Icma.az
close
up
RU
SDQ yə qarşı tarixi əməliyyat planı masadadır ŞƏRH

SDQ yə qarşı tarixi əməliyyat planı masadadır ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Turan Rzayev: "Əks halda Türkiyə və Suriya birgə əməliyyata başlayır!”

Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən - Afrin, Rasulayn və Hələbin şimalından Suriyaya daxil olub. Hərbçilər xüsusilə Menbiç xəttinə doğru irəliləyiblər. Eyni zamanda, Dəməşq hökuməti Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan Deyr əz-Zor bölgəsinə artilleriya və PUA ilə dəstəklənən əlavə qüvvələr göndərib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoylardan birinin Deyr-Ballut sərhəd qapısından Hələb bölgəsinə, digərinin isə gecə saatlarında Ədvaniyyə sərhəd qapısından Suriyaya daxil olduğu bildirilir. Konvoylarda zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir. Türk ordusunun gecə saatlarında Suriyaya üç istiqamətdən daxil olması geniş müzakirələrə səbəb olub. Türkiyə KİV-ləri hərbi dəstələrin Dəməşq hökumətinə dəstək məqsədilə göndərildiyini, lakin həm də Suriya Demokratik Qüvvələrinə (SDQ) gözdağı olduğunu yazıblar. Məlumata görə, SDQ-nin baş komandanı Mazlum Abdi bir müddət əvvəl "100 min nəfərlik ordumuz var, Türkiyəni Vyetnama çevirərik" deyə təhdidlər səsləndirib. Hakim Ədalət və İnkişaf Partiyasının üzvlərindən Şamil Təyyar isə Türk ordusunun Suriyaya göndərilməsinin təşkilata və Abdinin sözlərinə açıq cavab olduğunu bildirib. Qeyd edək ki, SDQ Suriya hökumətində təmsil olunmaq istəsə də, nə Ankara, nə də Dəməşq bunu qəbul edir. 

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, hazırda təşkilatın özünü ləğv etməsi gözlənilir. Ekspertin sözlərinə görə, bu addım atılmasa, Suriya və Türkiyə birlikdə SDQ-nə qarşı əməliyyat keçirəcəklər:

"Mövcud vəziyyətdə bu istiqamətdə hazırlıqlar görülür. Aydın məsələdir ki, SDQ-nin gücü Abdi iddia etdiyi qədər deyil. Türk ordusunun mövcud imkanları ilə müqayisədə təşkilatın uzunmüddətli müqavimət göstərməsi real görünmür. Lakin buna baxmayaraq, Mazlum Abdinin belə cəsarətli addım atması səbəbsiz deyil. Mazlum Abdi və SDQ kimi qurumlar reallıqda öz güclərinin məhdud olduğunu çox yaxşı bilirlər. Amma açıq şəkildə zəiflik göstərmək onlar üçün təhlükəlidir. Həm öz döyüşçüləri, həm də onları dəstəkləyən xarici tərəflər qarşısında “güclü görünmək” bir növ zərurətə çevrilir. Əgər lider “biz zəifik” desə, təşkilatın içində motivasiya çökər, kənardan dəstək azalar, siyasi mövqeləri tamamilə sıradan çıxar. Bu kimi açıqlamaların məqsədi bir çox halda qarşı tərəfə psixoloji təzyiq göstərməkdir. Siyasətdə tez-tez belə olur. Tərəflər öz imkanlarını şişirdir, güc balansını olduğundan fərqli göstərməyə çalışırlar ki, qarşı tərəf addım atmazdan əvvəl iki dəfə düşünsün. Bu, “gərginlik yaradan sözlərlə vaxt qazanmaq” taktikasıdır. Belə bəyanatlar beynəlxalq ictimaiyyətə də mesajdır. Əslində, elə ən böyük səbəb məhz budur. SDQ, "bizi vurmaq asan olmayacaq" deməklə həm Qərb dövlətlərinə, həm də bölgədəki digər oyunçulara, "bizim arxamızda durmasanız, böyük müharibə başlayar" - siqnalı ötürmək istəyir. Yəni bu, daha çox siyasi manipulyasiyadır".

Analitik hesab edir ki, həm Ankara, həm də Dəməşqin SDQ-ni siyasi prosesə buraxmaq istəməməsi başadüşülən və yerində qərardır: "Sözügedən məsələ təşkilatın gələcəyini daha da qeyri-müəyyən edir. Ona görə də təşkilatın özünü ləğv edəcəyi ehtimalı artıq açıq şəkildə müzakirə olunur. Əgər belə bir hal yaşanmasa, Türkiyə və Suriya ordularının birlikdə əməliyyata başlaması real ssenari kimi gündəmə gəlir. Lakin bu, elə də asan bir şey deyil. Ankara üçün əsas problem SDQ-nin ABŞ və İsrailin dəstəyi altında olmasıdır. Ona görə də, Türkiyə açıq əməliyyat aparmazdan əvvəl çox diqqətli davranmalıdır. Ankaranın mövqeyi belədir ki, SDQ razılaşmalara əməl etmir və təhlükə yaradırsa, hərbi variant mümkün ola bilər. Amma real vəziyyət Türkiyənin bunu yalnız son çarə kimi istifadə edəcəyini göstərir. Müdaxilənin baş verməsi halında, Ankaranın həm beynəlxalq reaksiyalar, həm də bölgədəki digər güclərin mövqeyi ilə qarşı-qarşıya gəlməsi mümkündür. Belə bir vəziyyət ölkəyə əlavə problemlər yaradacaq. Digər tərəfdən, həmin güclər elə SDQ-nə dəstəyi artırıb daha da gücləndirə bilər.

Hesab edirəm ki, Türkiyə hər şeyə hazırdır və ehtiyat planı var, amma hələlik sözlə xəbərdarlıq edir. Müdaxilə qərarı isə yalnız SDQ ciddi təhdid yaratdığı halda veriləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri