Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

“Sabah”ın legioneri ehtiyatda qaldı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Misirli bir qadın “Ərə getmək istəyirəm” yazıb və...

“Səbail” əcəldən qaça bilmədi

“Səbail” əcəldən qaça bilmədi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Səbail – Zirə 0:1 (0:0)
12. Əlirza Müştəbazadə - 5,5
22. Mirabdulla Abbasov – 5,0
(77. Fərid Nəbiyev, 60) – 5,0
96. İlkin Muradov – 5,5
20. Mərt Çəlik – 5,5
11. Rüfət Abdullazadə - 6,0
83. Nihad Quliyev – 5,5
(5. Gitay Sofir, 67) – 5,0
16. Emin Rüstəmov – 5,5
10. David Qomis (k) – 5,5
(67. Rəvan Abasov, 83) – qiymətsiz
3. Dmitri Litvin – 5,0
7. Madi Queta – 5,5
(18. Süleyman Əhmədov, 83) – qiymətsiz
14. Suleyman Alluş – 5,5
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
25. Nicat Məmmədzadə
74. Yusif Nəbiyev
88. Hacıəli Şirəliyev
44. Amir Bilali
99. İnnosent Nşuti
4. Marko Nikoliç
Baş məşqçi: Əbdülqəni Nurməmmədov
Komandanın ən yaxşısı: Rüfət Abdullazadə
41. Anar Nəzirov (k) – 6,5
7. Məqsəd İsayev – 6,0
14. Elçin Əlicanov – 6,0
11. Rüstəm Əhmədzadə - 6,0
(18. Martins Junior, 68) – 5,5
5. Stefan Aka – 5,5
(70. İssa Cibrila, 79) – qiymətsiz
90. Davit Volkov – 7,0
10. Giorgi Papunaşvili – 6,0
(48. Ramiz Muradov, 90+2) – qiymətsiz
30. Rikardo Martins – 5,5
(29. Ceyhun Nuriyev, 68) – 5,0
3. Ange Mutsinzi – 5,5
6. Eldar Quliyev – 6,0
(17. Ayron Qomis, 68) – 5,0
19. Salifu Suma – 6,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
99. Səlim Həşimov
53. Şahmar Aşurov
91. Murad Ələkbərov
43. Əhliman Süleymanzadə
4. Ruan Renato
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov
Qol: D.Volkov, 90+1.
Vərəqələr: M.Çəlik, 8 (qeyri-idman hərəkəti). D.Qomis, 33 (hakimin qərarına etiraz). E.Quliyev, 33 (qeyri-idman hərəkəti). C.Nuriyev, 72 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Azər Əsgərov (Bakı).
10 may. Bakı. “ASCO Arena”. 700 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Səbail”in premyer-liqanı tərk edəcəyinə şübhə qalmamışdı. “Zirə” ilə matçda, sadəcə, kağız üzərində görünən şansdan maksimum istifadə etmək lazım idi. Ona görə ki, “Kəpəz” “Sumqayıt”la matçda qalib gəlməklə məsələyə son qoya bilərdi.
Düzü, Bayıl təmsilçisi əvvəlki oyunlarda olduğu kimi, iddialı rəqibə qarşı da cəsarətli çıxış etdi. Ancaq meydan sahiblərinin hədəfə çatması üçün nə istək yetərli oldu, nə də əzmkarlıq. Fürsətləri sağa-sola xərcləyən “dənizçilər” acı taledən qaça bilmədi.
İlk dəqiqələrdə hadisələrin mərkəzdə cərəyan etdiyinin şahidi olduq. Bir-birinin müqavimətini qırmaqda çətinlik çəkən komandalar həm də ehtiyatlı oyun sərgilədi. Nəhayət, 12-ci dəqiqədə təşəbbüsü ələ alan qonaqlar Eldarın simasında hesabı açmağa yaxın olsa da, qeyri-dəqiq zərbə işləri korladı. Ardından meydan sahibləri də eyni aqibətlə üzləşdi – Queta topu “çərçivə”dən keçirməkdə çətinlik çəkdi. Halbuki buna qədər Məqsədlə Eldar səddini uğurla adlayan Rüfət əlverişli mövqedən bəxtini sınayan qvineyalı üçün ideal ötürmə vermişdi.
Queta 16-cı dəqiqədə Rüfətin daha bir ötürməsini puç etdi. Hücumçu bu dəfə Anarla bacarmadı. Çox keçmədən təcrübəli qapıçının növbəti qurtarışını izlədik. 39 yaşlı qapıçı Qomisin “çərçivə”yə ünvanladığı topu uzaqlaşdırdı. 27-ci dəqiqədə isə Əlirza bacarığını sərgilədi. Gənc qolkiper Məqsədin təxminən 25 metr məsafədən yerinə yetirdiyi cərimə zərbəsi zamanı özünü yaxşı tərəfdən göstərdi – sürətlə tirin altına doğru irəliləyən “kürə”ni barmaqlarının ucuyla uzaqlaşdırdı. Ardınca Anarın təcrübəsini danışdırdığı dəqiqələrə şahidlik etdik. O, əvvəl Qomisin, ardından Rüfətin “çərçivə”yə yönəltdiyi topun tora qovuşmasına imkan vermədi.
Göründüyü kimi, “Səbail”in 1-ci hissədə diqtə edən tərəf kimi yadda qaldığını demək üçün əsaslar var. Lakin bu, qonaqların 2-ci yarıda təzyiqi artırmasına və lazım olan qolu vurmasına mane olmadı. Sumanın qapıdan yan keçən zərbəsini nəzərə almasaq, 67-ci dəqiqəyə qədər xüsusi epizod izləmədik. Burda Fəridin, çox keçmədən, Sofirin fərqlənmək cəhdləri qeyri-dəqiqliyin qurbanı oldu. Meydan sahiblərinin 76-cı dəqiqədə vurduğu qol isə sayılmadı. Axı Mərtin ötürməsindən sonra fərqlənən Rüfət oyundankənar vəziyyətdə idi. “Dənizçilər”i 1-ci liqaya yuvarlayan qolun müəllifi Volkov oldu. Əslində, bu Suma da ola bilərdi. Ancaq Əlirza onun uzaqdan qapıya zərbəsini dəf etdi. İş ondadı ki, gürcüstanlı qapıçının yerdə, topun meydanda qalmasından maksimum yararlandı və 90+1-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirdi. Beləliklə, “Zirə” ardıcıl 5-ci qələbəsini qazandı. “Səbail”in isə qorxduğu başına gəldi…
Gözdən qaçmadı
* Elvin Məmmədov hər fürsətdə yaxınlığında olan futbolçuları yanına çağırır, tapşırıqlar verir, gücünü qənaətlə sərf etməyi məsləhət görürdü. Xüsusilə Emin Rüstəmova.
* Azarkeşlərdən biri dəfələrlə Rəşad Sadıqova “90 nömrə”ni çıxar, oyununu korlayır” deyə səsləndi. Buna məhəl qoymayan baş məşqçi Volkovun qolundan sonra həmin azarkeşə tərəf boylandı.
* “Səbail” adına üzücü, futbol üçün maraqlı məqamdı ki, “Qartallar” fanklubu “Dənizçilər”dən daha çox canfəşanlıq göstərdi. Ümumiyyətlə, Bayıl təmsilçisinin ölüm-qalım savaşında belə tərəfdalarından say və keyfiyyət baxımından ciddi dəstək görməməsi xeyli sual yaradır.
* Nəticə baxımından çox vacib matç olsa da, bu oyunda “Səbail”in yetirməsi Rəvan Abasov debüt etdi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see154

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see154

Misirli bir qadın “Ərə getmək istəyirəm” yazıb və...

24 Sentyabr 2026 21:13see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri