Icma.az
close
up
RU
Şaxələndirilmiş siyasət xəttinin təntənəsi

Şaxələndirilmiş siyasət xəttinin təntənəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq”

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Azərbaycanın öz milli maraqlarını, həyat tərzini və müstəqil siyasətini qəti şəkildə müdafiə edərək uğur qazandığını bildirdi. “Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”, – deyən dövlətimizin başçısının fikirlərində indiyədək keçdiyimiz yolun ayrı-ayrı şanlı səhifələri canlanır. O yol ki, eyni zamanda, ölkəmizin şaxələndirilmiş siyasət xəttinin təntənəsini doğurub.

Əminliklə vurğulaya bilərik ki, şaxələndirilmiş siyasət Azərbaycanın müstəqillik illərində daim qoruduğu balanslılıq xəttinin son dərəcə mühüm komponentidir. Mövcud trayektoriyada balans strategiyası, müəyyən mənada, nəzəri xarakterlidir, şaxələndirmədə isə konkret təcrübə var. Yəni, balans ideyadır, şaxələndirmə ideyanın əməli iş müstəvisi. 

Onu da bildirək ki, Prezident İlham Əliyevin yeritdiyi kurs nəzəriyyə ilə təcrübənin vəhdətdədir. Bu vəhdətin katalizatoru rolunda milli maraqların müdafiəsinə sadiqlik ruhu çıxış edir, uğuru şərtləndirən isə ölkəmizin irəli sürdüyü ideyaların gerçəkliklə uzlaşmasıdır. Nəzərə alaq ki, dövlətimizin başçısının bildirdikləri, təşəbbüs olaraq qaldırdıqları, dilə gətirdiyi hər fikir reallıqla dərin fiksasiya təbiətinə malikdir. Dünyada bunu çox gözəl bilirlər. Bildikləri üçün də Azərbaycana inam və etimad yüksəkdir. Uğurlarımızın davamlılığı isə yüksəliş əzmimizin daha böyük zirvələri hədəf seçdiyinin əlamətidir. 

Prezident İlham Əliyevin sayəsində bugünkü Azərbaycan böyük potensiallı aktiv beynəlxalq oyunçudur. Şaxələndirilmiş dövlət siyasətinin təntənəsini yada salan amil həm də budur. Beynəlxalq oyunçu kimi inam və etimad qazanmaq daimi təşəbbüskarlıqdan, yüksək iradədən, prinsipiallıqdan və məsuliyyətdən qaynaqlanır. Azərbaycan dövlət başçımızın səriştəli idarəçilik xəttinin sayəsində sadaladığımız keyfiyyətləri siyasətin müstəsna elementinə çevirməyi bacarıb. Ona görə də ölkəmizin gerçəkləşdirdiyi hər bir mühüm tədbir dünyaya səs salır. Bu baxımdan ötən ilin noyabrında Bakının ev sahibi olduğu qlobal iqlim sammiti – COP29 müstəqillik illərindəki nailiyyətlərimizin pik nöqtəsidir. Bu nöqtədə dayanmaq oturuşmuş statusdur. 

Dövlətimizin başçısı Çin televiziyasına müsahibəsində mövcud statusu strateji hədəf prizmasından qiymətləndirdi: “Sözsüz ki, bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi.

Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına evsahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi”.

Ancaq hədəflərimiz çoxdur, təşəbbüslərimiz bitib-tükənməzdir. Axı “geridə qalmış atların güllələndiyi” zamanda yaşayırıq. Başqa sözlə, zamanı ötüb keçmək zərurəti də yaranır. Siyasətdə balanlaşdırma ilə şaxələndirmənin fərqini buna görə diqqətə çatdırdıq. Balanslı xəttin ideya strukturuna söykənmiş şaxələndirmə praktik nəticələri verməlidir ki, zaman bizə meydan oxumaq imkanından məhrum olsun. 

Mürəkkəb coğrafiyada yaşayırıq və bu coğrafiya qlobal təbəddülatların təsirinə məruzqalma risklərini daşıyır. Yeni dünya düzəninin aktuallaşdığı indiki reallıq şəraitində ayaqda qalmaq, müstəqil dövlətçiliyi qorumaq həm də risklərdən müdafiədir. Bununla bağlı formalaşdırdığımız müqavimət isə ölkəmizin şaxələndirilmiş siyasət kursuna innovativlik və dinamiklik qazandırır. Əslində, dünyanın diqqətini çəkən də elə budur. 

Onu da əminliklə vurğulaya bilərik ki, Azərbaycan şaxələndirilmiş siyasətin reallaşdırılmasında milli maraq və mənafeləri rəhbər tutmanın dolğun nümunəsidir. Həm də bu səbəbdən dünyanın təqribən 200 ölkəsi və beynəlxalq təşkilatı Azərbaycanın COP-29-a evsahibliyini dəstəkləmişdi. Dövlətimizin başçısı müsahibəsində yüksək etimada aparan yolu qısaca təhlil edib: “Bundan əvvəl biz 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik”.

Şübhəsiz, qarşıdakı hədəflərimiz şaxələndirilmiş balanslı siyasət xəttimizə yeni çalarlar qazandıracaq. Prezident İlham Əliyev müsahibəsində onlardan əsasən ikisi barədə söz açır. Bunlar Şanxay Əməkdaşlıq Təşkilatı və Ümumdünya Ticarət Təşkilatıdır. Dövlətimizin başçısı bildirdi ki, coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. “Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik”, – deyən Prezident İlham Əliyevin sözlərindən gəlinən qənaət budur ki, beynəlxalq təşkilatlara qoşulmaq siyasi addım olsa da, həmin qurumlarda layiqli təmsilçilk iqtisadi imkanların adekvatlılığını, ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələrin dəstəklənmə potensialının mövcudluğunu tələb edir. Azərbaycan geniş potensiala malikdir: “Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”.

Əvvəldə də bildirdik ki, Azərbaycana inam və etimad var. Bu amilləri şərtləndirən cəhətlərdən də söz açdıq. Dövlətimizin başçısının mövcud istiqamətdəki yanaşması ondan ibarətdir ki, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin başlıca səbəbi üzərinə düşən vəzifələrin ircasına məsuliyyətli münasibəti, xeyli iş görməsidir. Sabit iqtisadiyyat quruculuğu, stabil siyasi sistemə maliklik, insanların yaşayış səviyyəsini yaxşılaşdıran sosial proqramların həyata keçirilməsi, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirilməsi, habelə müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq üstünlüyümüzdür. Başqa sözlə desək, ölkəmiz özünə beynəlxalq miqyasda bəslənilən inam və etimadın imkan verdiyi birləşdirici missiya daşıyır. Əlbəttə, bunun özü də müstəsna statusdur. 

Azərbaycan dünyanın bir çox qütbləri ilə münasibətlər saxlamaqdadır. Müsahibəsində Çinlə strateji tərəfdaşlıq Bəyannaməmizdən söz açan Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlığa dair sənəd imzaladığını, həmçinin Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsinə malikliyini diqqətə çatdırdı. Ən əsası isə dövlətimizin başçısı şaxələnmiş xarici siyasət istiqamətimizin, yalnız siyasət yükünə söykənmədiyini, o cümlədən mahiyyətə əsaslandığını vurğuladı, tutduğumuz xəttin faydalılıq amili üzərində dayandı: “Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir”.

Prezident İlham Əliyev müsahibəsində ideologiyanın, iqtisadiyyatın və milli ideyaların Azərbaycanı layiq olduğu mərhələyə qaldırdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı mövcud məqamı bərabərtərəfli, ədalətli münasibətlər trayektoriyasını pozmağa yönəlmiş qüvvələrin mövcudluğuna görə qabartdı. Qəti şəkildə demək olar ki, ölkəmizin liderinin ifadə tərzi Azərbaycanla münasibətlər qurmağın şərti kimi səslənir. Əlbəttə, cənab Prezident məsələni sırf şərt kontekstində vurğulamır. Ancaq onun dediklərində subliminal mesaj var. Yəni, hər kəs öz payını götürməlidir və əmin olmalıdır ki, başqa dövlətlərə münasibətdə nəzərdə tutduqları Azərbaycana qarşı keçərli deyil. Məsələn: “Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.

Deməli, Prezident İlham Əliyevin barəsində söz açdığı ideologiya, iqtisadiyyat və milli ideyalara sadiqlik kursu özündə ölkəmizin dünyanın neqativ təmayüllərinə qarşı müqavimət yükünü daşıyır. Ona görə də dövlətimizin başçısı “biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq” deyir. Ancaq onu da bildirir ki, “lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil”. Çünki “əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir”. Güman edirik, əlavə şərhə ehtiyac qalmır. 

Əvəz RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see225

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see223

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see223

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see222

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see216

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see211

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see206

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see202

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see188

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see185

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see185

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see183

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see177

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see173

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see170

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see170

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see169

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see167

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see166

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri