Şaxta vurmuş tərəvəzləri almayın! Ekspert xəbərdarlıq edir
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarlı havalarda donmuş kənd təsərrüfatı məhsullarının satışa çıxarılması düzgün deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.
Ekspert küçə ticarətində belə halların mümkünlüyünü vurğulayıb:
"Amma düşünmürəm ki, kimsə həmin məhsulları alıb evinə aparsın. Son günlər havalar elə də soyuq keçməyib. Qar tərəvəzlərə təsir edə bilər, amma meyvəyə bir o qədər təsir edə bilməz. Meyvə və tərəvəzlər qarın altında, yaxud da soyuducu kamerada qaldı, bunu elə də fərqi yoxdur. Əsas odur ki, məhsul donmasın, xarab olmasın. Hesab edirəm ki, vitirinlərdə qarın altında qalmış və ancaq donmamış məhsullar əhaliyə satıla bilər”.
Vahid Məhərrəmov deyir ki, bəzən qar məhsulu şaxtadan qoruyur:
"Biz bunu təcrübədə görmüşük. Ona görə alış-veriş edərkən diqqət edin, şaxta vuran, donan tərəvəzləri almaq olmaz”.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Mart 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















