Şaxtyor 1999/2000 mövsümündən bəri ilk dəfə UEFA Çempionlar Liqasında oynamayacaq
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Şaxtyor" 1999/2000 mövsümündən bəri ilk dəfə UEFA Çempionlar Liqasında oynamayacaq. SİA-nın məlumatına börə, bu, Ukrayna Premyer Liqasının XXVII turunda Kiyev “Dinamo”sunun “İnqulets” üzərində qələbəsindən (4:0) sonra müəyyənləşib.
Bu matçdan sonra "Mədənçilər"in gələn mövsüm sözügedən nüfuzlu turnirdə iştirak etməyəcəkləri dəqiqləşib. Yalnız ölkə çempionu olan komanda UEFA Çempionlar Liqasında Ukraynanı təmsil edəcək.
Qeyd edək ki, 57 xala malik “Şaxtyor” hazırda Ukrayna Premyer Liqasında üçüncü yerdədir. 15 qat Ukrayna çempionu olmuş komanda 2009-cu ildə UEFA kubokunun qalibi olub. 2011-ci ildə isə Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
Baxış sayı:115
Bu xəbər 04 May 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















