Icma.az
close
up
RU
Saxta rəy üçün 25 min manat istəyən ekspertin MƏHKƏMƏSİ

Saxta rəy üçün 25 min manat istəyən ekspertin MƏHKƏMƏSİ

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun, Cavad Nərimanov və Elvin Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərə ifadə verməyi təklif edib.

Təqsirləndirilən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanov ifadəsində Cavad Nərimanovdan pul almadığını bildirib:

"Mən on il Ekspertiza Mərkəzində çalışmışam. İstintaqda məni əvvəl şahid, bir həftə sonra təqsirləndirilən kimi dindirdilər. Özümü qismən təqsirli bilirəm. 2024-cü ilin iyununda Cavad adlı şəxs zəng edib tanışı A. M. - in işi ilə bağlı rəy lazım olduğunu və bunun üçün 25.000 veriləcəyini dedi. Rəyi verməzdən üç həftə qabaq biz Cavadla görüşdük və mənə 10.000 manat verilə biləcəyini bildirdi".

Digər təqsirləndirilən Elvin Ramazanov tanışı A.M.-in işi üçün ekspertiza rəyi üçün Cavad adlı şəxslə görüşdüyünü bildirib:

"Təxminən yay vaxtı olardı, mən Cavadla görüşüb A.M.-in işi üçün tanış ekspert lazım olduğunu dedim. Cavad belə bir adamı tanıdığını bildirdi. Bunun üçün 15.000 manat Cavada verdim. Vaxt uzanırdı, rəydən hələ bir xəbər yox idi, A.M. səbrsizlənirdi. Cavada zəng etdim, dedi ki, narahat olma, məsələ həll olunacaq. A.M.-dən 40.000 alıb Cavadın oğluna verdim. Lazım olan rəyi aldıq. Bir qədər vaxtdan sonra A.M. dedi ki, ona istədiyi kimi deyil, ümumi dövrü əhatə etməyən rəy verilib və bu onu qane etmir".

Məhkəmə digər təqsirləndirilənin dinlənilməsi üçün növbəti prosesin 25 fevral saat 16:30-a təyin olunduğun elan edib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, ibtidai istintaqla Rüfət Sultanovun həmin vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girməsi müəyyənləşib.

Onların daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş A. M.-in lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək, 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq A. M-nin 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Sultanova Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Yanvar 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri