Icma.az
close
up
RU
SƏCDƏYƏ LAYİQ UCALIQ 32 il nişanlısını gözləyən SEVDA

SƏCDƏYƏ LAYİQ UCALIQ 32 il nişanlısını gözləyən SEVDA

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fotolarda:

1. Sevda xanım və Mehman gənclik illərində

2. Sevda xanım indi

Mənəvi saflıq, anda sədaqət, şərəf yüksəkliyindən baxanda bir- birinə çox bənzəyən, kənar müşahidəçi gözü ilə fərqli görünən iki insan taleyi - şəhid Mehman Musayevin və onun sevgi dünyasınin fədai xanımı Sevda Əliyevanın həyat hekayəsi!

Bu heyrətamiz hadisədən xəbər tutduğum gündən üç aydan artıq vaxt keçib. Ancaq eşitdiklərimin təəssüratı gecələr də, gündüzlər də yaddaşıma hakim kəsilib, məni rahat buraxmır. Düşündürür, duyğulandırır.

Həyat hekayəsinin xanım iştirakçısı Sevda ilə əziz şəhidlərimizdən birinin anım mərasimində tanış oldum. Əvvəllər onun haqqında sosial şəbəkələrdə verilən xəbərlərdən, süjetlərdən, qismən də olsa, məlumatlı idim.  

İlk tanışlıqdan sonra xahiş etdim ki, həyat hekayəsini elə öz dilindən, təfsilatı ilə dinləmək, öyrənmək istəyindəyəm. Düşunmək üçun vaxt istədi. Nəhayət, günlərin birində üz-üzə oturub həmsöhbət olmağa razıliq verdi...

Xatirladım ki, Sevda xanım indi ömrünun 63-cü yazını yaşayır. Lakin, özünun etiraf etdiyi kimi, həyatında yaz əhval - ruhiyyəli günlər olduğu yadına gəlmir. Əhd-peyman bağladığı Mehmanın birinci Qarabağ savaşında itkin düşmə xəbərini aldığı gündən üzü bəri işıqlı dünyamız onun gözündə öz aydınlığını, cazibəsini birdəfəlik itirib. "Həyatımda heç vaxt səndən başqa heç kim olmayacaq!" - bir payız axşamı nişanlısı Mehmana verdiyi bu sözü, sədaqət andını pozmağı bir an olsun xəyalına belə gətirməyib. Halbuki doğmaları da, rəfiqələri də dəfələrlə, illərlə onu inandırmağa çalışiblar ki, insan dünyaya bir dəfə gəlir, ailə qurmaq, övladlar böyütmək, xoşbəxt ömür yaşamaq sənin haqqındır. Ağıllı ol, bu itgi Allahın məsləhətlidir, onunla barışmalisan, yeni həyata başlamalısan.

 Deyilənlərin Sevda üçün heç bir dəyəri, mənası olmayıb. Hələ yeniyetmə çağlarından ailədə də, ətrafda da Sevdanı həmişə ožünəməxsus davranış, düşuncə sahibi kimi görüblər. Qız rəfiqələri arasında oğlan xarakterli hərəkətləri, qətiyyəti ilə tanınib. 

Bu xasiyyətinə görədir ki, 17 yaşında onu ilk dəfə görüb aşiq olan uzaq qohumu Mehmanı da çox, həm də insafsızcasına incidib. İndi həmin günlərin ağrı-acısını çəkir. Sevdaya yaxınlaşmaq, "hə" cavabı almaq üçün qız həyalı, utancaq, ürəyi yuxa kimi yumşaq olan bu gənci düz 11 il intizarda qoyub.

Kəlbəcərdə doğulub boya-başa çatan Mehman Musayev Gəncə Kənd Təsərrüfatı institutunda oxuduğu illərdə qohumluq münasibətlərinə görə bir neçə dəfə Sevdanın ailəsinin yaşadığı Ağdama gəlsə də, bir könüldən min könülə vurulduğu qızla görüşə bilməyib. Sevda buna imkan yaratmayıb. Mehman dərdini anasına açıb. Maya xala Kəlbəcərdən Ağdama sözaçdiya gəlib.

Firuzə ana da:

- Xəbərsiz deyilik -deyib, sonra da qızını işarə edərək - bunu yanmasın, sözə baxandı ki !..

Yenə bir nəticə hasil olmayıb. Mehmangilin ailəsinə get-gəli olan Sevdanın dayısı arvadı Xalidə xanım bu məsələyə görə bir neçə dəfə Sevdaya "hücum" edib, onun bəyənmədiyi gəncin yüksək əxlaqlı, mədəniyyətli, canlara deyən oğul olduğunu bildirib. Əlavə də edib ki, gözəlliyinə güvənmə, o da yaraşıqda heç səndən geri qalmır. Bu xasiyyətini, tərsliyini görə-görə o gül kimi uşaq sənin nəyinə vurulub, onu anlaya bilmirəm.

Axır ki, Xalidə xanım Sevdanı yumşalda bilib. Mehmanla Sevdanın üz -üzə ilk görüşü 1990-cı ilin əvvəllərinə təsadüf edib. Oğlanın mehribanlığı, ölçülü-biçili davranışı, həssaslığı , nəvazişi get-gedə Sevdanı məftun edib. Ondan uzaq qaldığı illərə təəssüflənib. Bunu "Sevda" sözünü ona heç kimin deyə bilmədiyi şirinlikdə dilinə gətirən Mehmanın özünə də etiraf edib.

1992- ci il in oktyabrında xoşbəxt günlərini yaşayan cütlük təntənəli şəraitdə nişan mərasimi keçirib, bir-birinin barmağına üzuk taxıb. Yaxın aylarda toy etmək barədə qərara gəliblər.

 Bu xoş hadisənin təsiri ötməmiş qız evinin ağbirçəyi Füruzə ana gözlənilmədən dunyasını dəyişib. Toy hazirlığı dayandırılaraq, bir il sonraya saxlanıb. Həmin dövrdə xain qonşularımiz ermənilərin Azərbaycana , xüsusən də sərhəd rayonu olan Kəlbəcərə hucumları şiddətlənib. Murovdağ ətrafında, Ömər yüksəkliyində ağir doyüşlər başlayıb. Qeyrətli el oğlu kimi, təbii ki, Mehman da kənarda qalmayıb. Milli Ordunun tərkibində ölum-dirim savaşına girib.

Mehmanın özü, Sevdanın isə ürəyi döyüş meydanında qalıb. Nişanlısının, bütün əsgərlərimizın qələbəsi, can sağlığı üçün gecə-gündüz dua edib. Lakin cəbhədən gələn xəbərlər çox vaxt ürəkaçan olmayıb. 1993-cü il mart ayının 27-də isə Sevdanın taleh işığını, arzularını zülmətə qərq edən acı xəbər verilib - Mehmanın itkin düsmə xəbəri !

Dərd tək gəlmir, deyirlər. Bu acı xəbərdən sonra Kəlbəcər, onun ardınca isə Ağdam və daha bir neçə rayonumuz işğala məruz qalır. Evlərini tərk etmək məqamı gələndə Sevda Mehmanın bəylik köynəyini, kostyumunu qarşısına qoyur, doyunca ağlayıb, bir daha and içir:

"Mehman, bil, səndən sonra mən də yoxam. Qayıdıb gəlsən mən də həyata qayıdacam, gəlməsən diri ikən ölmüşəm. Yalnız sənin xəyalınla, cismən yaşayacam."

Və əzizinin geyimlərini evdə qoyub çıxır.

O vaxtdan bir qərinədən artıq zaman ötür. Sevda yenə də həyatda təkdir. Yalnız itgisi barədə düşünür. Köçkünlük illərində Mehmana şəhid statusu verilməsi və 44 günlük müharibədə qazandığımız zəfərdən sonra Mehmanın nəşinin tapılması ona təsəlli olsa da, bu, varlığına hakim kəsilən boşluğu doldurmur. 

 Tanıyanlar yaxşı bilirlər ki, onun üzünün gülməməsinin, ailə xoşbəxtliyi, oğul- qız sahibi olmaq sevinci yaşamamasının bir səbəbi var. Hər kişinin bacarmadığı, azərbaycanlı xanım Sevda Əliyevanın, hər cür məhrumiyyətlərə rəğmən, dəyanət göstərərək pozmadığı anda sadiqlik !

Mində bir təsadüf edilən, çoxluğun diqqət və marağına səbəb olan bu halı ilə Sevda xanım həm də öz ruh dünyasının qəhrəmanı, əzizi, şəhidimiz Mehmanın adının, xatirəsinin yaşamasına vəsilə olur.

Var ol, Sevda bacım, sözünə sadiqliyin və dəyanətinlə səcdəyə layiq ucalıqdasan !!!

Əntiqə HÜSEYNOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Aprel 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri