Şahrux Xan 61 ci doğum gününü belə keçirdi (Video)
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bollivudun tanınmış aktyoru Şahrux Xan 61 yaşını ailə üzvləri və yaxın dostlarının iştirakı ilə qeyd edib.
Milli.Az xəbər verir ki, Mumbayın məşhur "Taj" hotelində keçirilən özəl ziyafətdən sonra sənətçi onu görmək ümidi ilə məkanın qarşısında toplaşan fanatlarının yanına gəlib. Aktyor pərəstişkarlarına əl yelləyərək salam göndərib, onlara öpüş də yollayıb. Həmin anlar sosial şəbəkələrdə geniş maraq doğurub.
Şahrux Xan bu il illərdir davam etdirdiyi ənənəni pozaraq doğum günündə malikanəsinin eyvanına çıxmayıb. Bunun əvəzinə, evinin qarşısında onun adından pərəstişkarlarına təşəkkür mesajı yerləşdirilib.
Beləliklə, aktyor ənənəvi görüş baş tutmasa da, doğum günündə onu gözləyən fanatlarını diqqətdən kənarda qoymayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 11 Noyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















