Şavkat Mirziyoyev Cənubi Qafqaza gəlir
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-3-də Gürcüstana dövlət səfəri edəcək.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfər çərçivəsində Tbilisidə Özbəkistan liderinin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri nəzərdə tutulub.
Tərəflər arasında keçiriləcək danışıqlarda siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də sənaye, energetika, logistika və informasiya texnologiyaları sahələrində birgə layihələrin həyata keçirilməsi müzakirə olunacaq.
Səfərin yekununda iki ölkə arasında əməkdaşlığın inkişafına yönəlmiş dövlətlərarası sazişlər paketinin imzalanacağı gözlənilir.
Baxış sayı:105
Bu xəbər 01 İyul 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















