Səbail in kapitanı: Bunun yerli futbolçulara necə təsir edəcəyini zaman göstərəcək
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Səbail"in kapitanı Yusif Nəbiyev Misli Premyer Liqasında sonuncu olacaq klubun elitada qalmaq üçün pley-off oynaması ehtimalına münasibət bildirib. 27 yaşlı müdafiəçi bu barədə Sport24.az saytına açıqlama verib:
"Pley-off məsələsi ilə bağlı ortada dəqiq bir şey yoxdur. Hansı qərar verilsə, hörmətlə yanaşacağıq".
Nəbiyev 2025/2026 mövsümündə Premyer Liqada komanda sayının artırılmasına da toxunub:
"Uzun müddətdən sonra komanda sayı artırılır. 12 komandalı çempionatımız olacaq. Məncə, maraqlı mübarizəyə şahidlik edəcəyik".
O, legioner limitinin ləğvi ilə bağlı isə bunları deyib: "Artıq qərar verilib. Hörmətlə yanaşıram. Bunun yerli futbolçulara necə təsir edəcəyini zaman göstərəcək. İndidən nəsə demək çətindir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















