Icma.az
close
up
RU
Şanxay Əməkdaşlıq Təşkilatının 25 ci sammiti: Yeni qloballaşma arxitekturası və çoxqütblüyün manifesti FOTO

Şanxay Əməkdaşlıq Təşkilatının 25 ci sammiti: Yeni qloballaşma arxitekturası və çoxqütblüyün manifesti FOTO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çinin ev sahibliyi ilə Tinçin şəhərində keçirilən  Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammiti sadəcə növbəti diplomatik tədbir deyil, həm də dünya siyasətində və iqtisadiyyatında dərin struktur dəyişikliklərinin parlaq nümunəsi oldu. Qərbin yaradıcısı olduğu qlobaı  nizam getdikcə zəiflədikcə, ŞƏT alternativ qlobal idarəetmə arxitekturasının formalaşdırılması üçün bir platforma kimi önə çıxır. Sammitin nəticələrinin təhlili bir neçə əsas tendensiyanı müəyyən etməyə imkan verir.

1. Çin yeni qloballaşma modelinin memarıdır 

Pekin ardıcıl olaraq hegemoniya və blok qarşıdurması kimi ənənəvi modellərə alternativ  kimi təqdim edilən "insanlığın vahid taleyi olan icması" konsepsiyasını irəli sürür. Bu model sadəcə ritorika deyil. Onun maddi əsası unikal Çin in qlobal güc əldə etmiş iqtisadiyyatıdır.  Son on illiklər maliyyə kapital üzərində qurulan və getdikcə gücü azalan Qərb iqtisadiyyatından fərqli olaraq Çin modeli real sektorların inteqrasiyası üzərində qurulub: qlobal logistika zəncirləri (COSCO), rəqəmsal platformalar (TikTok, TEMU, Alibaba), telekommunikasiya infrastrukturu (Huawei) və istehlak malları ilə avtomobillər şirkətlərinin aratan gücü bariz nümunədir. Bu "maddiləşmiş qloballaşma" onlarla ölkənin maraqlarını Çin iqtisadiyyatı ilə birləşdirərək mərkəzi Pekin olan yeni struktur yaradır.

2. Qlobal Cənub-periferiyadan güc mərkəzinə

ŞƏT, Çin başda olmaqla  Qlobal Cənub ölkələrinin çoxqütblü sistem yaratmaq ambisiyalarını həyata keçirmək üçün praktiki vasitədir. Bu, hərbi ittifaq deyil, təhlükəsizlik, iqtisadiyyat və infrastruktur üzərində qurulmuş strateji çərçivədir. Çinin rəhbərliyi altında bu blok, addım-addım Qərb institutlarına alternativlər (məsələn, BRİKS-in Yeni İnkişaf Bankı) yaradır və ticarətdə dolların təsirinin azalmasını təşviq edir. ABŞ-ın başçılıq etdiyi Qərb blokunun "borclu" olması iddiası təkcə iqtisadi deyil, həm də geosiyasi tezisdir. Dominant valyuta olaraq dolların zəifləməsi yuan, rupi və bəlkə də digər valyutaların əhəmiyyətli regional rol oynayacağı çoxvalyutalı sistemə yol açır.

3. Strateji üçbucaqlar, tarazlaşma çağırışları və  Türkiyənin rolu 

Çin-Rusiya-Hindistan üçbucağının tamhüquqlu strateji ittifaqa çevrilməsi perspektivi dünya geosiyasətini kökündən dəyişərək Qlobal Cənubu “birinci skripka”ya çevirə bilər. Lakin daxili ziddiyyətlər, xüsusən Hindistan və Çin arasındakı rəqabət belə bir ssenarinin qısa müddətdə baş verməsini çətinləşdirir. Ölkələrin suverenliyi qoruyaraq konkret məsələlər üzrə əməkdaşlıq etdiyi çevik koalisiya modeli daha realdır.
Yeni çoxqütblüyün mürəkkəbliyinin bariz nümunəsi Türkiyədir. Onun artan rolu və ambisiyaları tarazlaşma çağırışı ilə üzləşir. NATO üzvü olan Ankara eyni zamanda ŞƏT ilə tərəfdaşlığını dərinləşdirir. Qütbləşmə gücləndikcə, bloklar arasında manevr etmək getdikcə çətinləşəcək və bu da Türkiyəni daha qətiyyətli seçim etməyə məcbur edə bilər.

Türkiyə siyasəti çox vaxt səhvən sadəcə “manevr” kimi səciyyələndirilir. Reallıqda bu, prezident Ərdoğanın rəhbərliyi altında formalaşdırılmış son dərəcə dəqiq və praqmatik doktrinadır. Onun məqsədi böyük ölkələrin rəqabətindən maksimum fayda əldə etməkdir. NATO-ya üzvlük Ankaraya təhlükəsizlik, texnologiya çıxış imkanı, siyasi nüfuzu təmin edir . Eyni zamanda, ŞƏT ilə, xüsusən də Çin və Rusiya ilə tərəfdaşlığın dərinləşməsi , yeni texnologiyalara, enerji resurslarına və yeni bazarlara çıxış açır və alternativ yaradır.  Lakin Qərblə  Rusiya-Çin alyansı arasında çatlar dərinləşdikcə, manevr imkanları daralır. Qərb NATO müttəfiqinin Alyansın geosiyasi opponentləri ilə fəal əməkdaşlıq etdiyi “sərbəst kursa ” getdikcə daha az təmkinlə yanaşacaq. Xüsusilə təhlükəsizlik sahəsində ŞƏT ilə gələcək yaxınlaşma Brüssel və Vaşinqtonda getdikcə daha sərt müqavimətlə qarşılaşacaq.

4. Avrasiya düyünləri-Cənubi Qafqaz, Azərbaycan və Mərkəzi Asiya

Çinin "Kəmər və yYol" təşəbbüsü çərçivəsində Avrasiyanın yeni logistik arxitekturası Cənubi Qafqazın strateji əhəmiyyətini artırır. Tranzit potensialına malik Azərbaycan regionda Çinin əsas tərəfdaşı statusunu təbii olaraq gücləndirir. Pekin və Bakı arasında tərəfdaşlıq dərinləşəcək ki, bu da ənənəvi marşrutları yan keçərək Asiya ilə Avropa arasında əlaqəni gücləndirəcək.

Mərkəzi Asiya yeni "Böyük Oyun"un mərkəzinə çevrilib. Region ölkələri praqmatizm nümayiş etdirərək, Çinin yüksəlişindən öz xarici siyasət və iqtisadi imkanlarını şaxələndirmək və Rusiyanın ənənəvi təsirini tarazlaşdırmaq üçün istifadə edirlər. Lakin Pekinin artan təsiri borc asılılığı və yerli iqtisadiyyatların dəyişməsi risklərini də gətirir. Bu neqativ amilləri yumşaltmaq üçün Mərkəzi Asiya ölkələri daha güclü mövqelərdən böyük dövlətlərlə danışıqlar aparmaq üçün öz regional əməkdaşlıqlarını (məsələn, C5+1 formatı, Türk Dövlətləri Təşkilatı vasitəsilə) gücləndirməlidirlər.

ŞƏT-in 25-ci sammiti çoxqütblü dünyaya keçidin artıq fərziyyə deyil, günümüzün reallıq olduğunu təsdiqlədi. Çin bir çox Qlobal Cənub ölkəsi üçün cəlbedici olan alternativ inkişaf və qloballaşma modelini uğurla təklif edir. Gözləmək olar ki, bu yeni nizam bir hegemoniyanın digəri ilə sadə əvəz edilməsi ilə deyil, üst-üstə düşən ittifaqlar, rəqabət aparan valyutalar və davamlı diplomatik manevr etmələrlə mürəkkəb və bəzən münaqişəli bir sistem ilə xarakterizə olunacaq. Bu sistemin davamlılığı onun əsas oyunçularının daxili ziddiyyətləri idarə etmək və açıq qarşıdurmadan qaçmaq qabiliyyəti ilə sınaqdan keçiriləcək.

Zaur İbrahimli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri