Icma.az
close
up
RU
Şaxtalar düşsə, istiliyin verilişi bərpa ediləcək RƏSMİ

Şaxtalar düşsə, istiliyin verilişi bərpa ediləcək RƏSMİ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər paytaxt və regionlarda küləkli, eləcə də yağıntılı, soyuq hava şəraiti müşahidə olunur. Belə ki, respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü yekunlaşıb və aprelin 15-dən etibarən yaşayış binalarında və sosial obyektlərdə istilik təchizatı dayandırılıb.

Maraqlıdır, hazırda müşahidə olunan soyuq hava şəraiti fonunda istiliyin yenidən verilməsi nəzərdə tutulurmu?

Modern.az bu barədə məlumat əldə etmək üçün “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlayıb. 

Sorğumuza cavab olaraq qurumdan verilən məlumatda qeyd olunub ki, istilik mövsümünün başlanması 5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na uyğun olaraq həyata keçirilir.

"Bildiririk ki, qeyd olunan qaydalara əsasən, respublika ərazisində dağlıq və dağətəyi rayonlar istisna olmaqla, istilik mövsümü hər il aprelin 15-də başa çatır. Təcrübədə kəskin soyuq və şaxtalı hava şəraiti müşahidə olunduğu hallarda mövsümün qısa müddətə uzadılması halları da qeydə alınıb. Məsələn, ötən il istilik mövsümü bir neçə gün uzadılıb".

Bildirilib ki, hazırda müşahidə olunan hava şəraiti kəskin soyuq və şaxtalı xarakter daşımadığından, cari ildə istilik mövsümü müəyyən edilmiş qaydalara uyğun olaraq aprelin 15-də yekunlaşdırılıb:

"Bu çərçivədə bütün sosial və təsərrüfat obyektlərinə, eləcə də əhali istehlakçı qrupuna istiliyin verilməsi vahid qaydalar əsasında həyata keçirilib. Vətəndaşların müraciəti əsasında lokal şəkildə istiliyin bərpasının mümkünlüyü ilə bağlı qeyd edirik ki, hazırda - aprelin 29-u tarixində istilik mövsümü artıq başa çatıb və bu istiqamətdə idarəyə hər hansı müraciət daxil olmayıb. Həmçinin mövsümün uzadılması və ya vaxtından əvvəl başlanması ilə bağlı da müraciətlər qeydə alınmayıb.

Bir daha vurğulayırıq ki, yalnız kəskin soyuq və şaxtalı hava şəraiti müşahidə edildiyi hallarda istilik mövsümünün uzadılması və ya daha erkən başlanması məsələsinə baxıla bilər", - deyə rəsmi məlumatda vurğulanıb.

Məlumat üçün qeyd edək ki, istilik mövsümünün başlanması 15 noyabr tarixinə təsadüf edir. Dağlıq və dağətəyi rayonlarda - Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa və Yardımlı rayonlarında isə istiliyin verilməsi daha erkən başlayır və daha gec yekunlaşır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Aprel 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri