Icma.az
close
up
RU
Saxta reseptləri rəngli printerdə hazırlayırdıq Cinayət işi

Saxta reseptləri rəngli printerdə hazırlayırdıq Cinayət işi

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nizami rayonunda psixotrop tərkibli dərmanların əldə olunması üçün saxta reseptlər hazırlayan 3 nəfərdən ibarət dəstə üzvünün növbəti məhkəməsi keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Aytən Əliyeva iclasda  sənədlərin tədqiqinə keçib. Məlum olub ki, hər üç təqsirləndirilən şəxsdən psixotrop dərmanlar aşkar edilib. Müşfiq Şahbazovdan isə tərəzidə aşkar edilib. Həmçinin 2 nəfər hal şahidinin məcburi qayda da məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb. 

Məhkəmənin növbəti iclası 17 fevral tarixinə kimi təxirə salınıb. 

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən 2-si həbsdə, Əzizə Əliyeva barəsində isə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. 

İttiham aktına görə, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakinləri 1999-cu il təvəllüdlü Qulu Salmanov, 1986-cı il təvəllüdlü Əli Balayev, 1986-cı il təvəllüdlü Müşviq Şahbazov və 1987-ci il təvəllüdlü Əzizə Əliyeva tutulublar.

Təqsirləndirilən şəxs Müşfiq Şahbazovun sözlərinə görə, reseptləri rəngli printerdə Əzizə hazırlayıb: "Mən kimsə dərman istəyəndə resept verirdim, dərman yox. Reseptə kimin adını istəsəm yazırdım".

Onlardan ümumilikdə psixotrop tərkibli 950 ədəd, o cümlədən 350 ədəd pregabalin, 600 ədəd tramadol həbləri və külli miqdarda metamfetamin aşkar edilib.

Qeyd edək ki, Ə.Əliyeva evində hazırladığı saxta reseptləri dəstə üzvlərinə təqdim edərək psixotrop maddələrdən tərkibli dərmanların əldə olunaraq qanunsuz dövriyyəsinin təşkilinə şərait yaradıb.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Fevral 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri