Icma.az
close
up
RU
Saşa Yunisoğlu: Yalnız “Qəbələ”nin elitaya yüksəlmək üçün lazımi şəraiti var

Saşa Yunisoğlu: Yalnız “Qəbələ”nin elitaya yüksəlmək üçün lazımi şəraiti var

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin sabiq üzvü Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib.

- Yeni sezondan Misli Premyer Liqasında legioner limiti ləğv ediləcək. Bu qərarla bağlı fikrin necədir? Səncə, daha çox mənfi, yoxsa müsbət tərəfləri olacaq? 
- Düşünürəm ki, bu çox gözəl qərardır. Bu qərarla Premyer Liqanın səviyyəsini və marağını qaldırmaq istəyirlər. Bu çox gözəldir, çox yaxşıdır. Avropanın bir çox futbol liqasında legioner limiti yoxdur və bu özünü doğruldur. Ümid edək ki, Azərərbaycanda da bu qərar ancaq və ancaq müsbət effekt verəcək. Amma bir şey var ki, bu qərarı qəbul etmək üçün gərək Birinci Liqanın və İkinci Liqanın da səviyyəsi indiki qədər bərbad olmasın. Təbii ki, yerli futbolçu güclüdürsə, rəqəbət apara bilirsə, Premyer Liqada oynayacaq. Əks halda yerlilərdən çoxu Premyer Liqada öz yerini itirəcəklər, belədə Birinci Liqaya üz tuta bilirlər.

- Bu qərarın azərbaycanlı futbolçuların xaricə getməsinə yol açacağı fikrində olanlar var. Səncə, bəs, Avropada bizim futbolçuları istəyən klublar olacaq? 
- Azərbaycan futbolunun həm səviyyəsi, həm dünya reytinqdə yeri çox aşağıdır. Üstəgəl, bizim millimiz də çox bərbad çıxış edir deyə, inanmıram Avropanın heç olmasa ortabab ölkələri bizim futbolçulara diqqət etsinlər. Yerli menecerlərimiz ancaq daxili bazarda çox aktivdilər, bizim uşaqları kimsə harasa aparıb reklam etməlidir. Bu da yoxdur. Eyni zamanda futbolçular da harasa gedib baxışda iştirak edib məşqlərdə özünü göstərmək istəmirlər, çəkinirlər. Birbaşa kontrakt bağlamağa getmək istəyirlər. Amma bu çətin məsələdir. Avropada daha çox Braziliya,  Afrika və Balkan ölkələrindən olan oyunçulara baxırlar. Çünki onlar reytinqdə bizdən yuxarıdadırlar və onlarda futbolçular çoxdur, onlar baxışa yollanmağa qorxmurlar, buna pis baxmırlar. Ona görə düşünürəm ki, legioner limiti ləğv olunduqdan sonra xarici klublara elə da çox futbolçu axını olmayacaq. Çünki bizi orda tanımırlar və gözləmirlər. 

- Bəs səncə, Premyer Liqa üçün ən ideal limit hansı olardı? 
- Ən ideal elə limiti ləğv etməkdir. Amma biz buna hazırıq, ya yox zaman onu göstərəcək. Artıq qərar qəbul olunub və hamımız buna uyğunlaşıb Azərbaycan futbolunun inkişafı üçün çalışmalıyıq. 

- Yeri gəlmişkən, qərarlardan biri Premyer Liqada komanda sayının 10-dan 12-yə artırılmasıdır. Səncə, Birinci Liqada hansı komandalar elitada oynamağa hazırdır? 
- Bəli, bu çoxdan gözlənilən və ən sevindirici xəbər oldu. Bu qərara görə AFFA-nı alqışlamalıyıq. 12 komanda başlanğıc üçün çox yaşıdır, gələcəkdə komanda sayını 16-ya çatdırmaq olar. Amma bu bir az uzun prosesdir. Çünki dediyim kimi, Birinci Liqada infrastruktur çox bərbad vəziyyətdədir. Şəraiti, imkanı olan komandalar var, amma onlar da yenilənməlidir. Bunlar “İmişli”, “Karvan”, “Zaqatala” və “Mingəçevir”di. İkinci məsələ maliyyə potensialıdır. Sponsor olmasa Birinci Liqa komandalarından heç bir klub Premyer Liqada oynaya bilməz. Çünki Birinci Liqa və Premyer Liqa arasında uçurum var. Hazırda yalnız “Qəbələ” Premyer Liqaya yollanmaq uğrunda bütün lazım olan şəraitə malikdir.

- Necə düşünürsən, yeni sezon legioner limitindən sonra “Qarabağ”la başabaş rəqabət apara biləcək komandalar görəcəyik? 
- Maraqlı sualdır, amma aktual sual deyil. Düşünmürəm ki, bütün bu qərarlar məhz “Qarabağ”ı dayandırmaq üçün qəbul olunur. Bu qərarlar daha çox ümumi, Azərbaycan futbolunu inkişaf etdirmək üçün qəbul olunur. Məncə limit olub-olmamasına baxmayaraq, gec-tez “Qarabağ”a rəqib tapılacaq.

Romao “Qarabağ”dan getdi - Rəsmi “Qəbələ”nin futbolçusu 10 oyunluq diskvalifikasiya olunub AFFA Ruslan Abışovu cəzalandırdı AFFA "Turan Tovuz"u 3500 manat cərimələyib "Qarabağ"ın yeni 9 nömrəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 Fevral 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri