Icma.az
close
up
RU
Satışlar Departamenti, İpoteka kreditləri şöbəsinin Baş mütəxəssisi

Satışlar Departamenti, İpoteka kreditləri şöbəsinin Baş mütəxəssisi

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Bank “BTB” ASC, Satışlar Departamenti, İpoteka kreditləri şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Satışlar Departamenti, İpoteka kreditləri şöbəsinin Baş mütəxəssisi

İş barədə məlumat:

Bankdaxili qaydalarla ona verilmiş səlahiyyət limitləri çərçivəsində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vəsaiti hesabına yeni ipoteka təminatlı kreditlərin verilməsini təmin edir; İpoteka kreditlərini Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun rəsmiləşdirir; İpoteka kreditlərinin təminatı olan İpotekanın rəsmiləşdirilməsi zamanı Bankı dövlət orqanlarında təmsil edir; Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrini vaxtında uzadılmasını təmin edir; Gecikməyə düşmüş ipoteka krediti üzrə gecikmənin ödənilməsi istiqamətində işlər aparır; Ödəniş etmək imkanını itirən borcalanlar mənzillərini satdıqları təqdirdə öhdəliyin ötürülməsi prosesini həyata keçirir; Fiziki şəxslərin Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vəsaiti hesabına maliyyələşdirilən ipoteka kreditləşməsi üzrə istək və ehtiyaclarını öyrənir və bunun əsasında İpoteka məhsullarının inkişafı üçün Bankın Satışlar Departamentinə müvafiq təkliflər verir; Bankın İpoteka məhsullarının bazarda tanıdılması və satışı üzrə tədbirlər görür; Müştərilərə ipoteka məhsul və xidmətlərin satışında müştəri xidmət strukturuna yaxından əməli köməklik göstərir; İpoteka krediti üzrə müştərilərə dair satışlar barədə mütəmadi təhlillər aparır, müvafiq hesabat və təkliflər hazırlayır; İpoteka krediti üzrə müştərilərin ödənişləri barədə mütəmadi təhlillər aparır, müvafiq hesabat hazırlayır; İpoteka krediti və sığorta ödənişləri üzrə kredit portfelinə nəzarət edir; İpoteka krediti portfelinə gündəlik nəzarət edir təhlillər aparır; İpoteka krediti ilə bağlı müraciət daxil olarsa, müraciətə aidiyyəti üzrə baxılması üçün onu Bankın Satışlar Departamentinin İstehlak kreditləri şöbəsinə göndərir; Yeni müştəri cəlbində aktiv iştirak edir; Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı işləri icra edir. Bankın İpoteka kreditləşmə fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrin hazırlanmasında yaxından iştirak edir və tətbiqini təmin edir; Bankın ipoteka məhsullarının çarpaz satışlarını təşkil edir; İpoteka kreditlərinin satışı ilə əlaqədar Satışlar Departamentinin göstərişlərini icra edir; Səlahiyyətli şəxs və şöbə rəhbərinin bu bölməyə həvalə etdiyi digər vəzifələri həyata keçirir; MİDA kreditləri üzrə cəlbetmə, ilkin razılıq, qeydiyyat, təhlil və rəsmiləşdirmə proseslərini həyata keçirir; Bütün ipoteka krediti məhsulları üzrə ilkin və yenidən maliyyələşdirmə prosesini həyata keçirir.

 Namizədə tələblər:

İqtisadi və ya biznes sahəsi üzrə ali təhsil; Minimum 2 il ipoteka kreditləşməsi sahəsində bank təcrübəsi; EİP (Elektron ipoteka portalı) və EİS (Elektron ipoteka sistemi) proqramları ilə işləmə bacarığı; Rus və İngilis dillərini bilməsi arzuolunandır; Ünsiyyət qurmaq bacarığı; Satış bacarığı; Komandada işləmək qabiliyyəti; Stresə davamlılıq; Komputerdə iş bacarığı; Məsuliyyətlilik; Analitik düşünmə.

Sizə nə təklif edirik?

Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi; Əlverişli iş mühitində çalışmaq imkanıi; Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı; Karyera və inkişaf perspektivləri; Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları; Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Satışlar Departamenti, İpoteka kreditləri şöbəsinin Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://banco.az
archiveBu xəbər 18 Avqust 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri