Icma.az
close
up
RU
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı Surqutdan REPORTAJ

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şimal qonşumuz Rusiyanın Sibir regionu təbiəti ilə yanaşı özünün neft və qaz yataqları ilə də zəngindir. 60 il bundan öncə burada ilk neft yataqlarının tapılması Sibir regionun inkişafına, ümumilikdə, ölkənin neft-qaz, enerji nəhənginə çevrilməsinə səbəb olub. Ona görə də, Rusiyanın Sibir regionunun Xantı-Mansiysk Muxtar dairəsi burada nefti ilk tapan şəxsin adını günü bu gün də qürur hissi ilə anır, regionun inkişafını məhz bu şəxsin adı ilə bağlayır. Bu şəxs isə azərbaycanlı geoloq-neftçi alim Fərman Salmanovdur.

APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərovun Sibirdən, Fərman Salmanovun ilk neft yatağını tapdığı Surqutdan hazırladığı reportajı təqdim edirik.

Sibirdə nefti ilk tapan Fərman Salmanovun adına Surqut Hava Limanına xoş gəlmisiniz!

Moskva-Surqut aviareysi ilə uçan təyyarə... Pilot sərnişinlərə “Təyyarəmiz Sibirdə nefti ilk tapan Fərman Salmanovun adına Surqut Hava Limanına enir” deyə anons verir... Həqiqətən azərbaycanlı kimi qürur duyulası hisslərdir.

Surqut şəhərinin hava limanı 2019-cu ildən azərbaycanlı məşhur geoloq, Sibirdə ilk neft yataqlarını kəşf edən Fərman Salmanovun adını daşıyır. Rusiya hava limanlarına "ölkə qarşısında xüsusi xidmətləri olan" şəxsiyyətlərin adlarının verilməsi barədə qərar prezident Vladimir Putin tərəfindən imzalanıb. Rusiya dövlət başçısının fərmanı az qala 50 aeroporta görkəmli şəxslərin adlarının verilməsinə dair “Velikiye imena Rossiyi” (Rusiyanın dahi adları) adı ilə 2019-cu ildə keçirilən səsvermənin yekunlarına əsaslanır. Surqut şəhəri üzrə qalib gələn Fərman Salmanovun namizədliyi səslərin az qala 60 faizini cəlb edib.

Rusiyanın Tümen vilayətinin tərkibinə daxil olan Xantı-Mansiysk Muxtar dairəsinin Surqut şəhəri vaxtı ilə məhbusların sürgün edildiyi məkan olsa da, ötən əsrin 60-cı illərindən burada neft yataqlarının tapılması nəyinki Surqutun, bütün regionun sosial-iqtisadi inkişafına təkan vermiş olub. Məhz bu səbəbdəndir ki, Sibir əhalisi bu inkişafa səbəb olan şəxsin adını, Sibirdə ilk neft yatağını kəşf edən Fərman Salmanovu unutmayıb, hər addımda onun xatirəsini əbədiləşdirib. Bu gün onun ilk neft ekspedisiyası apardığı Surqutda adına verilmiş hava limanı və küçə ilə yanaşı gimnaziya, neftqazkondensat yatağı və ev muzeyi fəaliyyət göstərir.

Fərman Salmanovun ev-muzeyinin əməkdaşı Azad Məhərrəmovun sözlərinə görə, azərbaycanlı geoloq bura geoloji kəşfiyyat ekspedisiyasını rəisi olaraq gəlib. “Fərman Salmanov 4 ildən çox bu evdə yaşayıb. Onun ekspedisiyası təkcə neft yataqlarının kəşfiyyatı ilə məşğul olmayıb, həm də Surqutda tikinti işlərinə kömək edib. Məhz bu ekspedisiyanın sayəsində Surqut balıqçılıq və meşə təsərrüfatı ilə məşğul alan balaca bir kənddən Yuqranın ən çox əhalisi olan şəhərinə çevrilib. Geoloqluq elə bir peşədir ki, bu peşənin sahibləri tez-tez yaşayış və iş yerlərini dəyişməli olurlar. Salmanov da 1961-ci ildə buradan çox az məsafədə olan Ust-Balıka gedib, orada neft yataqları axtarışı ilə məşğul olub”.

“Salmanovun sayəsində 5 minlik əhalisi olan qəsəbədən Rusiyanın neft paytaxtına çevrilən Surqut”

Salmanovun ev-muzeyinin yerləşdiyi ərazi 1957-ci ilə kimi 5 min nəfərlik əhalisi olan “Çornıy Mız” (Qara Mız) adlı qəsəbə olub. Lakin 1957-ci ildə azərbaycanlı geoloq Fərman Salmanov burada ilk neft yataqlarını kəşf edəndən sonra, daha doğrusu 1957-ci ildən 1961-ci ilə qədər neft ekspedisiyası aparandan, burada ilk neft yataqlarını kəşf edəndən sonra Surqut Rusiyanın neft paytaxtına çevrilib.

Fərman Salmanovun ev-muzeyi müasir Surqut şəhəri üçün unikal bir yerdir. Burada "altmışıncı illərin ərazisi" imici qorunub saxlanılmışdır. Bütün kompleksin mərkəzi Sibir neftinin kəşfçisi Fərman Salmanovun tarixi yerində qorunub saxlanılan evidir. Evin eyvanında qazma bitləri, qaya və neft nümunələri kolleksiyaları var. Sibirin neft kəşfiyyatı dövrünün avadanlıq nümunələri açıq sahədə nümayiş etdirilir. Burada ekspedisiya dövründə azərbaycanlı geoloqa məxsus olmuş avtomobil texnikası, neft qazmaq üçün qurğular və “neft vışkası” eksponat kimi nümayiş olunur.

Muzeyin xüsusi qüruru isə bir vaxtlar burada mövcud olan Tayqa meşəsindən qalan çoxəsrlik kedr ağaclarıdır ki, onları Fərman Salmanov özü qoruyub saxlayıb. Bu tayqa "nəhəngləri" muzey ərazisini xüsusi istilik və rahatlıqla doldurur.

Fərman Salmanov 1957-ci ildən 1961-ci ilə kimi bu evdə yaşayıb. 2007-ci ildən bu ev onun yubileyi ilə əlaqədar ev-muzeyinə çevrilib. Hal-hazırda burada Fərman Salmanovun yaşadığı dövrdəki şəxsi əşyaları, fotoları, ailə üzvlərinin şəkilləri qorunub saxlanılır.

“Bizim regionda geoloq peşəsinə həsr olunmuş çoxlu muzeylər var. Lakin Fərman Salmanov ev-muzeyi məhz bir nəfərin adına olan yeganə muzeydir. Yəni, digər muzeylər ümumidir, orada müxtəlif geoloqlara həsr olunan ayrıca güşələr var”, - deyə muzeyin əməkdaşı Azad Məhərrəmov bildirib.

Rusiyanın ən soyuq yerlərinə əbədi istilik gətirən azərbaycanlı

Salmanovun xatirəsi təkcə Surqutda deyil, Xantı-Mansiysk şəhərində də əziz tutulur. Belə ki, Rusiyanın ən böyük kern, yəni mədən süxurları anbarında Fərman Salmanvun Sibirdə geoloji kəşfiyyat dövründə əldə etdiyi nümunələr bu gün də qorunub saxlanılır.

Ötən əsrin 60-cı illərində Fərman Salmanov “Möhtərəm yoldaşlar, Megionda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı?” “Mən nefti tapdım. Bax belə!” deyə ona inanmayan həmkarlarına və SSRİ rəhbəri Nikita Xruşşova cavab vermişdi. Bu səbəbdəndir ki, həmyerlimizi həm Sibiri fəth etmiş azərbaycanlı neftçi, həm də Rusiyanın ən soyuq yerlərinə əbədi istilik gətirən azərbaycanlı da adlandırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Noyabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri