Icma.az
close
up
RU
Şaxta Babanın varlığına inamın uşaqların psixoloji sağlamlığına hansı təsirləri var? MÜSAHİBƏ

Şaxta Babanın varlığına inamın uşaqların psixoloji sağlamlığına hansı təsirləri var? MÜSAHİBƏ

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Yeni il bayramına sayılı günlər qalıb. Sözügedən bayramın əsas simvollarından biri isə Şaxta Babadır.  Bu obrazın tarixi maraqlı və uzun bir yol keçib, hətta bir neçə mədəniyyətin təsiri altında formalaşıb. Belə ki, Şaxta Babanın ilk kökləri IV əsrdə yaşamış Müqəddəs Nikolas adlı bir yepiskopa dayanır. O, indiki Türkiyə ərazisində yaşayıb və yoxsullara, uşaqlara çoxlu yardımlar edib. Onun səxavəti və yardımsevərliyi zamanla Şaxta Baba obrazına çevrilib. Şaxta Babanın başqa bir təsiri Skandinaviya mifologiyasından gəlir. Burada “Yule” adlı qış bayramlarında Odin adlı tanrı uzun ağ saqqallı yaşlı kişi kimi təsvir edilirdi. Odin Yule gecələrində səfərə çıxır, bu da Şaxta Baba fikrinin formalaşmasında rol oynayıb. Zaman keçdikcə, Şaxta Baba müxtəlif mədəniyyətlərdə müxtəlif adlarla tanınıb. Məsələn, Rusiyada “Ded Moroz”, Fransada “Père Noël”...

Hər mədəniyyətin öz hekayəsi olsa da, bu obraz əsasən uşaqlara hədiyyə gətirən mehriban və yaşlı bir kişi kimi təsvir olunur. Maraqlıdır ki, bu istiqamətdə də fikirlər haçalanır. Yəni məhz qeyd etdiyimiz obrazla bağlı uşaqlara yalanların, nağılların deyilməsi barədə düşüncələr birmənalı deyil.  

Beləliklə, Sfera.az Şaxta Baba haqqında danışılan nağılların uşaqlara psixoloji təsiri ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovla maraqlı müsahibəni təqdim edir:

- Rövşən bəy, necə düşünürsünüz, uşaqların Şaxta Babaya inanmaları onların inkişafında hansı rolu oynayır? Bu, onların xəyal gücünə və ya yaradıcılığına müsbət təsir göstərə bilərmi?


- Şaxta Baba uşaqlar üçün möcüzəvi bir dünyanın qapısını açır. Bu da onların xəyal gücünü inkişaf etdirməyə və yaradıcılıqlarını stimullaşdırmağa kömək edir. Şaxta Babaya inanmaq uşaqlarda ümid, möcüzə və sehr kimi müsbət hisslər oyadır. Bu hisslər onların xəyallarını reallıqdan ayırmaqla yanaşı, daha geniş düşünmə bacarığını inkişaf etdirir. Uşaqlar fərqli dünyaları təsəvvür etmək, müxtəlif rollar oynamaq və yaradıcı fəaliyyətlərlə məşğul olmaq üçün müxtəlif hekayələrdən istifadə edirlər. Şaxta Baba hekayələri uşaqların inkişafına yaradıcılığı artırmaq, emosional zənginlik yaratmaq və sosial bacarıqları formalaşdırmaq baxımından müsbət təsir göstərir. Valideynlər bu ənənəni uşaqlar üçün əyləncəli və inkişaf etdirici bir vasitə kimi istifadə edə bilərlər.


- Bəs Şaxta Baba haqqında danışılan nağıllar uşaqların psixoloji sağlamlığına necə təsir edir? Onların bu hekayələrə emosional reaksiyası hansı hallarda zərərli ola bilər?


- Şaxta Baba haqqında danışılan nağıllar uşaqların psixoloji sağlamlığına müsbət təsir göstərir. Hər bir uşağın fərdi xüsusiyyətlərinə, ailə mühitinə və hekayənin təqdim edilmə tərzinə görə dəyişə bilər. Uşaqlar bu nağılları xoş emosiyalarla qəbul edirsə, bu, onların bayramlardan zövq almasına, sosial əlaqələri gücləndirməsinə və müsbət xatirələr yaratmasına kömək edir. Şaxta Babadan hədiyyələr gözləmək isə uşaqlarda yaxşı davranışlar sərgiləmək motivasiyası yaradır və empatiya hissini gücləndirir. Zərərli ola biləcək hallar həqiqət və xəyal arasında qarışıqlığın yaranmasından formalaşa bilər. Uşaqlar Şaxta Babanın real olmadığını öyrəndikdə emosional məyusluq yaşaya bilərlər. Uşaqlar Şaxta Baba ilə bağlı hekayələri  “yalan” kimi qəbul edərsə, bu, valideynlərinə olan güvənlərini sarsıda bilər. Uşaqların özlərini aldadılmış hiss etməsi mümkündür. Onlar Şaxta Babadan hədiyyələr gözləyib istədiklərini ala bilmirlərsə, bu, onların emosional rifahına mənfi təsir göstərə bilər. Hədiyyələrin olmaması, sevilməmək hissi yarada bilər. Psixoloji sağlamlığı qorumaq üçün Şaxta Baba nağıllarını təqdim edərkən, onların əyləncə və bayramın bir hissəsi olduğu vurğulanmalıdır. Hekayəni həqiqət kimi deyil, daha çox ənənə və fantaziya kimi izah etmək lazımdır.


- Maraqlıdır, uşaqlar hansı yaşda Şaxta Babaya inanmağı dayandırmağa başlayır və yalanı başa düşürlər? Bu keçid dövründə valideynlərin yanaşması necə olmalıdır?


- Uşaqlar adətən 7-9 yaş arasında Şaxta Babaya inanmağı dayandırmağa başlayır. Bu yaş dövrü uşaqların idrak inkişafında mühüm mərhələdir. Çünki onlar reallıqla xəyal arasındakı fərqi daha yaxşı dərk etməyə başlayır və tənqidi düşünmə qabiliyyətləri inkişaf edir. Uşaqların məktəb və ya yaşıdları ilə ünsiyyəti artdıqca, onlara digər mənbələrdən də informasiya gəlir. Onlar Şaxta Babanın reallıq olmadığını anlaya bilirlər. Uşaqlara Şaxta Babanın nağıl obrazı olduğunu, onun əyləncə və bayram ruhunu artırmaq üçün yaradıldığı izah edilməlidir. Bayramın mahiyyəti qorunmalıdır ki, uşaqlar Şaxta Babanın bir nağıl obrazı olduğunu anlamaqla yanaşı, bayram ruhunu qoruyub saxlamağı da öyrənsinlər.


- Azyaşlılara Şaxta Baba haqqında yalan danışmağın mənəvi və psixoloji nəticələri nədir? Bu, uşaqlarda valideynlərinə olan güvəni sarsıda bilərmi?


- Qeyd etdiyim kimi, Şaxta Baba hekayəsi uşaqların xəyal gücünü, yaradıcılığını və bayram sevinclərini artırır. Bu, uşaqların daha zəngin emosional təcrübə qazanmasına kömək edir. Azyaşlılara Şaxta Baba haqqında yalan danışmaq, əgər düzgün idarə olunarsa, ümumiyyətlə mənfi təsir göstərmir. Lakin bu yanaşma uşaqla necə ünsiyyət qurulduğuna, onların fərdi xarakterinə və valideynlərin bu “yalanı” necə təqdim etdiyinə görə dəyişə bilər. Bəzi uşaqlar Şaxta Babanın həqiqət olmadığını öyrənəndə emosional məyusluq yaşaya bilərlər. Uşaqlara hekayənin əyləncə üçün uydurulduğunu və onların bayram sevinclərini artırmaq məqsədi daşıdığını izah etmək vacibdir. Bu zaman onları aldatmaq deyil, sevindirmək üçün belə bir ənənənin olduğu aydın olacaq.


- Necə düşünürsünüz, sözügedən bayram simvolunun həqiqət olmadığını deməyin ən uyğun yolu nədir? Uşaqlar bu reallığı necə qəbul edir?


- Uşaqlara reallığı izah edərkən onların bayram sevinclərini azaltmamaq lazımdır. Həqiqəti öyrənmək böyümək üçün bir fürsətdir. Onlar yaşları artdıqca xəyal və reallığı daha yaxşı ayırd edə bilirlər. 7-9 yaş dövründə uşaqlara izah etmək olar ki, Şaxta Baba bir nağıl və ənənədir, amma bu ənənənin məqsədi bayramı daha sehrli və əyləncəli etməkdir. Təbii ki, hər uşaq buna fərqli şəkildə reaksiya verir. Bəzi uşaqlar bunu təbii qəbul edir, hətta özləri artıq Şaxta Babanın reallıq olmadığını başa düşmüş olurlar. Digərləri isə bu məlumatı emosional olaraq qəbul etməkdə çətinlik çəkirlər. Sevinc və xoşbəxt anlar bəxş etmək üçün Şaxta Baba simvolunun yaradıldığı izah edilməlidir.


- Bəzi valideynlər uşaqların bu cür hekayələrə inanmamağından narahat olurlar. Bu qorxuların arxasında nə dayanır və valideynlər bu narahatlığı necə idarə edə bilərlər?


- Böyüklər bilir ki, fantastik hekayələr xəyal gücünün əsasını təşkil edir. Uşaqların bu hekayələrə inanmaması onların təxəyyülünün və yaradıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Valideynlər uşaqların yaradıcılıq hekayələrinə inanmamasını özləri ilə uşaqları arasındakı xüsusi emosional bağın zəifləməsi kimi görürlər. Çünki bayram ənənələri birgə təcrübələrə və ailə əlaqələrinə əsaslanır. Uşaq artıq Şaxta Babaya inanmadığını deyirsə, onun bu baxışına hörmətlə yanaşmaq lazımdır. Valideynlər, uşağa bu dəyişimin normal və təbii olduğunu izah etməli, eyni zamanda, onun bayramlardan yenə də zövq ala biləcəyini vurğulamalıdır. Şaxta Baba hekayəsi bayramın yalnız bir hissəsidir. Əsas olan ailənin birlikdə keçirdiyi vaxt, paylaşdığı sevinc və yaranan xatirələrdir. Bayramlar uşağın inancından asılı olmayaraq, maraqlı və əyləncəli keçirilməlidir. Bayramlardan qazanılan xatirələr münasibətləri güclü saxlamağa kömək edir.


- Son olaraq, Rövşən bəy, Şaxta Baba haqqında hekayələr uşaqların fərqli yaş qruplarında yaradıcılığı və inamını necə formalaşdırır?


- Şaxta Baba hekayələri müxtəlif yaş qruplarında fərqli təsir göstərir və uşaqların həm yaradıcılıq, həm də emosional inkişafına müsbət şəkildə təsir edir. Böyük yaşlarda empatiya, analitik düşüncə və sosial bacarıqları formalaşdırmağa kömək edir. Valideynlərin uşaqları ilə ünsiyyəti sağlamdırsa, hekayələr hər zaman öz mahiyyətini müsbət göstərəcək. İnsanın düşüncəsi ancaq reallıqla kifayətlənə bilməz. Xəyal dünyası düşüncənin sərhədsizliyidir. Erkən yaşlarda hekayələr xəyal gücünü inkişaf etdirir, uşaqlara yeni ideyalar yaratmağa və müxtəlif dünyalar qurmağa kömək edir. Daha böyük yaşlarda uşaqlar bu hekayələri analiz edir və reallıqla xəyal arasındakı sərhədləri dərk edir. Bu, onların analitik bacarıqlarını artırır.

Günay Rəsulqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri