Saxta toy etdiyi deyilən Səidə Sultan: “Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar. Əsas odur ki, var...”
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Səidə Sultan özünə etdiyi toyun saxta olması barədə iddialara cavab verib.
Pravda.az xəbər verir ki, müğənni bu barədə suallara “İncə səhər” verilişində belə aydınlıq gətirib:
“İnsanları qınamıram, çünki müğənnilərin ərlərini reklam etmələrinə, hamının gözünə soxmalarına o qədər öyrəşiblər ki. Mənim üçün özünü reklam etməyən kişilər əsl kişilərdir. Güzgüdə özlərini çəkənlər özləri bilərlər. Amma mənim üçün kişi özünü reklam etməyəndir. Niyyətin hara, mənzilin ora. Allah məni istədiyim niyyətimə çatdırdı. Bir də mənim heç kimə borcum yoxdur ki, kiməsə ərimi sübut edim. Hamının ərini gördünüz, mənimkini görməsəniz də olar. Nə olar ki. Əsas odur ki, var. Ayıb olar. Mən heç vaxt yalanla yaşamamışam. Məni tanıyan insanlar da bilirlər”.
Tomris

