Icma.az
close
up
RU
Saxta arayış verən zabit və müştəri sinə cinayət işi AÇILDI

Saxta arayış verən zabit və müştəri sinə cinayət işi AÇILDI

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin zabiti vəzifəsini icra etmiş Məmmədli İlham Qüdrət oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, ibtidai istintaqla İlham Məmmədlinin sözügedən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ehtiyatda olan zabit, Səhiyyə Nazirliyinin “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsdə mühəndis vəzifəsində işləyən Mirhəmdulla Əmirovun təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sonuncunun işlədiyi mərkəzdə iş yerindən yayınmaq məqsədilə guya hərbi təlim toplanışlarında iştirak etməsinə dair saxta arayışlar tərtib etməsinə, həmin arayışları 2025-2026-cı illərdə Mirhəmdulla Əmirova təqdim edərək ona əsassız şəkildə əmək haqqı ödənilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında İlham Məmmədliyə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Mirhəmdulla Əmirova isə həmin Məcəllənin 32.4,313 (vəzifə saxtakarlığına təhrik etmə), 32.4, 341.1 (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktı təsdiq edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Oktyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri