Icma.az
close
up
RU
Şans üzünə gülmədi ... 6850 manatlıq lotereya kağızından cəmi 582 manat pul çıxara bildi

Şans üzünə gülmədi ... 6850 manatlıq lotereya kağızından cəmi 582 manat pul çıxara bildi

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Poz-Qazan” uduşlu lotereya kartlarının satışı ilə məşğul olan Elxan satdığı lotereyalar vasitəsilə bəxtini sınamaq qərarına gəlib və nəticəsi onun üçün ağır olub.

Bizimyol.info xəbər verir ki, Mehdiabad qəsəbəsində piştaxtada lotereya satışı ilə məşğul olan Elxan buna görə gündəlik 30 manat zəhməthaqqı alırmış. Hər gün Rasif biletləri sayıb ona verir, günün sonunda satılmayanları geri alırmış.

Bir müddət sonra onun qardaşı Mehman da rayondan gəlib. Təklif edib ki, qardaşı da onunla birlikdə lotereya biletlərinin satışı ilə məşğul olsun. Rasif də razılaşıb.

Günün birində Rasif onlara 6850 manat dəyərində “Poz-Qazan” gətirib. Yarısını Elxana, yarısını da Mehmana verib.

Günorta Mehman çay gətirmək üçün gedəndə özündə olan biletləri də qardaşına tapşırıb, bir azdan gələcəyini deyib.

“Borcum vardı, fikirləşdim ki, bu lotereya biletlərinin hamısını götürüm, özüm pozum, uduş da mənim olsun, borcumu bağlayaram. Lotereyaların olduğu çantanı götürüb, kirayə yaşadığım evə getdim. Lotereyaların hamısını pozdum, cəmi 582 manat uduş çıxdı. Bundan sonra Rasifin pulunu qaytara bilməyəcəyimi başa düşdüm, ona görə sonra işə getmədim. Rayona qayıtdım”, - deyə Elxan bildirib. Bu hərəkətinə görə Elxan haqqında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, iki gün şübhəli şəxs qismində tutulsa da, sonradan azadlığa buraxılıb. İstintaq və məhkəmə gedən müddətdə barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Onun valideynləri Rasifə dəymiş ziyanı – lotereya biletlərinin pulunu ödəyiblər.

Qanuna görə, dələduzluq cinayətlərində dəymiş ziyan ödəniləndə, üstəlik, ziyanın 25 faizi qədər dövlət büdcəsinə ödəniş edildikdə təqsirləndirilən şəxs haqqında cinayət işinə xitam verilə bilər. Bu əsasla da Elxan cinayət məsuliyyətindən azad edilib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Avqust 2025 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri