Icma.az
close
up
RU
Sarı dəniz sahilində Çin Rusiya birgə təlimi keçirilir

Sarı dəniz sahilində Çin Rusiya birgə təlimi keçirilir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 iyul, AZƏRTAC

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi günü Moskva və Pekinin “Dəniz qarşılıqlı əlaqəsi-2026” birgə dəniz təliminə başladığını açıqlayıb.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, nazirlik açıqlamasında Çinin Sarı dəniz sahilindəki Qingdao limanında yerləşən dəniz bazasında açılış mərasiminin keçirildiyini, Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri gəmilərinin komandirlərinin, həmçinin birgə komandanlıq qərargahının zabitlərinin tədbirə qatıldıqlarını bildirib.

Təlimlərə Rusiyanın kontr-admiralı Sergey Sinko və Çinin kontr-admiralı Qiu Vençen rəhbərlik edirlər.

İştirakçılara müraciət edən Sinko illik təlimlərin müdafiə xarakteri daşıdığını və heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini deyib.

Nazirlik bildirib ki, mərasimdən sonra birgə qərargahın zabitləri və iştirakçı gəmilərin komandirləri dənizdə taktiki əməliyyatlar və planlaşdırılan təlimlərin həyata keçirilməsi prosedurlarını müzakirə etməyə başlayıblar.

Çin dövlət mediası təlimin başlandığını təsdiqləyərək bildirib ki, iki ölkə Şandun əyalətinin şərqindəki Qingdao şəhərindəki hərbi limanda dəniz təliminə başlayıb.

Çin ordusunun rəsmi sosial media hesabı olan “China Bugle”in məlumatına görə, səkkizgünlük təlim üç mərhələdə keçiriləcək: qüvvələrin toplanması, liman əsaslı planlaşdırma və dənizdə əməliyyatlar.

İllik birgə təlim 13 iyul tarixinə qədər Sarı dənizdə davam edəcək.

Təlim iki ordu arasında illik əməkdaşlıq planının bir hissəsidir və təhlükəsizlik təhdidlərinə birgə cavab vermək, regional sülh və sabitliyi qorumaq məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyul 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri