Icma.az
close
up
RU
Savaşı bitirəcək həmlə?

Savaşı bitirəcək həmlə?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Donald Tramp ikinci dəfə ABŞ Prezidenti olduqdan sonra Rusiyaya kifayət qədər güzəşt etdi”. 

Bu sözləri politoloq Oqtay Qasımov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, Trampın Ukrayna müharibəsinin Rusiyanın şərtlərilə dayandırılması üçün ciddi cəhdləri oldu: 

“Lakin əvvəlcədən də gözlənildiyi kimi, Kreml Trampın mövqeyindən sui-istifadə edərək savaşı uzatmaq və Ukraynanı tam şəkildə təslim etmək istəyirdi. Üstəlik, işğal etdiyi ərazilərin Rusiya torpağı kimi tanınmasını tələb edirdi. Təbii ki, Kiyev hakimiyyəti buna getmədi. 

Bunun ardınca ABŞ və Ukrayna tərəfindən atəşkəslə bağlı irəli sürülən təklif də Moskva tərəfindən qəbul edilmədi. Rusiya Prezidenti Vladimir Putin Trampın yanaşmalarından istifadə etməklə prosesi uzatdı. O, bununla hədəflərinə çatmaq istəyirdi. 

Tramp və Putin arasında Alyaskada keçirilən görüşdən sonra müharibənin dayanacağı barədə ümidlər var idi. Ancaq Rusiya Ukraynanın digər ərazilərini işğal etmək və enerji resurslarını sıradan çıxarmaq üçün ciddi addımlar atdı”. 

Ekspert qeyd edib ki, Kreml sülhə bağlı məsələlərdə manipulyasiya davam etməkdədir: 

“Tramp may ayından etibarən Putinin davranışlarından narazılığını ifadə etməyə başladı. Hətta son açıqlamalarında da Rusiya liderinin addımlarına görə xəyal qırıqlığına uğradığını dilə gətirdi. Ukrayna da ABŞ və Rusiya arasındakı bu ziddiyyəti məqamlardan istifadə etməyə çalışdı. Bu da doğru idi”. 

Həmsöhbətimiz yaxın vaxtlarda ABŞ tərəfindən Ukraynaya verilməsi gözlənilən ““Tomahawks”” raket sistemləri ilə bağlı da danışıb: 

“Rusiyanın daha dərinliklərini vuraraq onu masaya oturtmaq olar. Bunun üçün isə Ukraynaya daha ciddi dəstək verilməlidir. Bu dəstəklərdən də biri ABŞ-nin uçuş məsafəsi təxminən 2500 kilometrə çatan ““Tomahawks”” yerüstü raket sisteminin Ukraynaya verilməsidir. 

Doğrudur, bu istiqamətdə müəyyən ilkin razılaşmalar əldə olunub. Lakin yekun qərarın verildiyini deyə bilmərik. Əslində Moskva hakimiyyəti də sözügedən məsələ ilə bağlı narahatlığını bəyan edib. Ukrayna bu raketləri əldə edəcəyi təqdirdə Rusiyanın dərinliklərində strateji hədəfləri vuracaqlarını açıqlayırlar. 

Enerji sektoru, xüsusilə neft emalı zavodları və dron istehsalı müəssisələri, hərbi təyinatlı obyektlər, hətta Krım körpüsü də bu hədəflər sırasında ola bilər. Bu raketlərin Ukraynaya verilməsi Rusiya ilə ABŞ arasındakı münasibətləri gərginləşdirə bilər”. 

Politoloqun sözlərinə görə, Rusiyanın təhdidləri prosesə əngəl olmayacaq: 

“Rusiya daha əvvəldə Ukraynaya HIMARS və ATACKMS raketlərinin veriləcəyi təqdirdə, sərt tədbirlər görəcəyini deyirdi. HIMARS sistemləri təxminən 50, ATACKMS isə təqribən 150-300 kilometrə qədər məsafələri dəqiq vura bilmə qabiliyyətinə malikdir. Yəni hər zaman Kremlin təhdidkar bəyanatları olub. Düşünürəm ki, ““Tomahawks”” raket sistemi ilə bağlı olan məsələ də eyni olacaq. Yəni Moskva nə qədər etiraz etsə də, ABŞ bu raket sistemlərini Ukraynaya tədarük edə bilər”. 

Oqtay Qasımovun sözlərinə görə, ““Tomahawks”” raketlərinin Ukraynaya verilməsi savaşda dönüş nöqtəsi olmaz, amma Rusiyaya ciddi zərbələr vurular: 

“Tramp bu raket sistemləri ilə Rusiyaya mesaj verir. O, bu yolla Moskvanı danışıqlar masasına gətirməyə çalışır. 

Məncə, ABŞ lideri bu müharibənin çox uzanmasında maraqlı deyil. O, atəşkəsin əldə olunmasını istəyir. Tramp bu müharibəni dayandırmaqla özünün rolunu xüsusi qeyd edəcək və yenə də Nobel Sülh Mükafatına iddiasını irəli sürəcək. Bu, həm də onun əldə etdiyi növbəti ciddi nəticələrdən biri kimi təqdim olunacaq”.

Xatırladaq ki, Pentaqon Ukrayna üçün NATO müttəfiqlərinə nə qədər “Tomahawks” raketi satmağa hazır olduğunu müzakirə edir.
Bunu  “Financial Times” (FT) yazır. Pentaqonun bu raketləri almaqdan daha sürətlə istifadə etdiyi qeyd edilir. ABŞ müdafiə nazirinin keçmiş köməkçisinin müavini Cim Taunsend deyib: 

“Yəqin ki, Pentaqonun hazırda müzakirə etdiyi məsələ budur.  2022-ci ildən bəri ABŞ bu raketlərdən yalnız 202-ni alıb, lakin 2024-cü ildən bəri husilərə və İrandakı nüvə obyektlərinə zərbələr endirmək üçün ən azı 124 raketdən istifadə edib. Onlar həmçinin Venesuela ərazisinə zərbə endirilməsi halında istifadə oluna bilər”.

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Putin Tramp Zelenski Müharibə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri