Icma.az
close
up
RU
“Savaş yaratmaq istəyir, ailədən xəbəri olmayan ailədən danışır” Xalq artistindən sərt sözlər

“Savaş yaratmaq istəyir, ailədən xəbəri olmayan ailədən danışır” Xalq artistindən sərt sözlər

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müğənni Mehin Hümbətova açıqlamaları ilə diqqət çəkib. Sənətçi Azərbaycanda bəylərin həyat yoldaşları ilə birlikdə kluba gedə bilmədiklərini əsas gətirərək rahat istirahət etmədiklərini deyib.

"Bəylərimiz öz xanımları ilə istədikləri kimi istirahət edə bilmirlər. Rahat sevgi dolu həyat yaşaya bilmirlər ki, kənardan nə deyərlər? Qaynım, qardaşım görsə ki, xanımımla kluba gəlmişəm, nə deyərlər?", - deyə düşünürlər. Get də. Əgər xanımınla kluba, restorana gedib, gözəl emosiyalar yaşamayacaqsansa, onu niyə almısan?”, - deyə sənətçi bildirib.

Bəs, həqiqətən bəylər həyat yoldaşları ilə rahat istirahət edə bilmir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan xalq artisti Nürəddin Mehdixanlı bildirib ki, Azərbaycanda son dövrlər dəb düşüb, ailədən xəbəri olmayanlar, ailənin nə olduğunu bilməyənlər ailə problemlərindən danışırlar: “Sevginin nə olduğunu anlamayanlar, sevgidən danışmağa başlayıb. Azərbaycanda süni surətdə ortalığa fikirlər atılır. Nəsillər arası guya savaş var, gənclərlə yaşlılar bir-birini qırır. Yoxdur axı belə şey. Mən də bu ölkədə yaşayıram. Bu savaşı görmürəmsə, televiziya ekranlarına çıxıb süni surətdə gündəm yaratmağa çalışanlar harada yaşayırlar? Onlar nə istəyirlər? Məqsədləri nədir? Azərbaycanda ailə institunu dağıtmaq istəyirlər, olmayan kişi-qadın savaşını körükləyirlər. Bu, kimə lazımdır? Nə üçün edirlər? Mənə elə gəlir ki, bir adam bir şeydən danışırsa, bunun haqqında danışmağa onun haqqı olmalıdır. Haqqı olmayanlar bu günləri meydan sulayırlar. Öyrənəndə, baxıb görürsən ki, kimdir, nə ilə məşğuldur? Ailəsi olmayan ailə prinsiplərindən danışır. Azərbaycan cəmiyyətinin problemlərindən, ağrılarından xəbəri olmayanlar yalançı, yad, sürünmüş ideologiyaları bizə sırımağa çalışırlar”. 

Xalq artisinin sözlərinə görə, bu günləri Azərbaycan qadını ilə kişisi istədikləri yerə gedirlər, dünyanın istənilən ölkəsində istirahət edirlər:

“Kimin imkanı nəyə çatırsa, ailəsi, uşaqları ilə ora gedir. Bakıda restoranlara, istirahət mərkəzlərinə getsinlər, görsünlər, xanımı, uşaqları ilə dincələnlər var. Şəxsən mən yay vaxtı qızım, oğlum, nəvələrimlə yığışırıq gedib istirahət yerlərində otururuq. İstədiyimiz yerə gedirik və bizə kimsə nə mane olur, nə də bizim üçün bu, problemdir. Kökü, əsili olmayanlar, qarşılıqlı savaş yaratmaq fikrində olanlar haqqında da düşünmək lazımdır ki, bunlar kimdir? Bunlar bu ölkədən, bu millətdən nə istəyirlər, o bayraq onların gözünə niyə belə sərt girir? Bunların qarnının ağrısı nədir? Dünyanın hər yerində problem var. Kim bu günləri mənə gəlib sübut etməyə çalışar ki, Latın Amerikası ölkələrində hər şey gözəldir. O ölkələr də hər şey gözəldirmi ki, saat 8-dən sonra küçəyə çıxa bilməzsən, həyatın üçün təhlükə var. Bu günləri Azərbaycan ailələri daha dayanıqlıdır, daha xoşbəxtdir, ailə daxili münasibətlər daha sağlamdır. Nəinki yalandan həsrətini çəkdikləri, reklamını apardığı ölkələrdə. Ailə, sosial məsələlərlə bağlı danışanlar kimdir? Ora çıxanların fikir söyləməyə haqqı varmı? Bu sualların cavabını əvvəlcə özümüz üçün aydınlaşdırmalıyıq, ondan sonra onların dediklərinin doğru və ya yanlış olduqlarını ayırd etməliyik”.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Aprel 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri