Saxta sənəd və lisenziyalarla istehlakçılara yalan məlumatlar verilir
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı müşahidələrə və daxil olan müraciətlərə əsasən qurumun rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməklə maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi halları var. SİA xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
"Maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar AMB-nin internet səhifəsində (www.cbar.az) bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir. Bu kimi hallarla rastlaşdıqda səhifəmizdən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur. Əlavə suallarla bağlı Qaynar xəttə (966) müraciət oluna bilər", - deyə açıqlamada qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 19 Noyabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















