Səbail in baş məşqçisi: Bu fikirlərin klubumuzun imicinə mənfi təsir göstərdiyini başa düşürük, araşdırmanın olmasının tərəfdarıyıq
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Səbail"in baş məşqçisi Adil Şükürov Sportal.az saytına açıqlama verib.
O, komandasının I Liqanın 12-ci turunda çempionatın sonuncusu “Şimal”a evdə 3:4 hesabı ilə uduzmasından sonra yaranmış “danışılmış oyun” iddiası barədə danışıb.
Şükürov AFFA-nın bu matçın araşdırılmasının tərəfdarıdır: "Bu cür məğlubiyyətlər dünyanın istənilən çempionatında olur. Sadəcə bütün rəqiblərə qarşı ciddi yanaşılmalıdır. Bu oyundakı məğlubiyyət arxayınçılığın nəticəsi idi. I Liqada turnir cədvəlindən asılı olmayaraq bütün rəqiblər bir-birilərini məğlub edə bilərlər. Biz klub olaraq bu cür fikirlərin klubumuzun imicinə mənfi təsir olduğunu başa düşürük və araşdırmanın da olmasının tərəfdarıyıq".
I Liqa klubunun çalışdırıcısı kollektivin Premyer Liqaya vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: "İlk hədəfimiz Premyer Liqaya geri qayıtmaqdır. Fərqi yoxdur, istər pley-off, istərsə də çempionluq yolu ilə olsun...Səhv etmirəmsə pley-off matçı bir görüşdən ibarətdir. Kubok oyunlarında I liqa komandalarının Premyer Liqa təmsilçilərinə qarşı necə oynadıqlarının şahidi olduq, hər şey mümkündür".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 12 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















