Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Saxta məlumatlarla mübarizədə media savadlılığının əhəmiyyəti: beynəlxalq və yerli təcrübə TƏHLİL AZƏRTAC

Saxta məlumatlarla mübarizədə media savadlılığının əhəmiyyəti: beynəlxalq və yerli təcrübə TƏHLİL AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 19 dekabr, AZƏRTAC

İnformasiya texnologiyalarının sürətli inkişafı və sosial media platformalarının genişlənməsi müasir dövrdə məlumat mühitinin mürəkkəbliyini artırıb. Bu şəraitdə saxta məlumatların (dezinformasiyanın) yayılması qlobal miqyasda ciddi problemə çevrilib. Belə bir kontekstdə media savadlılığı XXI əsrin ən mühüm kompetensiyalarından biri kimi formalaşır. Media savadlılığı, fərdlərin informasiya mənbələrini tənqidi təhlil etmək, saxta xəbərləri aşkar etmək və manipulyativ təsirlərdən qorunmaq bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Bu bacarıq həm şəxsi, həm də ictimai qərar qəbuletmə proseslərinin keyfiyyətini yüksəltməklə, cəmiyyətin informasiya təhlükəsizliyinə əhəmiyyətli töhfə verir.

Media savadlılığında beynəlxalq təcrübələr

Media savadlılığı insanların media məzmununu şüurlu və tənqidi şəkildə qəbul etmək, manipulyasiya vasitələrini tanımaq və dezinformasiyadan qorunmaq qabiliyyətidir. Bu bacarıq yalnız sosial şəbəkələrdə deyil, ənənəvi media (TV, radio, qəzet) mühitində də eyni dərəcədə əhəmiyyətlidir. Bununla bağlı maraqlı bir fakta nəzər yetirmək olar. Belə ki, ABŞ-da aparılmış bir araşdırma nəticəsində məlum olub ki, 13-17 yaş aralığındakı yeniyetmələrin 80 faizdən çoxu saxta xəbərləri həqiqi xəbərlərdən ayırd edə bilməyib. Beynəlxalq aləmdə ən yüksək media savadlılığı Skandinaviya ölkələrində qeydə alınıb. Belə ki, Finlandiya dünyada media savadlılığında ilk sırada yer alır. Bu ölkədəki məktəblərdə media savadlılığı rəsmi tədris proqramının bir hissəsidir. Şagirdlərə “fakt yoxlama” (fact-checking) texnikaları, dezinformasiyanı müəyyənetmə yolları öyrədilir. Burada şagirdlərə təkcə mediadan istifadə etməyi deyil, həm də məlumatı təhlil etməyi, saxta xəbərləri aşkarlamağı və fərqli baxışları müqayisə etməyi öyrədirlər. Bu yanaşma nəticəsində Finlandiya “Media Savadlılığı İndeksi” üzrə dünyanın ən yüksək nəticə göstərən ölkələrindən birinə çevrilib. Finlandiya hökuməti “Troll Akademiyası” adlı xüsusi bir layihə yaradıb. Bu layihənin məqsədi insanların onlayn trolların manipulyasiya üsullarını tanımasını təmin etməkdir. Həmçinin İsveç və Norveçdə də media savadlılığı dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu ölkələrdə media etikası və dezinformasiyaya qarşı müqavimət bacarıqları məktəb səviyyəsindən başlayaraq öyrədilir.

Bundan başqa, ABŞ-da media savadlılığı təşəbbüsləri, əsasən, QHT-lər və təhsil təşkilatları tərəfindən həyata keçirilir. “Media Literacy Now” kimi təşkilatlar məktəblərdə media savadlılığı proqramlarının tətbiqini təşviq edir. Bununla bağlı qəribə bir fakt da mövcuddur ki, ABŞ-da “Facebook”un “Fakt Yoxlama” alqoritmi bəzən doğru xəbərləri səhvən “yalan” kimi işarələyirmiş. Nəticədə, bu hadisələr media savadlılığına dair geniş müzakirələrə səbəb yaradıb. Böyük Britaniyada “BBC Young Reporter” proqramı gəncləri jurnalistika bacarıqları ilə təmin edir və onlara doğru informasiya mənbələrini seçməyi öyrədir. Həmçinin “Ofcom” tərəfindən həyata keçirilən milli media savadlılığı tədqiqatları dezinformasiya ilə mübarizədə maarifləndirmə səviyyəsini yüksəltmək məqsədi daşıyır.

Asiya ölkələrində də media savadlılığı xüsusi rola malikdir. Belə ki, Yaponiyada media savadlılığı texnologiyadan istifadənin mədəni bir hissəsi kimi qəbul edilir. Yaponiyada sosial medianın istifadəsi çox aktiv olsa da, vətəndaşların böyük əksəriyyəti saxta xəbərləri tanımaq qabiliyyətinə malikdir. Hindistanda dezinformasiya, xüsusilə “WhatsApp” üzərindən yayılan yanlış məlumatlarla bağlı ciddi problemlər mövcuddur. Bu səbəbdən Hindistanda “WhatsApp”, saxta xəbərlərlə mübarizə üçün xüsusi maarifləndirici kampaniyalar təşkil edib. Bununla bağlı əsas amillərdən biri isə Hindistanda saxta xəbərlərin yayılması nəticəsində yaranan izdihamla əlaqədar 20-dən çox insanın həyatını itirməsi hadisəsi olub. Bu, media savadlılığının həyati əhəmiyyətini açıq şəkildə göstərən mühüm nümunədir.

Azərbaycanda media savadlılığında rəqəmsal transformasiya və təhsil perspektivləri

Azərbaycanda media savadlılığı sahəsində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. 2021-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən media savadlılığı ilə bağlı müxtəlif təlim və seminarlar təşkil olunub. Bu təşəbbüslər, xüsusilə jurnalistlərin peşə bacarıqlarını artırmağa, eyni zamanda, əhali arasında media savadlılığı səviyyəsini yüksəltməyə yönəlib.

Azərbaycanda media savadlılığı məktəblərdə ayrıca fənn kimi tədris olunmur. Lakin bəzi təhsil layihələri və təlimlər vasitəsilə şagirdlərə dezinformasiyaya qarşı müqavimət bacarıqları aşılanır. Saxta xəbərlərlə mübarizə təlimləri, xüsusilə media sahəsində fəaliyyət göstərən QHT-lər və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir. Ölkəmizdə sosial media istifadəçilərinin sayı ildən-ilə artır. Xüsusilə “Facebook”, “Instagram” və “TikTok” platformalarında istifadəçilər müxtəlif mənbələrdən məlumat alırlar. Ancaq saxta xəbərlərin yayılması halları da çoxdur. Bu səbəbdən vətəndaşların media savadlılığı təkmilləşdirilməlidir. Bununla bağlı 2023-cü ildə Azərbaycanda keçirilən bir araşdırma göstərib ki, respondentlərin 65 faizi sosial mediada qarşılaşdıqları məlumatı dərhal doğru qəbul edir və araşdırmadan paylaşır.

Sosial şəbəkələrdə yayılan dezinformasiyalarla mübarizə məqsədilə müxtəlif tədbirlər həyata keçirilir, dövlət orqanları tez-tez bununla bağlı rəsmi açıqlamalar verirlər. Ölkəmizdə saxta xəbərlərin ən çox yayıldığı platformalardan biri “WhatsApp”dır. Bəzi hallarda insanların xəbərləri yoxlamadan yayması geniş narahatlıqlara səbəb olur.

Bəs media savadlılığını necə artıra bilərik? Burada təhsilin mühüm rolu danılmazdır. Məktəblərdə media savadlılığı dərsləri tədris olunmalı, şagirdlərə saxta xəbərləri müəyyənetmə metodları öyrədilməlidir. Texnologiyalardan düzgün istifadə qaydaları öyrədilməli, fakt yoxlama platformaları (məsələn, “Factcheck.org”) ilə tanışlıq artırılmalıdır. Həmçinin dövlət orqanları media savadlılığı təşəbbüslərini dəstəkləməlidir. Bu həm də sosial mediada yayılan dezinformasiyanın qarşısını almağa kömək edər. Buna uyğun bir nümunə göstərmək olar. Belə ki, Norveçdə bir məktəbdə şagirdlər saxta xəbərlər yaratmaq üçün “oyun” oynayırlar. Sonra isə həmin xəbərləri aşkar etmək üçün qrup müzakirələri aparılır. Bu metod şagirdlərin tənqidi təfəkkür bacarıqlarını artırır.

Media savadlılığının cəmiyyətin informasiya təhlükəsizliyindəki rolu

Media savadlılığı fərdin yalnız informasiya istehlakçısı deyil, həm də onun yaradıcı iştirakçısı olmasına şərait yaradır. Bu bacarığın inkişaf etdirilməsi cəmiyyətin bütövlükdə informasiya təhlükəsizliyini möhkəmləndirir. Skandinaviya təcrübəsi, ABŞ və Böyük Britaniyanın təşəbbüsləri göstərir ki, təhsil proqramlarında media savadlılığına xüsusi yer verilməsi bu sahədə effektiv nəticələrə gətirib çıxarır. Azərbaycanda bu istiqamətdə atılan addımların genişləndirilməsi və məktəblərdə bu fənnin dərs kimi tədrisi dezinformasiya ilə mübarizədə əhəmiyyətli rol oynayacaq. Bu yanaşma, rəqəmsal dünyada məlumat təhlükəsizliyini təmin etməklə yanaşı, daha təhlilçi, şüurlu və məsuliyyətli bir cəmiyyətin formalaşmasına şərait yarada bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see326

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see209

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see179

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see125

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri