Icma.az
close
up
RU
Səba Qızılbaş Oksford Universitetində dissertasiyanı Azərbaycan və Pakistan dostluğuna həsr etdi

Səba Qızılbaş Oksford Universitetində dissertasiyanı Azərbaycan və Pakistan dostluğuna həsr etdi

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Dünyaca məşhur azərbaycan əsilli Pakistanlı rəssam Səba Qızılbaş, Oksford Universitetində dissertasiyanı Azərbaycan və Pakistan mədəniyyətinə həsr edib.

AZXEBER.COM xəbər verir ki, əsərin adı: "Bakıdan Multana" adlanır. Bu sənət işi Oksford Universitetinin muzey kolleksiyasına daxil olunub.

Səba Qızılbaş 1977-ci ildə Lahorda nəcib Qızılbaş ailəsində anadan olmuşdur.

Qeyd edək ki, Azərbaycan əsilli Pakistan Qızılbaşları 18-ci və 19-cu əsrdən Lahor, Pişəvər, Karaçi və Kəşmir kimi çağdaş Pakistan dövlətinə aid bölgələrdə yaşayırlar. Səba Qızılbaş xanımın əcdadları Nadir Şahın Hindistana yürüşündə iştirak etmiş, zəfərdən sonra orada mühüm hakim vəzifələrə təyin olunmuşdular.

1947-ci ildə Britaniya Hindistanı Hindistan və Pakistan olaraq bölünməsi zamanı, Hindistan ərazisində yaşayan bir çox Qızılbaş ailəsi kimi, Səba xanımın ailəsi də Pakistan vətəndaşlığını seçmiş, Karaçi, Lahor və digər böyük şəhərlərdə məskunlaşaraq yeni bir həyat qurmuşdular.

Soydaşımız Qızılbaş xanım dünyaca məşhur rəssam və incəsənət müəllimidir. Səba Qızılbaş, Lahor Milli İncəsənət Kollecində Rəssamlıq üzrə BFA və ABŞ-ın RISD-dən İncəsənət Təhsili üzrə Magistr dərəcəsinə sahibdir. O, 2022-ci ildə Böyük Britaniyanın Oksford Universitetinin Ruskin İncəsənət Məktəbindən Təsviri İncəsənət Magistri dərəcəsi alıb, Oksford Universitetində fərqlənmədən başqa, "Azərbaycan və Pakistan" mədəniyyətinə həsr etdiyi dissertasiyasına görə həm Mansfield-Ruddock mükafatını, həm də Pembroke Embery mükafatını qazanıb. Onun işi Oksford, Nyu-York, Dubay, Honq-Konq, San-Fransisko, eləcə də Pakistanda, o cümlədən bir neçə solo təqdimatda nümayiş etdirilib.

Berkli Kaliforniya Universitetində Cənubi Asiya İncəsənət Təşəbbüsü hər il münsiflər heyətinin seçdiyi şəxslər incəsənət və memarlıq üzrə dissertasiya mükafatı və rəssamlıq mükafatı ilə təltif edilir. 2022-ci ildə Cənubi Asiya rəssamlıq mükafatının qalibi Pakistandan olan soydaşımız Səba Qızılbaş olmuşdur. Soydaşımız həmçinin 2023-cü ildə Nigaah İncəsənət Mükafatı - Üstün Rəsm Mükafatının qalibi olub.

Qeyd etdiyimiz kimi Səba xanım dissertasiyasının bir fəslini Bakıya, Azərbaycana səfərə, Azərbaycan və Pakistan irsinin mədəniyyətinə həsr edib. Fotolarda Azərbaycan və Pakistana həsr etdiyi dissertasiya işini görürsünüz. Səba xanım Qızılbaş bu əsərinə "Bakıdan Multana" adını vermişdir.

Azərbaycan və Pakistan arasındakı tarixi-mədəni birliyin simvollarından biri də Multan karvansarasıdır — bu karvansara ticarət yollarının qovşağında yerləşməklə yanaşı, həm də tarixi bağların və mədəni mübadilənin canlı şahididir. Multan Pakistan şəhəridir, Bakıda bu adla 14-cü əsrə aid "Multan karvansarası" vardır. Multan şəhərindən gələn tacirlər və karvan yolçuları tərəfindən "Multan karvansarasının" əsası qoyulmuşdur.

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Əli bəy Əlizadə müsahibəsində belə qeyd edirdi;

"Həqiqətən də Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır, Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarilər və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir."

Pakistan keçmiş prezidenti Pərviz Müşərrəf Bakı səfərində, bu karvansaranı ziyarət etmiş və karvansaraya hədiyyələr bağışlamışdır. Hədiyyələr saxlanılan dolabın üzərində "Pakistanın Multan şəhərindən mətbəx ləvazimatları" yazılıb.

"Bakıdan Multana" əsərində Bakının ecazkar mənzərələri, neft buruqları və İçərişəhərin qədim divarları bir araya gələrək keçmişlə bu günün dialoqunu yaradır, şəhərin ruhunu fırça izlərində canlandırır.

Səba Qızılbaşın "Bakıdan Multana" adlı təsirli əsəri Oksford Universitetinin idarə heyətinin diqqətini çəkmiş, nəticədə bu sənət nümunəsi Universitetin Mansfield Kollecinin Muzeyinin daimi kolleksiyasına daxil edilərək sərgilənməyə başlamışdır.

Səba xanım Qızılbaşla söhbətimizdə qeyd edirdi ki, ailəsi ilə birlikdə 2017-ci ildə Azərbaycanı səyahət etmiş, xüsusilə Bakı və Qobustanın zəngin tarixi-memarlıq abidələrinə heyran qalmış, Qubanın füsunkar təbiətində isə sakitliyin və gözəlliyin dərin izlərini tapmışdı.

Səba xanım sözünə davam edərək bildirdi ki, "əcdadlarının vətəni olan Azərbaycanda olmaq onun üçün yalnız bir səfər deyil, köklərinə qayıdış, mənəvi bir görüş idi". Pakistan və Azərbaycan – iki bayraq, bir ürək, sonsuz dostluq! Mədəniyyətimizlə dünyaya birlik nümunəsi göstəririk!






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri