“Santos“un muzeyində Neymara büst qoyuldu FOTO
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Santos" klubunun muzeyində komandanın yetirməsi və əfsanəsi olan Neymarın büstü qoyulub.
Moderator.az xəbər verir ki, bu barədə məşhur futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
Büstün açılış mərasiminə futbolçu özü də qatılıb.
"Santos" tarixinin bir parçası olmaq mənim üçün böyük şərəfdir. Allaha, ailəmə və ilk gündən mənə dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm. Bizim çoxlu parlaq anımız olub, ancaq çətin vaxtlarımız da yaşanıb və siz hər zaman mənim yanımda olmusunuz", - deyə forvard bildirib.
Xatırladaq ki, Neymar doğma "Santos" komandasına 2025-ci ildə qayıdıb və onun müqaviləsi bu ilin dekabr ayının sonuna qədər qüvvədədir. Ulduz forvard "Santos"dan başqa "Barselona", "PSJ" və "Əl-Hilal" klublarında da çıxış edib. Təcrübəli hücumçu Braziliya milli komandasının tarixində ən məhsuldar oyunçudur. O, yığmanın heyətində keçirdiyi 130 matçda 80 dəfə fərqlənib.
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 31 İyul 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















