Icma.az
close
up
RU
Nüvə müzakirələri ərəfəsi gərgin anlar: İrandan sürpriz əməliyyat

Nüvə müzakirələri ərəfəsi gərgin anlar: İrandan sürpriz əməliyyat

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

İran İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri Bəsrə körfəzində "qaçaq yanacaq daşıdıqları" iddiası ilə iki tankeri saxlayıb. Əməliyyat zamanı 1 milyon litrdən çox yanacaq ələ keçirilib və 15 xarici heyət üzvü saxlanılıb.

Milli.Az xəbər verir ki, SEPAH-ın Dəniz Qüvvələrinin 2-ci Bölgə Komandiri Heydər Hünəriyan Mücərrəd bildirib ki, əməliyyat Farisi adası yaxınlığında keçirilib. Onun sözlərinə görə, tankerlərin daxilində 1 milyon litrdən çox qaçaq yanacaq aşkarlanıb.

Gəmilərdə olan 15 nəfərlik heyət üzvü saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib. İran rəsmisi hələlik saxlanılan şəxslərin hansı ölkənin vətəndaşları olması və ya tankerlərin hansı dövlətin bayrağı altında üzməsi barədə dəqiq məlumat verməyib.

Bu hadisə ABŞ və İran arasında sabah keçirilməsi planlaşdırılan və "müharibə, yoxsa sülh?" sualına cavab tapacaq tarixi görüşdən cəmi bir neçə saat əvvəl baş verib. Analitiklər bunu İranın danışıqlar masasına oturmazdan əvvəl bölgədəki (xüsusilə Hörmüz boğazı və Bəsrə körfəzi) nəzarətin onun əlində olduğunu göstərmək cəhdi kimi qiymətləndirirlər.

Bəsrə körfəzi dünya neft daşımalarının əhəmiyyətli bir hissəsinin keçdiyi marşrut olduğu üçün bu cür əlqoyma hadisələri beynəlxalq enerji bazarlarında da narahatlıq yaradır. ABŞ-nin bu hadisəyə verəcəyi reaksiya sabahkı müzakirələrin atmosferinə birbaşa təsir edə bilər.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Fevral 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri