Icma.az
close
up
RU
Hansı ailədən danışırsız?

Hansı ailədən danışırsız?

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər dəfə bir qadın öldürülür. Hər dəfə eyni bəhanə:
“Əri döyürdü, amma uşaqları var idi, ailə dağılmasın deyə barışdırdıq”.

Soruşmaq lazımdı: hansı ailədən danışırsız siz?
Hər gün söyülən, alçaldılan, döyülən bir qadının yaşadığı o ev ailə deyil — zülm məkanıdır.
O evdə qorxu var, amma sevgi yoxdur. İtaət var, amma hörmət yoxdur.

Bu qadınlar illərlə dözdülər, səssiz qaldılar, cəmiyyətin “ailə müqəddəsdir” deyib onları susdurmasına baxmayaraq yaşadılar.
Amma heç kim anlamadı ki, qadın dözmür – ayaqda qalır.
O, qorxmur – sadəcə mübarizə aparır.
Çünki o bilir: bir gün bu susqunluq bitəcək və səsini heç kim kəsə bilməyəcək.

Kişilər isə bunu başa düşmür.
Onlar elə bilirlər ki, qadın döyülürsə, səsini çıxarmırsa, deməli, zəifdir.
Yox, o qadın zəif deyil – səssizliyində belə güclüdür.
Çünki o, uşağını qorumağa çalışır, ailəsini xilas etməyə ümid edir.
Amma siz, kişilər, bu səssizliyi qorxaqlıq sandınız və o gücü alçaltmağa cəhd etdiniz.

Kişilik qadına hökm etmək deyil, yanında dayanmaqdır.
Amma çoxunuz sevginin yerinə qorxunu, hörmətin yerinə itaəti seçdiniz.
Və qadın sükutu pozanda, “artıq dözməyəcəm” deyəndə – qorxdunuz.
Çünki onun gücü, sizin “kişiliyinizin” maskasını cırıb atdı.

Qadın bir dəfə evdən gedəndə, bir dəfə susmamağı seçəndə, artıq azad olur.
Siz “ailə dağılmasın” deyirsiniz – amma o qadın çoxdan dağılan bir ailənin içində idi.
O, indi yenidən qurur – öz həyatını, öz dəyərlərini, öz kimliyini.

Əslində qorxan sizsiniz, kişilər.
Qadının daha dözməməsindən, artıq barışmamasından, sizi bağışlamamasından qorxursunuz.
Çünki o zaman aydın olur: kim kişidir, kim sadəcə cinsiyyət daşıyıcısı.

Qadın döyüləndə susan hər kəs – bu cinayətin ortaq günahkarıdır.
Amma unutmayın: bu qadınlar bir-birinin səsini eşitməyə başlayıb.
Onlar artıq qorxmurlar.
Onlar artıq “barışdırılmır”, onlar ayağa qalxır.

Ailə zorakılığın yaşandığı yer deyil.
Ailə sevginin, bərabərliyin, dəyərin olduğu yerdir.
Və o qadınlar artıq anlayıblar ki, ailəni qorumaq üçün deyil, özlərini qorumaq üçün yaşamalıdırlar.

Ona görə bir daha soruşuram:
Hansı ailədən danışırsız siz? Və hansı kişilikdən?
Çünki bu qadınlar artıq qorxmurlar — siz qorxursunuz.

Müəllif: İlkin Məmmədkərimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri