Icma.az
close
up
RU
Satıcı lotereyada 1,5 milyon avro udan müştərinin biletini oğurladı

Satıcı lotereyada 1,5 milyon avro udan müştərinin biletini oğurladı

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyada yanacaqdoldurma məntəqəsinin işçisi müştərini aldadaraq onun lotereya biletini oğurlayıb.

Bavariyada bir kişinin 1,5 milyon avroluq lotereya uduşunu yanacaqdoldurma məntəqəsinin işçisi aldadaraq ələ keçirib.

Bild xəbər verir ki, hadisə 2024-cü ilin aprel ayında Münhen yaxınlığındakı Qrasbrunn icmasında baş verib. Yerli sakinlərdən biri “Spiel 77” lotereya biletini yoxlamaq üçün yanacaqdoldurma məntəqəsinə gətirib. Kassir Patrik D. bileti yoxlayanda 1 477 777 avroluq böyük uduşu görüb, lakin müştəriyə heç nə qazanmadığını bildirib. Məyus müştəri bileti kassada qoyub gedib. Kassir isə bileti saxlayıb və iyul ayında lotereya  ofisinə gedərək mükafatı şəxsən almağa çalışıb.

Lakin işçilər “qalib”lə müsahibə zamanı ondan şübhələniblər. Məlum olub ki, işçilərin iş yerindən bilet almasına icazə verilməsə də, kassir biletin qaytarıldığı yerdə işləyir.

Nəticədə lotereya şirkəti ödəniş etməkdən imtina edib və polisə məlumat verib. Araşdırma nəticəsində biletin əslində başqasına məxsus olduğu təsdiqlənib. Bileti atıb gedən sahibi hələ müəyyən edilməyib, o tapılsa da qəbz təqdim etməsə pulu ala bilməyəcək.

Kassir Patrik D.-yə fırıldaqçılığa görə 15 ay şərti cəza verilib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Mart 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri