Icma.az
close
up
RU
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir? 20 il sonra ilk

Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir? 20 il sonra ilk

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Səudiyyə müdafiə naziri şahzadə Xalid bin Salman Əs Səud İrana səfər edib. O burada yüksək vəzifəli hərbi və siyasi nümayəndələrlə görüşlər keçirəcək. Xüsusilə İran Silahlı Qüvvələrinin qərargah rəisi general-mayor Məhəmmd Baqeri ilə görüşü planlaşdırılır.

Xalid bin Salman Kral Salman bin Əbdüləzizin oğludur və İrana səfərinin əsas məqsədi məktubunu İranın ali rəhbəri Əli Xameneiyə çatdırmaqdır. Əsas məqam isə bunun ötən 20 il ərzində Səudiyyədən İrana ən yüksəksəviyyəli səfər olmasıdır.

2023-cü ilin yayında Çinin vasitəçiliyi ilə iki ölkə arasında təmaslar qurulmağa başladı. Tərəflər buzları əritmək və regional məsələləri birbaşa danışıqlarla həll etmək qərarına gəldilər, lakin böyük nəticə olmadı.

İran və Səudiyyə Ərəbistanı regionda iki rəqib ölkədir. Tərəflər arasındakı başlıca problem dini məzhəbləridir. Təbii ki, regional və geosiyasi maraqların toqquşduğu nöqtələr də var.

Hazırkı yaxınlaşma isə konkret səbəblərlə bağlıdır:

Birincisi, ABŞ-la İran arasında gərginlik pik həddədir. ABŞ açıq şəkildə İranı hədələyir və müdaxilə imkanlarını gözdən keçirir. İran isə mümkün hücumlara cavab olaraq, Körfəz ölkələrinin neft yataqlarını bombalamaqla təhdid edir. Bu hücum baş verərsə, aydındır ki, genişmiqyaslı enerji böhranı yaranacaq. Ümumiyyətlə, belə bir enerji böhranı bütün dünya iqtisadiyyatını alt-üst edə bilər.

İkincisi, Səudiyyə Ərəbistanı və İran məzhəb baxımından əksmövqelidir. Yəni uzun illərdir bir-birinə qarşı ideoloji müharibə aparır. Hətta demək olar ki, hər iki rejim bir-birini tənqid və təhdid edərək varlığını qoruyur. ABŞ-ın İrana müdaxiləsi regionda dəhşətli müharibə yaradacağı kimi, rejimin də iflası deməkdir. Əgər bu baş verərsə, şübhəsiz, ABŞ üzünü Səudiyyə Ərəbistanına çevirəcək. Riyad və Vaşinqton bu gün dost, müttəfiq olsa da, gələcəkdə ikinci bir Ərəb baharı tendesiyasının Səudiyyə Ərəbistanından yan keçəcəyinə heç kəs zəmanət vermir. Buna görə də Riyad Tehranı danışıqlara sövq edir.

İranın ali rəhbəri Əli Xameneinin “irəliləyiş əldə etdiyimiz sahələrdə sizə dəstək göstərməyə hazırıq” sözləri xüsusilə diqqət çəkir. Bu, açıq şəkildə nüvə sahəsində əməkdaşlıq edə biləcəklərinə dair mesajdır.

İran fərqindədir ki, təkbaşına nüvə silahı əldə etmək istəməsi ona təzyiqləri artırır. Buna görə Səudiyyəni də nüvə silahı əldə etmək üçün bənzər proqram başlatmağa şirnikləşdirir.

Prinsip etibarilə ömrünün son illərini yaşanan Kral Salman buna getməsə də, hazırda hakimiyyəti əlində tutan Şahzadə Məhəmməd bin Salmanın bu yöndə qərar verməsi mümkündür. Vəliəhd şahzadə onsuz da bu günə qədər atdığı addımlarla diqqət çəkib. Ölkəsinin və iqtidarının gələcəkdə güclü olması üçün gizli, ya da ABŞ-la razılaşaraq bu proqramı başalda bilər.

Hazırda rəsmi şəkildə bəyan etməsə də, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, hətta Misir belə nüvə silahı əldə etmək istəyir. İslam ölkələri arasında bu tendensiyanın qarşısının alınması ABŞ-İran nüvə danışıqlarından və Səudiyyə Ərəbistanının vasitəçiliyindən asılı ola bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri