Icma.az
close
up
RU
Diaspor quruculuğunun, lobbiçiliyin əhəmiyyəti danılmazdır TƏHLİL

Diaspor quruculuğunun, lobbiçiliyin əhəmiyyəti danılmazdır TƏHLİL

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Milli birliyimiz, həmrəyliyimiz üçün diaspor quruculuğunun, lobbiçiliyin olduqca əhəmiyyətli olduğu təkzibedilməzdir. Biz buna, diasporlarımızın, lobbilərimizin fəaliyyətinin əhəmiyyətinə artıq 44 günlük müharibə dönəmində bir daha əmin olduq. Əmin olduq ki, təkcə ölkə daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da milli maraqlarımızın qorunması olduqca vacibdir və bu baxımdan da cəsarətlə deyə bilərik ki, diaspor quruculuğunun, lobbiçiliyin əhəmiyyəti danılmazdır.

Xalqımızın milli birliyinin, həmrəyliyinin nəyə qadir olduğunu biz öz torpaqlarımızı işğaldan azad etdiyimiz zaman gördük. Gördük ki, düşmən üzərində qələbənin ən tez zamanda əldə edilməsi məhz milli birliyimiz və həmrəyliyimizin gücü ilə reallaşdı. Doğrudur, bu qələbənin əldə edilməsində Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, düşünülmüş və uzaqgörən siyasəti, Azərbaycan Ordusunun şücaəti danılmazdır. Amma bütün bu danılmaz faktlara güc qatan, bizi daha da güclü edən məhz milli birliyimiz, həmrəyliyimiz oldu. Dəmir yumruq dediyimiz də bizim bir yumruq şəklində birliyimizin simvolu olaraq qəbul olunur və bizim bu birliyimizin bizi hər zaman qüvvətli, qüdrətli, qalib edəcəyinə zərrə qədər də şübhəmiz yoxdur. Bununla belə, bizim, xalqımızın birliyi təkcə sərhədlərimiz daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da olduqca vacibdir. Məhz hər zaman milli maraqlarımızı müdafiə etmək üçün bizə bu birlik, həmrəylik təkcə ölkə daxilində deyil, ölkəmizdən kənarda da çox lazımdır. Xarici düşmənlərdən qorunmaq, bizim, xalqımızın haqq və hüquqlarını müdafiə etmək, bizə məxsus olan dəyərlərə sahib çıxmaq, onları qorumaq, müdafiə etmək, hətta təbliq etmək də üzərimizə düşən məsuliyyətdir və bu məsuliyyətin öhdəsindən gəlmək üçün də bizə birliyimiz, elə də təşkilatlanmağımız, yəni diaspor quruculuğu, lobbiçilik çox vacibdir.

Ümummilli Lider Heydər Əliyevin, eləcə də cənab Prezident İlham Əliyevin timsalında məhz öz xalqının taleyində müstəsna rol oynayan tarixi şəxsiyyətlərin həmrəyliyi, birliyi təmin etmək üçün xidmətləri qətiyyən danıla bilməz və məhz bunun üçün də diaspor quruculuğu və lobbiçiliyə xüsusi önəm verdikləri başadüşüləndir. Diaspor quruculuğuna, lobbiçilik fəaliyyətinə xüsusi önəm verildiyi heç şübhəsiz ki, əbəs yerə deyildi, çünki bunun ilk növbədə bizim birliyimiz, bu birlik sayəsində əldə edilə bilən qələbələr üçün olduğu artıq öz təsdiqini tapıb. Təkcə xalqımız deyil, bütün dünya ictimaiyyəti çox yaxşı bilir ki, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bizim xalqımızın, Azərbaycan xalqının milli birliyinə, həmrəyliyinə nail ola bilib. Bunu öz gözlərimizlə biz də görmüşük, görməkdəyik və bütün dünya ictimaiyyəti də müşahidə etməkdədir. Azərbaycan xalqının öz liderinin, öz rəhbərinin ətrafında hər zaman necə birləşdiyi və bu birliyin bizim xalqımız tərəfindən yüksək qiymətləndirildiyinin hər kəs dəfələrlə şahidi olub. Hər kəs şahidi olub ki, xalqımız özünün təkidli tələbi ilə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı üçün həmrəy olub, birlik nümayiş etdirib və sonra da onun ətrafında birləşib. Eyni zamanda bütün dünya ictimaiyyəti məhz Azərbaycan xalqının öz Ali Baş Komandanının, cənab Prezident İlham Əliyevin ətrafında necə birləşdiyinin, həmrəyliyinin və nəticədə də qələbələrimizin, əldə etdiyimiz zəfərlərin və davamlı şəkildə qazanmaqda olduğumuz uğurların da şahididir. Xalqımızın, dövlətimizin bu birlik sayəsində necə qüvvətli, necə qüdrətli və qələbə əzmli olduğunu təkcə biz yox, bütün dünya ictimaiyyəti son illərdə görüb və buna əmin olub. Əmin olub ki, milli birliyimiz, həmrəyliyimiz sayəsində biz bir xalq olaraq, biz bir dövlət, ölkə olaraq məğlubedilməz oluruq və qələbələrimiz, uğurlarımız da bunu bir daha təsdiq edir. İstər 44 günlük savaş zamanı, istərsə də cəmi bir sutkadan az müddətdə davam edən anti-terror tədbirləri zamanı bizim birliyimizin nəyə qadir olduğu özünü göstərdi və birliyimiz sayəsində daha güclü, daha qüvvətli, daha qüdrətli olduğumuz öz təsdiqini tapdı. Məhz bunu əvvəlcədən bilən, nəzərə alan Ulu Öndər Heydər Əliyev hər zaman bizim milli birliyimizə, həmrəyliyimizə nail olmağa çalışıb və digər işlərdə olduğu kimi, bunun da öhdəsindən layiqincə gələ bilib. Dahi rəhbər Heydər Əliyev birliyimizi təmin edən ənənənin əsasını qoydu və xalqımızın birliyi, həmrəyliyi ənənəsi bu gün Ali Baş Komandanımız cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir, uğurlarımıza da, zəfərlərimizə də zəmin yaradan elə məhz bu birlik, eləcə də bu həmrəylikdir.

Bizim birliyimizin daha bir nümunəsi xarici ölkələrdə, ölkəmizin hüdudlarından kənarda yaşayan, məskunlaşan soydaşlarımızın, həmvətənlərimizin təşkilatlanması və milli maraqlarımız naminə fəaliyyət göstərməsidir. Artıq çox yaxşı başa düşürük ki, Ulu Öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı həmin o səfər etdiyi ölkələrdə yaşayan, həmin ölkələrdə məşkunlaşan həmvətənlərimizlə görüşləri təşkil etməkdə, onlarla söhbətlər aparmaqda, bütün azərbaycanlı həmvətənlərimizin birliyinin vacibliyini qeyd etməkdə, həmvətənlərimizin bir-biri ilə əlaqələrini daha sıx şəkildə qurmağın vacibliyini vurğulamaqda məqsədi bizim gücümüzün, qüdrətimizin, qələbə əzmimizin armasına nail olmaq idi. Onu da çox yaxşı görürük və başa düşürük ki, dahi rəhbərimiz buna nail ola bilib. Əvvəla, həmvətənlərimizin birliyi, bir olması, birləşməsi barədə Ulu Öndərimizin tövsiyyələri əlbəttə ki, xaricdə yaşayan azərbaycanlılar tərəfindən hər zaman yüksək qiymətləndirilib və buna görə də həmvətənlərimiz məhz bu birliyə xüsusi önəm verib, həmrəyliyə, bir olmağa çalışıblar. Nəticədə də, xarici ölkələrdə bizim diasporlarımız qurulub, lobbilərimiz yaranıb. Bütün bu sadalananları nəzərə alaraq, cəsarətlə deyə bilərik ki, məhz diaspor quruculuğunun, lobbiçiliyin də müəllifi, qurucusu Ulu Öndər Heydər Əliyevdir. Sözsüz ki, Ümummilli Liderin ideyaları sayəsində xarici ölkələrdə yeni-yeni diasporlarımız yaranıb və yaranan, eləcə də yaranmaqda olan diasporlarımız, lobbilərimiz hazırda ölkəmizin, ölkə rəhbərimizin diqqəti və qayğısı ilə əhatə olunub.

Dövlətimizin, dövlət başçımızın diasporlarımıza, lobbilərimizə olan diqqəti və qayğısı hər addımda özünü göstərir. Nəzərə çatdıraq ki, əgər erməni diasporları, lobbiləri bu vaxta qədər, elə bu günün özündə də Ermənistana istər maddi, istərsə də digər aspektdə yardımlar ediblərsə və hələ də yardımlar etməkdədirlərsə, məhz Azərbaycan dövləti özü bizim diasporlarımıza hər mənada dəstək göstərməkdə, onlara öz qayğısını əsirgəməməkdədir. Məhz bu səbəbdən bizim diasporlarımız artıq erməni diasporlarından daha güclü, daha qüdrətli, dəfələrlə daha üstündür və biz bunun məhz 44 günlük müharibə dönəmində də şahidi olduq. Şahidi olduq ki, Azərbaycan öz haqlı mübarizəsi, torpaqlarının işğaldan azad edilməsi uğrunda savaşdığı, mücadilə etdiyi zaman xaricdə yaşayan ermənilərin lobbiləri, diasporları bizim haqlı mübarizəmizə haqsız don geyindirmək niyyəti ilə meydana atıldığında, məhz bizim diasporlarımızın, lobbilərimizin, bizim birliyimizin qarşısında gücsüz, çarəsiz və məğlub vəziyyətdə qaldılar. Nəinki gücsüz və çarəsiz vəziyyətdə qaldılar, bunu həm də başa düşdülər və qəbul da etdilər. Əks halda, mücadilə etməkdə davam edə bilərdilər, amma gördük ki, döyüş meydanında olduğu kimi, elə məhz bu müstəvidə də məğlub durumları ilə üz-üzə gəldilər və bunu anlamaq məcburiyyətində qaldılar. Anladılar ki, bizim milli birliyimiz, həmrəyliyimiz, diasporlarımız və onların fəaliyyəti, lobbilərimiz qarşısında acizdirlər və Azərbaycanın, Azərbaycan xalqının birliyi, bizim xarici ölkələrdə təşkilatlanmağımız artıq istənilən mənada qələbələrimizə zəmin yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, diaspor quruculuğunun, lobbiçiliyin əhəmiyyəti danılmazdır.

Müəllif: İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri