Icma.az
close
up
RU
Menu

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı YOXLAMA

Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı YOXLAMA

Icma.az, Bakupost saytına istinadən bildirir.


Hesablama Palatası Elm və Təhsil Nazirliyinin (Nazirlik) tabeliyində fəaliyyət göstərən "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" publik hüquqi şəxsinin (TKTA) 2023-2025-ci illər üzrə fəaliyyətinin təşkilinin səmərəliliyinin və fəaliyyətin icrasının nəticəliliyinin qiymətləndirilməsi məqsədilə səmərəlilik (performans) auditi formasında kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.

"Bakupost" xəbər verir ki, Hesablama Palatasının məlumatında qeyd olunur ki, TKTA-nın fəaliyyəti dövründə atılan addımlar ali təhsildə keyfiyyətin təminatının gücləndirilməsinə, bununla da məzunların respublikada və xarici ölkələrdə məşğulluğuna müsbət təsir göstərməkdədir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı

Açıqlamada bildirilib ki, xarici kvalifikasiyaların tanınması istiqamətində bir sıra fəaliyyətlər nəticəsində saxta diplomlar müəyyənləşdirilib:

"Kvalifikasiyaların tanınması üzrə məhkəmə qərarlarının böyük əksəriyyətinin TKTA-nın mövqeyini dəstəkləməsi qəbul edilən qərarların ümumilikdə hüquqi əsaslı olduğunu qeyd etmək imkanı verib. Qabaqcıl təcrübədə təhsildə keyfiyyətin təminatı qurumunun müstəqilliyi ilə yanaşı onun maliyyələşmə mənbəələrinin əsas komponentlərindən birinin məhz dövlət büdcəsi vəsaiti olması qəbul edilir və respublikamızda bu prinsip tətbiq olunmaqdadır.

Auditin əsas nəticələri aşağıdakılardır:

TKTA-nın fəaliyyətində idarəetmə, hüquqi tənzimləmə, maliyyə idarəetməsi, keyfiyyət təminatı və institusional inkişaf istiqamətləri üzrə bir sıra sistem xarakterli problemlər aşkarlanıb. Müəyyən edilmiş nöqsanlar qurumun fəaliyyətinin effektivliyinə, maliyyə dayanıqlılığına mənfi təsir göstərməklə keyfiyyət təminatı mexanizmlərinin etibarlılığının gücləndirilməsi addımlarının genişlənməsinə mane olub.

TKTA-nın nazirliyin tabeliyində fəaliyyət göstərməsi və Akkreditasiya Şurasına icra orqanının rəhbərinin sədrlik etməsi akkreditasiya prosesində maraqların toqquşması risklərini yaradıb, müstəqillik üzrə yerli və beynəlxalq standartlarla uyğunsuzluq TKTA-nın beynəlxalq akkreditasiya imkanlarını məhdudlaşdırıb, strateji planlaşdırma, fəaliyyət hədəflərinin müəyyənləşdirilməsi və hesabatlılıq mexanizmlərində çatışmazlıqlar olub.

Akkreditasiya sahəsində normativ baza, akkreditasiya meyarları bütün təhsil pillələrini əhatə etməmiş, akkreditasiya qrafikləri icra edilməyib, elektron sistemlər yaradılmayıb. Sənədləşdirmə və ekspert fəaliyyətində çatışmazlıqlar olub, bəzi təhsil müəssisələri akkreditasiyasız fəaliyyət göstərib.

Kvalifikasiyaların tanınması istiqamətində qanunvericiliyin imkan verdiyi alternativ mexanizmlərin tam tətbiq olunmaması, normativ aktların təkmilləşdirilməsinə ehtiyac müraciətlərə baxılma müddətlərinin uzanması ilə nəticələnmiş, bəzi qiymətləndirmə meyarlarının təkmilləşdirilməməsi xarici kvalifikasiyaların tanınması ilə bağlı fəaliyyətin gücləndirilməsinə zərurət olduğunu göstərib.

Müvafiq audit tapıntıları QFİTT (qeyri-formal və informal təhsilin tanınması) fəaliyyətinin təşkilati modeli, ekspert potensialının idarə olunması, dövlət təhsil standartlarının müasirləşdirilməsi, analitik fəaliyyətlərin nəticəyönümlülüyü və metodiki təminatın gücləndirilməsi istiqamətlərində də təkmilləşdirmələrə ehtiyac olduğunu deməyə əsas verib.

Dövlət vəsaitləri bir sıra hallarda təyinatına uyğun istifadə edilməmiş, dövlət satınalmaları demək olar ki, yalnız bir mənbədən satınalma metodu tətbiq edilməklə müsabiqəli mühitin formalaşdırılması təmin olunmayıb. Satınalma müqavilələri üzrə nəzarətin təmin edilməməsi ödənilmiş vəsait və əldə olunmuş nəticə arasında uyğunsuzluqlara yol açıb, uçot və hesabat işlərində nöqsanlar müəyyən olunub. Funksional fəaliyyətdən gəlirlər xərcləri, xüsusilə əməkhaqqı xərclərini qarşılaya bilməyib, proqram akkreditasiyası, xarici kvalifikasiyaların tanınması və digər xidmətlər üzrə mövcud gəlir potensialından tam istifadə edilməyib.

Ümumilikdə, auditin nəticələri TKTA-nın fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin təmin edilməsi üçün idarəetmə modelinin, hüquqi bazanın, maliyyə idarəetməsinin, akkreditasiya və kvalifikasiyaların tanınması mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, şəffaflığın, səmərəliliyin və institusional müstəqilliyin gücləndirilməsi istiqamətində kompleks islahatların həyata keçirilməsinin zəruriliyini göstərilib.

Auditin nəticələri barədə qəbul edilmiş Kollegiya Qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Auditor hesabatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərilmiş, vəsaitlərin idarə olunması ilə bağlı müəyyən edilmiş nöqsanlar barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, həmçinin ekvivalenti olmayan tibb ixtisasları üzrə xaricdə təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı müəyyən edilmiş hallar barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat göndərilməsi qərara alınıb".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Oktyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see284

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see280

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see277

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see270

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see260

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see256

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see236

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see227

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see224

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see219

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see213

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see212

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see209

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see209

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see207

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see204

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see197

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see194

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see183

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri