SAXAL İranın iki şəhərinin əhalisinə farsca müraciət yaydı: Qırmızı ərazini tərk edin
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) iyunun 19-u səhər saatlarında İranın mərkəzi hissəsində, xüsusilə Ərak və Xondab şəhərləri yaxınlığında yaşayanlara təcili təxliyə xəbərdarlığı edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı SAXAL-ın farsdilli "X" səhifəsində edilən paylaşımda İsrail ordusunun İran ərazisində hərbi infrastruktura zərbələr endirdiyi qeyd olunub.
"Biz sizi Ərak və Xondab şəhərləri ərazisində müəyyən edilmiş ərazini mümkün qədər tez tərk etməyə çağırırıq. Bu ərazidə olmanız həyatınızı ciddi riskə atır", - bəyanatda deyilir.
Paylaşıma əlavə olunan peyk görüntüsündə İranın Ərak nüvə kompleksinin yerləşdiyi yerlə üst-üstə düşən ərazi qırmızı dairəyə alınıb. Bu ərazi uzun müddətdir ki, Qərb ölkələrini narahat edir, çünki ağır su (deyterium oksidi) nüvə silahı yaratmaq üçün alternativ yol olan plutoniumun istehsalında istifadə edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 19 İyun 2025 07:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















