Icma.az
close
up
RU
Vətəndaşların diqqətinə: Saxta həkimləri belə müəyyənləşdirin

Vətəndaşların diqqətinə: Saxta həkimləri belə müəyyənləşdirin

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar əməliyyat və müalicə dönəmində ölüm halının artması yenidən gündəmə gəlib. Artıq insanlar həkimə müraciət etməkdən çəkinirlər. Hətta təklif olunur ki, pasiyentə müvafiq həkimin diplomu göstərilsin.

Canımızı əmanət etdiyimiz ya da etmək istədiyimiz həkimin həqiqi, yoxsa saxta həkim olduğuna dair bilgiləri hansı şəkildə öyrənək? Məsələn, pasiyetin və ya yaxınlarının həkimdən diplom, yaxud xəstəxanadan məlumat tələb etmək haqqı varmı?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, istənilən ölkədə həkimlər lisenziya ilə çalışır:

“Həkimin baza, rezidentura təhsilinin, digər lazımlı sənədlər toplusunun qaydasında olması yoxlanılır. Daha sonra ona müəyyən müddət üçün fəaliyyət lisenziyası verilir. Bəzi ölkələrdə bu vaxt 3, bəzilərində 5 və ya 7 il olur. Həmin müddət bitdikdən sonra həkim təkrar akkreditasiyadan keçir. Yəni bu dövrdə nə qədər konfranslara gedib, təcrübə mübadiləsində olub, neçə xəstəni müalicə və əməliyyat edib – hamısı araşdırılır. Nəticədə ona yeni lisenziya verilir. Dünyada milli səhiyyəyə güvən belə təmin edilir. Daha kiminsə həkimi araşdırmasına ehtiyac qalmır. Lakin bizdə vəziyyət fərqlidir. Ona görə də başqa ölkələrə, xüsusilə də İrana kütləvi axın var idi. Problemlər səhiyyə sisteminin düzgün qurulmamasından qaynaqlanır. Məsələn, sertifikasiya imtahanı biabırçılıqdır. Bunu ləğv etmək lazımdır!”

Adil Qeybulla

Professor bildirib ki, həkimin təkrar imtahanlardan keçməsi faydasızdır:

“Əksinə, akkreditasiya sistemi, diplomların yoxlanması, lisenziya sistemi tətbiq olunmalıdır. Xəstənin həkimdən diplom tələb etmək praktikası isə dünyanın heç bir yerində yoxdur. Həkim konkret bir yerdə fəaliyyət göstərir və ona lisenziya verilir. Bu da adətən onun otağında harasa qoyulur və ya divardan asılır.  Beləliklə, xəstə məlumatlı olur”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri