahu Əsədi “odla oynamaqda” ittiham edib. Hətta Əsədin sanksiyaların ləğvi və ABŞ qoşunlarının çıxarılması müqabilində İranın Suriya ərazisindən istifadəsini rədd etmək üçün BƏƏ vasitəsilə ABŞ-la danışıqlar apardığı barədə hələ təsdiqlənməmiş xəbər də həqiqət ola bilər.

Ola bilsin ki, 2023-cü ildə Suriya diplomatik səviyyədə irəliyə doğru bir addım atmış kimi görünür. Sentyabr ayında Çin prezidentinin, Si Cinpinin Suriya ilə “strateji tərəfdaşlıq” yaradıldığını elan edərək, ABŞ-ın ərəb-Suriya barışığına mane olmaq cəhdlərinə baxmayaraq, Əsədin legitimliyinə beynəlxalq dəstək nümayiş etdirməsi də diqqəti cəlb edən məqamdır. Hər halda belə bir dəstək nümayiş etdirmək istəyi də təsadüfi sayıla bilməz.

Əslində, mayın 8-də Suriya artıq “Ərəb Liqasına” yenidən qəbul olundu və mayın 19-da Əsəd Səudiyyə Ərəbistanında keçirilən sammitdə də “həvəslə” iştirak etdi. “Böyük ərəb ailəsinə” bu qayıdışdan sonra Əsəd iqtisadi blokadanın yumşaldılmasına və sərmayəyə, eləcə də diplomatik dəstək almağa ümid edirdi. Əsəd döyüş meydanında məğlub olduqdan sonra körfəz ölkələrinin dəstəyini alacağına sadəlövhcəsinə inanırmış. Halbuki onlar 2011-ci ildə Suriyada sabitliyin pozulmasının əsas regional “sponsorları” idilər. Bəlkə də bu cür “perspektivlər” haqqında düşünmək onu hansısa bir xoşagəlməz “sürprizdən” qorxmamağa inandırırdı. Buna görə də İran və Hizbullah Əsəddən Qəzza və Livandakı müqaviməti dəstəkləmək üçün Qolan təpələrində cəbhə açmaq üçün icazə istədikdə o, bundan imtina etmişdi. Əsəd Suriyanı İsraillə açıq qarşıdurmaya sürükləmək və körfəz ölkələri ilə münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişə təhlükə yaratmaq istəməyib. Daha doğrusu, hansısa “tufan” olmaması üçün çalışıb, amma görünür buna nail ola bilməyib…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Dekabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see281

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see266

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see253

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see250

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see235

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see229

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see229

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see220

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see219

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see212

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see212

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see211

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see208

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see203

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see198

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see198

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see194

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see181

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri