SDUda kütləvi ixtisarlar aparılır? Açıqlama
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universiteti (SDU) ilə bağlı yayılan kütləvi ixtisarlarla bağlı məlumatlar həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bu barədə Report-a SDU-dan bildirilib.
Məlumata görə, bu günə qədər universitet daxili bütün kadr dəyişiklikləri Əmək Məcəlləsinə uyğun şəkildə şəffaflıq prinsiplərinə əsaslanaraq aparılıb:
"İslahatların aparılmasında əsas məqsəd tədrisin və tələbələrə xidmətin keyfiyyətini artırmaq üçün yalnız müvafiq bilik və bacarıqlara sahib əməkdaşların işləməsini və vəzifədə irəli çəkilməsini təmin etməkdir".
Həmçinin bildirilib ki, son bir il ərzində ali təhsil müəssisəsində tədrisin təşkili, məzmunun yenilənməsi və idarəetmənin səmərəliləşdirilməsi ilə bağlı islahatlar aparılır.
"Eyni zamanda islahatlar zamanı universitetin tələbəyönümlü mövqedə olması və tələbələrə yüksək keyfiyyətli xidmətin göstərilməsi əsas götürülür. Tələbələrlə keçirilən müxtəlif sorğuların nəticələri nəzərə alınaraq, idarəetmə və struktur müasir tələblərə uyğun yenilənir. Elmi Şuranın qərarı ilə funksional olaraq köhnəlmiş strukturlar ləğv olunaraq günümüzün reallıqlarına və tələblərinə uyğun struktur bölmələr, eləcə də islahatlar nəticəsində uzun müddət universitetdə işləyən gənc kadrlara geniş imkanlar yaradılıb", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 10 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















