Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

Milla adını dəyişir

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

Fələstinli qız Türkiyədə müalicə olunacaq

Satan da, alan da məmnundur

Satan da, alan da məmnundur

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Paytaxtın “Mövsüm yarmarkası”ndan reportaj

Sonuncu dəfə yarmarkadan reportajı təxminən iki ay əvvəl hazırlamışdım. Elə bu ünvanda bal yarmarkası təşkil olunmuşdu. Budəfəki – noyabrın 28-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda həftəsonları “Mövsüm yarmarkası”nın ünvanı da eynidir – Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Yarmarkada 30-a yaxın regiondan 55-ə yaxın fermer 120-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər. Burada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verməsi də mümkündür. Qeyd edək ki, “Mövsüm yarmarkası”nda fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunublar.

Təşkil olunmuş kənd təsərrüfatı yarmarkasına əslində reportajdan daha çox, bazar qeydləri, yaxud bazar təəssüratları da demək olar.

Səhər saatlarıdır. Yarmarkadayıq. Alıcılar hər yandan yarmarkaya doğru irəliləyir. Yarmarkada hər kəs öz işindədir. Ən çox alıcılarla satıcıların dialoqu diqqəti cəlb edir. Alacaqları məhsulun qiymətini aşağı salmağa çalışırlar. Satıcılar isə həmişə eşitdiyimiz ənənəvi üsullarını işə salıblar – “ əgər bazarda bundan ucuz mal tapsan, gətir, özüm alacam. Üstəlik də sənə nə qədər desən, pay da verəcəm”.

Bu arada ətrafa göz gəzdirirəm. Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, piştaxtalarda çeşidlərin müxtəlifliyi də hiss olunur. Alıcılara tərəvəzlərdən kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, meyvələrdən naringi, alma, armud, heyva, nar, həmçinin ağartı və s. kənd nemətləri təklif edilir.

Bundan əlavə, yarmarkada satıcı-alıcı münasibətlərində də fəallıq müşahidə olunur. Satıcılar bildirirlər ki, yarmarkaların təşkili sahibkarlar üçün satış imkanlarını artırır və onların məhsullarını daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.

Alıcılar isə yarmarkada məhsulların təravətli, qiymətlərin isə münasib olduğunu vurğuladılar. Onların fikrincə, bu cür yarmarkalar keyfiyyətli məhsul əldə etməyə imkan yaradır.

Paytaxt sakinləri yarmarkadakı məhsulların təzə və keyfiyyətli, eyni zamanda, bazarlar və marketlərdən 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirlər.

Balakənli fermer Sara Həsənova üçüncü dəfədir ki, yarmarkada iştirak edir. Rayonla müqayisədə paytaxtda alıcılıq qabiliyyəti çox yüksəkdir söyləyən fermer söhbət zamanı qeyd edir ki, böyük təsərrüfat sahibidir. 2 hektar fındıq bağı, 83 pətək arı ailəsi var. Həmçinin alma, heyva bağları da ailənin dolanışıq yerləridir. Yarmarkaya müxtəlif kənd təsərrüfatı malları – alma, əzgil, yemişan, qoz-fındıq, lobya, bal və digər məhsullar gətirib. Satışından və yaradılan şəraitdən çox razıdır.

Arzu Xəlilov isə Xaçmazın Nərəcan kəndində uzun illərdir ki, fermerliklə məşğuldur. Bugünkü yarmarkaya da barlı-bağatlı, bərəkətli torpağının məhsullarını çıxarıb. Ümumilikdə 2 tondan artıq satışa məhsul gətirib. Qiymətləri də digər satış yerlərindən olduqca aşağıdır. Evdə hazırladığı gül suyu və alma sirkəsinin isə daimi müştəriləri var. Beşinci dəfədir ki, yarmarkada iştirakı nəticəsində daimi müştəri qazanıb. Gəlməmişdən öncə müştərilərinin sifarişini də nəzərə alaraq onların istədiklərini yerinə yetirib.

Ağdaşlı fermer Eldəniz Əhmədov isə təkcə müştərilərinə düyü təklif edir. 500 kiloqram gətirdiyi düyüdən çox az miqdarda qaldığını və hər zaman yerli məhsula ehtiyac olduğunu bildirir. “İki növ-uzun və yumru düyü süfrələrin bəzəyidir” – deyən fermer müştərisi ilə yerindəcə razılaşıb 30 kiloqram düyünü təşkil olunacaq xeyir iş üçün məclisə satır.

Alıcı, paytaxt sakini Qaroğlan Abdullayev həyat yoldaşı ilə yarmarkaya gəlib:

“Həddindən artıq razıyıq. Qiymətlər ucuzdur, gəlməyə dəyər. Yenə nə zaman təşkil olunarsa, gələcəm. Bu cür yarmarkaların təşkilinə görə dövlətimizə təşəkkür edirik. Belə əlverişli və rahat satış bazarı yaradıblar. Vətəndaşlar üçün çox böyük köməkdir. Çünki burada təbii məhsullar gətirib satırlar. Yarmarka ildə bir neçə dəfə təşkil olunur. Bazarda, yaxud da evimizin ətrafında iri marketlərdə satılan ərzaqlarla müqayisədə qiymətlər aşağıdır”.

Onu da qeyd edək ki, digər satış obyektləri ilə müqayisədə alıcılara məhsulu daha ucuz və sərfəli qiymətə təklif edən yarmarkaların təşkili həm fermerlərin, həm də alıcıların ürəyincə idi. Necə deyərlər, satan da, alan da məmnundur. Elə biz də qiymətləri nəzərə alıb alış-verişimizi edib, satıcılara “bazar olsun” söyləyib yarmarkanı tərk edirik.

Müşfiq MİRZƏ
Fotolar Rauf İBRAHİMOVUNDUR
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see649

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see353

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see242

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see240

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see226

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see222

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see222

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see221

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see220

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see218

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see216

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see216

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see213

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see191

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see173

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

01 Oktyabr 2026 10:41see173

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see168

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see164

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see161

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri