Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Saxta məlumat yayanlar həbs ediləcək

Saxta məlumat yayanlar həbs ediləcək

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uşaqlara cismani əzab verilməsi və dilənçiliyə görə də cəzalar sərtləşdirilir

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Sədr Sahibə Qafarova çıxışında Novruz və Ramazan bayramları münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından xalqın və dövlətin bu günü və sabahı naminə fəaliyyətlərində yeni uğurlar arzuladı. Spiker deputatlara İlham Əliyevə və Mehriban xanım Əliyevaya parlament adından təbrik məktubu göndərilməsini təklif etdi. Təklif parlamentarlar tərəfindən alqışla qarşılandı.

Daha sonra cari məsələlər ətrafında çıxışlar edildi. Deputat Razi Nurullayev bildirdi ki, xüsusilə ağır xəstə insanlar və müharibə veteranları əlillik təyinatı ilə bağlı ciddi problemlərlə üzləşirlər: “Vətəndaşlar tibbi sənədlərin toplanması, müxtəlif instansiyalara müraciət edilməsi, elektron sistem vasitəsilə ərizələrin göndərilməsi və qərarların verilməsini uzun müddət gözləmək məcburiyyətində qalırlar. Bəzi hallarda isə qərarla razılaşmayan vətəndaşlar prosesi yenidən başlatmaq məcburiyyətində qalırlar”. R.Nurullayev vurğuladı ki, bu sahədə mövcud çətinlikləri aradan qaldırmaq vətəndaş məmnuniyyətini artırmaqla bərabər, həm də sosial müdafiə sisteminə ictimai etimadı gücləndirəcək.

Çıxış edən Qüdrət Həsənquliyev bir neçə gün öncə Bakı səmasında dronların uçması ilə bağlı məsələni gündəmə gətirdi. O qeyd etdi ki, bu kimi hallarda ictimaiyyət zamanında məlumatlandırılmayanda istər-istəməz müxtəlif şayiələr yaranır. Partiya sədri qeyd etdi ki, şayiələrin böyük bir qismi çox təəssüf ki, dövlət orqanlarının gözdən salınmasına yönəlib. Sonda deputat Milli Məclisin Aparatına Müdafiə Nazirliyinə çıxışı ilə bağlı sorğu göndərilməsini xahiş etdi.

Deputat Vüqar Bayramov çıxışında bir sıra mühüm sosial-iqtisadi göstəriciləri diqqətə çatdırdı: “Hazırda Azərbaycanda 1 milyon 99 min pensiyaçı qeydiyyatdan keçib və bu ölkə əhalisinin 10,7 faizi deməkdir. Pensiyaçıların 65 faizi yaşa görə pensiya alır. Bundan əlavə, 2025-ci ildə pensiya məbləğləri 9,1 faiz artaraq 541,6 manata çatıb. Yaşa görə pensiya məbləğində 8,9, əlilliyə görə pensiya məbləğində 8,7, ailə başçısını itirməyə görə pensiya məbləğində isə 9,4 faiz artım qeydə alınıb. Aylıq sosial müavinət alanları sayı 4,1 faiz artıb. Hazırda 472 min vətəndaşımız aylıq müavinət alır”.

* * *

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçid edildi. İlk olaraq "Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"una xüsusi qeyd-şərt nəzərə alınmaqla baxıldı. Qeyd-şərtə əsasən, 2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir. Sənəd səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.

"Yol hərəkəti haqqında" qanuna təklif edilən yeni dəyişikliklərə əsasən isə, dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılır. Bildirildi ki, bu sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb. Müzakirələrdən sonra səsverməyə çıxarılan layihə bir oxunuşda qəbul edildi.

Bundan başqa, yerin təkindən istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə "Yerin təki haqqında", həmçinin qadın hərbçilər üçün müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) müddətinin 3 ildən 6 ayadək azaldılmasını "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara edilən dəyişiklik layihələri üçüncü oxunuşda qəbul edildi. Əmək Məcəlləsində və “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təsdiq edildi. Layihəyə əsasən, Elm və Təhsil Nazirliyində olduğu kimi, Mədəniyyət Nazirliyi sisteminə daxil olan dövlət müəssisələrində də müəllimlərin biliyi attestasiya qaydası ilə yox, sertifikasiya imtahanı ilə müəyyən ediləcək.

“Mədəniyyət haqqında” yeni qanun layihəsində işlədilən “mədəni və yaradıcı sənaye” termini ətrafında geniş polemika yarandı. Deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Hikmət Babaoğlu və Fəzail İbrahimli bu ifadənin həm dil normalarına, həm də məntiqə uyğunsuzluğunu qeyd etdilər. Xüsusilə “mədəni sənaye” birləşməsinin sanki “qeyri-mədəni sənaye” anlayışının mövcudluğu təəssüratını yaratdığı, terminin ingilis dilindən uğursuz kalka olduğu vurğulandı. Mədəniyyət nazirinin müavini Sədaqət Yusifova bu anlayışın beynəlxalq metodologiyaya əsaslandığını və artıq bir çox dövlət proqramlarında təsbit olunduğunu diqqətə çatdırdı. Nazir müavini vurğuladı ki, termində dəyişiklik edilməsi digər normativ aktların da yenidən işlənməsi zərurətini yarada bilər, lakin ümumilikdə qanunvericilik texnikasının təkmilləşdirilməsinə ehtiyac var.

Daha sonra Cinayət və Cinayət-Prosessual Məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” təklif edilən dəyişikliklər müzakirəyə çıxarıldı. Layihəyə əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə etməklə reallığı əks etdirməyən (deepfake) materialların hazırlanması və yayılması 3 min manatdan 7 min manatadək cərimə, ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Əgər bu əməllər qabaqcadan əlbir olan qrup tərəfindən, şəxsin şərəf və ləyaqətini ləkələmək məqsədilə və ya xidməti fəaliyyəti ilə bağlı törədilərsə, cəza müddəti 3 ildən 5 ilədək artırıla bilər. Layihədə pornoqrafik və ya seksual məzmunlu saxta materialların hazırlanması daha ağır sanksiya ilə – 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə xarakterizə olunub. Eyni zamanda, süni intellekt texnologiyaları ilə hazırlanmış hər bir audio-vizual material kütləvi nümayiş etdirildikdə, onun süni şəkildə yaradıldığını aydın göstərən xüsusi nişanlanma ilə təmin edilməsi məcburi tələb kimi müəyyən edilir. Bu qaydan pozan şəxslər isə 80 manatdan 150 manatadək cərimə ediləcək. Layihə səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edildi.

İnzibati Xətalar Məcəlləsinə genişmiqyaslı yenilikləri nəzərdə tutan dəyişikliklərə əsasən, valideynlər, habelə uşaqlara nəzarət və tərbiyə vəzifəsini daşıyan təhsil, tibb, sosial və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı intizam məqsədli cismani cəza, fiziki və ya psixoloji zorakılıq tətbiq edilməsinə görə 200 manat məbləğində cərimə nəzərdə tutulur. Uşaqda zorakılıq əlamətləri barədə aidiyyəti qurumlara məlumat verilmədikdə fiziki şəxslər 200–300 manat, vəzifəli şəxslər isə 400–600 manat məbləğində cərimə olunacaqlar. Bundan başqa, zorakılıq hallarının gizlədilməsinə görə fiziki şəxslər üçün 200-300 manat, vəzifəli şəxslər üçün isə 400-600 manat cərimə nəzərdə tutulur. Müəssisələrdə uşaqlara qarşı aqressiv davranışın (bullinq) qarşısının alınmamasına görə isə cərimələr fiziki şəxslər üçün 300-400 manat, vəzifəli şəxslər üçün 500-600 manat təşkil edəcək.

Digər tərəfdən, dilənçiliklə məşğul olanlar üçün xəbərdarlıq, yaxud 100-200 manat cərimə və ya bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək həbs, azyaşlıları bu işə cəlb edənlər üçün isə 200-500 manat cərimə və ya 15 günədək həbs cəzası qüvvəyə minir. Həmçinin xüsusi icra məmuru qaydalarını pozanlar üçün 500 manatdan 1500 manatadək fərqli cərimələr tətbiq ediləcək. Xüsusi icra məmurunun geyim və ya nişanını qanunsuz daşıyanlar əşyalar müsadirə edilməklə 500–700 manat, reyestrdəki dəyişiklikləri üç iş günü müddətində bildirməyən məmurlar isə 500 manat məbləğində cərimə olunacaqlar.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi. Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

Tacir SADIQOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri