Icma.az
close
up
RU
Şarm əl Şeyx Dialoqu çərçivəsində 2025 ci ilin 1 ci vork şopun açılışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfələri vurğulanıb

Şarm əl Şeyx Dialoqu çərçivəsində 2025 ci ilin 1 ci vork şopun açılışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfələri vurğulanıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bonn, 17 iyun, Pərvanə Qafarova, Elvin Mövsümov, AZƏRTAC

Bonn İyun İqlim Sammiti - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Yardımçı Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində iyunun 17-də Şarm-əl-Şeyx Dialoqu çərçivəsində 2025-ci ilin 1-ci vork-şopun açılışı olub.

AZƏRTAC xəbər verir ki, vork-şopun açılış mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev, Şarm-əl-Şeyx Dialoqunun həmsədrləri xanım Qabriela Blatter və səfir Mohamed Nasr, eləcə də UNFCCC Katibliyindən Daniele Violetti çıxış ediblər.

AIDA-nın rəisi Elməddin Mehdiyev çıxışında iqlim maliyyələşməsi istiqamətində əldə olunmuş mühüm irəliləyişlərə diqqət yönəldib. Bildirib ki, COP29-un nəticəsi olaraq qəbul edilən Bakı Maliyyə Hədəfi iqlim dəyişikliyi ilə mübarizədə tarixi addım kimi qiymətləndirilir. Bu hədəflə inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il azı 300 milyard dollar maliyyə vəsaitinin səfərbər olunması nəzərdə tutulur. Bu təşəbbüsün davamı olaraq Azərbaycan və Braziliya tərəfinə “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlamaq həvalə olunub və məqsəd 1,3 trilyon dollarlıq illik iqlim maliyyəsinin təmin edilməsidir.

Çıxışda, həmçinin karbon bazarlarına dair 6-cı maddə üzrə onillik danışıqların yekunlaşdığı və bu mexanizmlərin 2050-ci ilə qədər 1 trilyon dollarlıq maliyyə axını yarada biləcəyi qeyd olunub. COP29 zamanı, həmçinin inkişaf etməkdə olan ölkələr üçün maliyyə əlçatanlığının artırılması, kapitalın yüksək dəyəri və digər struktur maneələrin aradan qaldırılması məsələlərinə də toxunulub.

E.Mehdiyev iqlim maliyyəsinin təkcə rəqəmlərlə deyil, praktiki tədbirlərlə və yerli səviyyədə nəticələrlə müşayiət olunmasının vacibliyini diqqətə çatdırıb. O, bu istiqamətdə Şarm Əş-Şeyx Dialoqunun mühüm dialoq platforması rolunu oynadığını bildirib və Bakı Maliyyə Hədəfinin icrasında 2.1(c) maddəsinin əhəmiyyətini vurğulayıb. Bundan başqa, COP29-da səsləndirilən fikirlərin və əldə olunan nəticələrin Paris Sazişinin konkret icra mexanizmlərinə keçidi gücləndirdiyi və nəticələrin COP30-da təqdim olunmasının planlaşdırıldığı vurğulanıb.

İclasda iqlim maliyyəsinin funksionallığının artırılması, Paris Sazişinə uyğun maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və yaşıl investisiyaların təşviqi məsələləri ətrafında geniş müzakirələr aparılıb. Meşə sektorunda mitiqasiya həllərinin gücləndirilməsi və bu sahədə milli, regional təcrübələrin paylaşılması əsas müzakirə mövzularından olub. Həmçinin inkişaf etməkdə olan ölkələrin ehtiyacları və potensial quruculuğu imkanları da diqqət mərkəzində yer alıb.

Şarm-Əl Şeyx Dialoqu 2022-ci ildə Misirdə keçirilmiş COP27 zamanı Paris Sazişinin 2-ci maddəsinin 1(c) bəndinin əhatə dairəsi və həmin maddənin Sazişin 9-cu maddəsinə uyğunluğu (tamamlayıcılığı) barədə müzakirələrin keçirilməsi məqsədilə yaradılıb. Qərara əsasən, 2023-cü il ərzində COP27 Sədrliyinin rəhbərliyi ilə iki seminar keçirilib.

2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 zamanı Dialoqun ilkin məqsədlərinə Paris Sazişinin 2-ci maddəsinin 1(c) bəndinin tətbiqi ilə bağlı anlayışın genişləndirilməsi əlavə edilib. Həmçinin Dialoqun 2024-cü və 2025-ci illəri əhatə etməsi və bu çərçivədə UNFCCC Katibliyi tərəfindən ildə iki dəfə seminarların keçirilməsi barədə qərar qəbul olunub. Eyni zamanda, iclasların koordinasiyasının həyata keçirilməsi məqsədilə COP28-in Prezidenti tərəfindən müvafiq olaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri təmsil edən isveçrəli və misirli iki həmsədr təyin edilib.

Dialoq çərçivəsində müzakirələrdə Paris Sazişinə Tərəf dövlətlərlə yanaşı, müvafiq təşkilatlar və digər maraqlı tərəflər də iştirak edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri