Icma.az
close
up
RU
Bakı və Belqrad arasında sarsılmaz birlik yaranır ŞƏRH

Bakı və Belqrad arasında sarsılmaz birlik yaranır ŞƏRH

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın qlobal nüfuzunu ildən-ilə daha da möhkəmləndirir. Ölkəmiz beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı faydalı əməkdaşlığa söykənən müstəqil xarici siyasət həyata keçirərək, mühüm qlobal layihələrin icrasında etibarlı və həlledici tərəfdaş kimi çıxış edir. Bu kontekstdə Azərbaycan ilə Serbiya arasındakı münasibətlər özünəməxsus dinamizmi ilə seçilir. İldən-ilə genişlənən bu strateji tərəfdaşlıq hazırda ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçılarının mütəmadi xarakter alan qarşılıqlı səfərləri və aparılan yüksək səviyyəli dialoqlar əməkdaşlığın davamlı inkişafının ən bariz göstəricisidir”. 
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib.

Kamran Bayramov bildirib ki, fevralın 15-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuata birgə bəyanatlarla çıxış etməsi, iki ölkə arasındakı strateji tərəfdaşlığın sarsılmaz bir qardaşlıq və müttəfiqlik zirvəsinə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi:
“Bu görüş sadəcə diplomatik bir təmas deyil, həm də Bakı və Belqradın regionun yeni və qətiyyətli güc mərkəzləri kimi birgə addımladığının bəyanı idi. Liderlərin çıxışlarında səslənən hər bir fikir həm Azərbaycanın, həm də Serbiyanın milli maraqlarına söykənən müstəqil xarici siyasət kursunun nə qədər sarsılmaz olduğunu bir daha sübut etdi. Xüsusilə vurğulanmalıdır ki, hər iki dövlət başçısı beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliklərini nümayiş etdirərək, qarşılıqlı surətdə ərazi bütövlüyü və suverenliyin qorunmasında güzəştsiz mövqe sərgilədilər. Azərbaycanın Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyində oynadığı həlledici rol bu münasibətləri strateji tərəfdaşlıq müstəvisindən çıxararaq sarsılmaz bir iqtisadi-siyasi ittifaq səviyyəsinə qaldırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uzaqgörən diplomatiya Azərbaycanı qlobal layihələrin əsas tərəfdaşlarından birinə çevirməklə yanaşı, xarici təzyiqlərə və mümkün təxribat planlarına qarşı ən təsirli cavab kimi qiymətləndirilir”.
Deputat diqqətə çatdırıb ki, bu gün Bakı və Belqrad arasındakı sarsılmaz birlik, Avrasiyanın siyasi xəritəsində yeni və proqnozlaşdırıla bilən bir əməkdaşlıq reallığı yaradır:
“Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanla münasibətlərin gələcək perspektivlərindən danışarkən bildirib ki, sentyabr ayında Bakıda keçiriləcək investisiya forumu biznes dairələri, bankçılar və rəsmi nümayəndələr üçün yeni əməkdaşlıq imkanları yaradacaq. Bu səfər çərçivəsində Serbiya üçün strateji əhəmiyyət kəsb edən “EXPO 2027” sərgisinin təqdimatı da nəzərdə tutulur. Belqradda keçiriləcək bu mötəbər tədbirdə Azərbaycanın iştirakını təsdiqləməsini yüksək qiymətləndirən dövlət başçısı ölkəmizin öz potensialını həmin platformada ən yüksək səviyyədə nümayiş etdirəcəyinə əminliyini ifadə edib. İki ölkə arasında turizm əlaqələrinin inkişafına toxunan Prezident Vuçiç, mayın 3-dən etibarən "Air Serbia" vasitəsilə Bakı və Belqrad arasında birbaşa uçuşların başlayacağını xüsusi qeyd edib. O, Bakının təmizliyini, təhlükəsizliyini və memarlıq möcüzələrini vurğulayaraq, Serbiya vətəndaşlarını bu gözəl şəhəri ziyarət etməyə çağırıb. Eyni zamanda, Azərbaycan vətəndaşlarını da Avropanın ən təhlükəsiz ölkələrindən biri olan Serbiyaya dəvət edən Vuçiç, xalqlarımızın qardaş və dost münasibətlərinin bu tərəfdaşlığın təməlini təşkil etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev Belqradda mətbuata verdiyi bəyanatda Serbiya ilə münasibətlərin dərin strateji və mənəvi köklərə söykəndiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı vurğulayıb ki, Serbiyanın təbii resurslardan asılı olmadan, yalnız daxili gücünə və islahatlara arxalanaraq əldə etdiyi iqtisadi uğurlar, xüsusilə müasir Avropa məkanında yüksək qiymətləndirilməli olan bir amildir. Bu inkişafın mərkəzində isə Prezident Aleksandar Vuçiçin milli maraqlara bağlılığı və sarsılmaz liderlik keyfiyyətləri dayanır. Prezident qeyd edib ki, iki ölkə arasında keçirilən Strateji Şuranın ilk iclası əlaqələri yeni müstəviyə daşıyıb. Bizim gələcək üçün də açıq-aydın planlarımız var: “Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır.”
Dövlət başçısı Serbiyada yaradılmış əlverişli investisiya mühitini xüsusi qeyd edərək, Azərbaycanın bu ölkəyə böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bildirib. Birgə inşa ediləcək elektrik stansiyası layihəsi hər iki ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, həm də iqtisadi müstəqilliyin rəmzinə çevriləcək. Bu əməkdaşlıq formatı göstərir ki, Bakı və Belqrad arasındakı səmimi dostluq münasibətləri artıq genişmiqyaslı iqtisadi və strateji dividentlərə çevrilməkdədir”.
K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən enerji strategiyası Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir:
“Dövlətimizin başçısının bərpaolunan enerji sahəsində mövcud böyük potensiala diqqət çəkərək 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünün əldə olunmasını hədəf kimi müəyyənləşdirməsi ölkəmizin gələcək onilliklərdə də Avropanın enerji xəritəsində əsas söz sahibinə çevriləcəyini göstərir. Bu nəhəng resursun əhəmiyyətli hissəsinin xarici bazarlara ixracı, eyni zamanda Serbiya kimi strateji tərəfdaşlarla transmissiya imkanlarının genişləndirilməsi istiqamətində yeni əməkdaşlıq perspektivləri açır. Məhz bu cür qlobal miqyaslı təşəbbüslər Azərbaycanın dünya səviyyəsində nüfuzunun sürətlə artmasını və Cənubi Qafqazın lider dövlətinə çevrilməsini şərtləndirən əsas amillərdir. Ölkəmizin bu strateji yüksəlişi təkcə region üçün deyil, bütövlükdə Avrasiya məkanında sabitliyin və iqtisadi tərəqqinin təminatçısına çevrilmək istiqamətində atılan tarixi addım kimi qiymətləndirilə bilər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri