İohann Sebastyan Baxın yaradıcılığına həsr olunmuş musiqi gecəsi keçirilib FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi alman bəstəkarı İohann Sebastyan Baxın yaradıcılığına həsr olunmuş musiqi gecəsi keçirilib.
"Nadir Events"in təşkilatçılığı ilə baş tutan konsertdə Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Proqramda bəstəkarın müxtəlif musiqi alətləri üçün yazdığı məşhur konsertlər və süitalar səsləndirilib.
Konsert proqramında solistlər - İrina Mehdiyeva (klavesin), Mirxalid Məmmədzadə və Kamran Talıblı (fleyta), Səid Məmmədov, Zərifə Alxazova, Kənan Məmmədzadə, Yuliya Motorina və Nadir Eyvazov (violin) virtuoz ifaları ilə çıxış ediblər.
Dinləyicilər tərəfindən böyük maraqla qarşılanan musiqi gecəsi İohann Sebastyan Baxın ən tanınmış əsərlərindən olan "Menuet" və "Badinerie"nin ifası ilə yekunlaşıb.
Peşəkar təşkilatçılığı ilə seçilən tədbir paytaxtın mədəni həyatında növbəti yaddaqalan hadisə kimi dəyərləndirilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 15 Yanvar 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















