Icma.az
close
up
RU
Sebastyan Baxın ağdamlı olduğunu düşünən müəllimlər varmış...

Sebastyan Baxın ağdamlı olduğunu düşünən müəllimlər varmış...

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu günlərin ən çox müzakirə olunan mövzularından biri musiqi məktəbləri müəllimlərinin attestasiyasıdır. Niyə bu müəllimləri 30 il ərzində ilk dəfə olaraq attestasiya edirlər? Camaatın çörəyinə niyə bais olurlar? 30 ilin müəllimini də attestasiya edərlər? - Bunlar sosial mediada ən çox səsləndirilən suallardandır.

Əslində isə nə baş verir?

Mədəniyyət Nazirliyi ötən il bəyan etdi ki, müəllimlərin qiymətləndirməsini edəcək. Özü də söz verdi ki, hər şey şəffaf olacaq. Beləliklə, söz verdiyi vaxtda, fevralda attestasiyanı başladı. 1700 müəllim 14 gün ərzində attestasiya olundu.

1183 nəfər müəllim uğurla attestasiya olundu, o cümlədən bunlardan 650 nəfəri ən yüksək nəticə ilə prosesi yekunlaşdırdı. 

Nəticələr belədir:

3 lehinə - 309 nəfər

4 lehinə - 224 nəfər

5 lehinə - 650 nəfər

Eyni zamanda 490 nəfər attestasiyanı keçə bilmədi, o cümlədən 

0 lehinə - 107 nəfər

1 lehinə - 273

2 lehinə – 112

Yuxarıda qeyd olunan nəticələr həm də bizim musiqi məktəblərinin keyfiyyət göstəriciləridir, yaxşısı ilə, yaxşı olmayanı ilə. Məsələn, bizim Mərdəkan və ya Lökbatan kimi musiqi məktəblərimizdə elə müəllimlər var ki, heç onlardan Bakının mərkəz məktəblərində tapmazsan.

Sfera.az-ın  Modern.az-a istinadən məlumatına görə, attestasiya zamanı aydın oldu ki, bizim heç demə elə müəllimlərimiz var ki, onlar İohan Sebastyan Baxın ağdamlı olduğunu biliblər və ya böyük Üzeyir Hacıbəylinin hələ də yaşadığına əmindilər.

Hətta bizim elə müəllimləri attestasiya üzə çıxarıb ki, həmin müəllim tək barmaqla pianino ifa edirmiş. Bütün bunlar müəllimlərin attestasiyasının ayrı-ayrı nəticələridir. 

Fortepiano müəlliminin 40 illik əmək fəaliyyəti dövründə təxminən 100-120, nəzəriyyə müəlliminin isə 480-500 məzunu ola bilər. Müəyyən sayda attestasiyada uğur qazana bilməyən müəllimlərin əmək müqaviləsinə xitam vermək həqiqəti ilə üz-üzə qalınacaq. Həmin təhsilverənlərlə bağlı yanaşma ondan ibarətdir ki, bu addım daha kiçik sayda qrupun sosial problemi deməkdir, nəinki qrupun gələcəkdə yarada biləcəyi fəsadların böyüklüyü. Nəzərə almaq lazımdır ki, bir fortepiano müəllimi öz fəaliyyəti dövründə təxminən 100-120 aralığında şagirdə dərs keçir. Ona görə də peşəkarlıq səviyyəsi yerində olmayan şəxs məktəbdə olduğu dövrdə təxminən 100 dəfə özündən daha çox problem yaradır. Bunun qarşısını nə qədər tez alınırsa, musiqi mədəniyyətimizə o qədər çox töhvə vermiş olarıq.

Təəssüflər olsun ki, musiqi və incəsənət məktəblərində 90-cı illərdə mövcud olmuş və qeyri-qanuni fəaliyyət göstərən “orta ixtisas və ali təhsil” müəssisələrinin məzunu olmuş yüzlərlə saxta diplomlu müəllim fəaliyyət göstərir. Attestasiyadan da göründüyü kimi, onların böyük əksəriyyətinin bilik və bacarıq göstəricilər bitirdikləri təhsil müəssisələrinin səviyyəsinə uyğun olub.

Attestasiya zamanı bir acı həqiqət də üzə çıxdı ki, uyğun nəticə göstərə bilməyən müəllimlərin 86 faizi orta ixtisas müəssisələrinin məzunlarıdır. Bu müəllimlərin təkcə 300 nəfəri iki kollecin payına düşür: 135 nəfəri vaxtilə Asəf Zeynallı adına adlandırılan Bakı Musiqi kolleci və 165 nəfəri isə Sumqayıt Musiqi kollecinin məzunlarıdır. 

Uyğun nəticə göstərməyən müəllimlərin 37 nəfər müəllim 3 stavka 36 saatlıq dərs saatına malik olub. Ümumiyyətlə, attestasiyada uğurlu nəticə göstərməyən müəllimlərin 27 faizdən çoxu məktəblərdə minimum 2 stavka dərs deyiblər. Eləcə də, ən azı yarısı 18-24 saat, başqa sözlə desək stavka yarım dərs deyiblər.

Təəssüflər olsun ki, həm Bakı, həm Sumqayıt, həm də Abşeronda fəaliyyət göstərən elə məktəblər var ki, burada çalışan və attestasiyada iştirak edən müəllimlərin təxminən 50 faizi uyğun olmayıb.

Təbii ki, attestasiya hələ yolun başlanğıcıdır. Bizim musiqi məktəblərində hələ də 1963-ci ilin dərsliklərlərindən istifadə olunur. Bu islahatlar davamlı olmasa yəqin ki mədəniyyətimizin sabahı ilə bağlı da çox aydın düşünə bilməyəcəyik.

Sonda Bakı və Sumqayıtın attetasiyada uğurlu və uğursuz nəticələri olan məktəblərinin siyahısını təqdim edirik. Nəticələri müqayisə etməyi isə oxuyucuya buraxırıq.

Attestasiyada uğurlu olan məktəblər:

1. Bakı şəhər 27 nömrəli Uşaq Musiqi Məktəbi - 1 nəfər

2. ⁠Bakı şəhər Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi - 1 nəfər

3. ⁠Bakı şəhər Şövkət Ələkbərov adına 20 nömrəli Onbirillik Musiqi Məktəbi - 1 nəfər

4. ⁠Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi - 1 nəfər

5. ⁠Bakı şəhər Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət Məktəbi - 1 nəfər

6. ⁠Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi - 1 nəfər

7. ⁠Bakı şəhər Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbi - 2 nəfər

8. ⁠Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi - 2 nəfər

9. ⁠Bakı şəhər 5 nömrəli Uşaq İncəsənət Məktəbi - 2 nəfər

10. ⁠Bakı şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi - 3 nəfər

 Attestasiyada daha çox uyğun olmayan nəticələri ilə “fərqlənən” məktəblər:

1.Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi - 22 nəfər

2. Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi - 28 nəfər

3. Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbi - 22 nəfər

4. Bakı şəhər 33 nömrəli Uşaq Musiqi Məktəbi - 14 nəfər

5. Bakı şəhər 36 nömrəli Uşaq Musiqi Məktəbi - 18 nəfər

6. Bakı şəhər Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi - 17 nəfər

7.Bakı şəhər Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi - 16 nəfər

8. Bakı şəhər Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi - 15 nəfər

9. Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbi - 18 nəfər

10. Bakı şəhər Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi - 17 nəfər

11.Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi - 10 nəfər

12.Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi - 30 nəfər

13.Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbi - 20 nəfər

14.Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi - 14 nəfər

15.Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi - 26 nəfər

16.Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi - 55 nəfər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri