Icma.az
close
up
RU
Saxlanılan icra başçısının qızı işdən çıxarılır? Mühüm açıqlama

Saxlanılan icra başçısının qızı işdən çıxarılır? Mühüm açıqlama

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Balakən rayonunun həbs edilən icra başçısı İslam Rzayevin hakim qızı Fəridə Rzayeva hazırda diqqət mərkəzindədir. Bildirilir ki, o da işindən uzaqlaşdırılmalıdır, çünki atasının məhkəmə istintaqı zamanı prosessual gedişata təsir göstərə bilər.

Qeyd edək ki, Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir. O, 2023-cü ildə bu vəzifəyə təyin edilib, daha əvvəl isə vəkillik fəaliyyəti ilə məşğul olub.

Belə bir tələb nə dərəcədə ədalətli, etik və hüquqi baxımdan əsaslıdır?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, sözügedən şəxs qanunla nəzərdə tutulmuş bütün mərhələlərdən keçərək hakim vəzifəsinə qəbul olunub:

“O, test imtahanı, yazılı və şifahi müsahibələr, xüsusi kurslar və təlimlər daxil olmaqla 5-6 mərhələli prosesdən uğurla keçib. Bildiyimə görə, hakim olmamışdan əvvəl vəkil kimi fəaliyyət göstərib. Qanunvericiliyə əsasən, vəkillik də üç mərhələli imtahan tələb edir. Yəni həm vəkil olmaq, həm də sonradan hakim kimi fəaliyyət göstərmək üçün Fəridə Rzayeva bütün imtahanları uğurla verib. Buna görə də onun işdən azad olunmasını tələb etmək hüquqi baxımdan tamamilə əsassızdır”.

Mehman Muradlı

Vəkil bildirib ki, sözügedən hakim başqa bir rayon məhkəməsində çalışır, icra başçısı isə Balakəndə həbs olunub:

“İstintaq prosesini Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır və iş məhkəmə nəzarəti qaydasında Səbail Rayon Məhkəməsinin kurasiyasındadır. Bu baxımdan, Sabunçu Rayon Məhkəməsinin hakiminin digər rayonun məhkəməsinə hansısa formada müdaxiləsi mümkün deyil. Səsləndirilən fikirlər isə sadəcə subyektiv mülahizələrdir. Hər kəsin öz düşüncəsi ola bilər, amma heç birinin hüquqi əsası yoxdur”.

Xatırladaq ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri